Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda inanılmaz olay - DİN-in məlumatı şok etdi-VİDEO
Tarix: 24.02.2018 | Saat: 13:38:00
Bölmə:Hadisə Video | çapa göndər

Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub.

DİN-nin yaydığı məlumata görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən “Alov” parkındakı “Alov” restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində xilas edilən şəxsin Abşeron rayon sakini, 30 yaşlı Mehralıyev Asif Çingiz oğlu olması müəyyən edilib.

DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, A. Mehralıyev guya kimlərsə tərəfindən bacaya atılması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.

Belə ki, A. Mehralıyev dindirilərkən məlum olub ki, o, iki gün əvvəl həmin restoranda işə düzəlibmiş. Hadisə baş verən gün isə A. Mehralıyev restoranın rəhbərliyindən icazə alaraq gedib. Yeyib-içdikdən sonra o, sərxoş vəziyyətdə işlədiyi restorandan oğurluq etmək niyyətinə düşüb. Bu məqsədlə də A. Mehralıyev gecə saat 02.00 radələrində restoranın havalandırma sistemi ilə içəriyə daxil olmaq istəyib. Lakin havalandırma sistemi dar olduğu üçün o hərəkətsiz vəziyyətdə qalıb və niyyətini başa çatdıra bilməyib.

Hazırda A. Mehralıyevin xəstəxanada müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bakıpost.az-ın xəbərinə görə, A.Mehrəliyevi havalandırma qurğusunun içərisinə atıblar. Zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar.

Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan o, sağ qalıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA