Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xocalı soyqırımı Argentinada anıldı
Tarix: 24.02.2018 | Saat: 14:00:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın Argentinadakı səfirliyində Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, tədbirdə Argentina ictimai-siyasi dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin, müxtəlif gənclər və qeyri-hökumət təşkilatlarının, elmi-akademik çevrələrin və yerli KİV-lərin nümayəndələri iştirak edib.

Mərasimin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən səfir Rəşad Aslanov Xocalıda mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə törədilmiş soyqırım barədə məlumat verib və bu hadisənin XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası barədə danışan səfir, azərbaycanlı dinc əhalinin məhz milli mənsubiyyətinə görə məruz qaldığı bu amansız qətliamın beynəlxalq səviyyədə öz siyasi və hüquqi qiymətini tapmasının vacibliyini vurğulayıb. O, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edilməsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi və münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası, Baş Assambleyası , ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr barədə iştirakçılara məlumat verib.

Ardınca Xocalı soyqırımının dəhşətləri haqda çəkilmiş “Qaranlıqdan qaçarkən” adlı sənədli filim iştirakçılara təqdim olunub.

Filmin nümayişdən sonra Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi, professor Paulo Botta çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının acı nəticələri barədə danışıb, bu faciə və ümumilikdə münaqişə haqda Argentina ictimaiyyətində məlumatlılığın ildən-ilə daha da artdığını bildirib.

Tədbirdə həmçinin, La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutun elmi işçisi və Argentina Katolik Universitetinin dosenti Ariel Levaggi də çıxış edərək Xocalı soyqırımı kimi faciələrin yalnız bir ölkəyə deyil, bütün bəşəriyyətə qarşı törədildiyini və bu kimi hadisələrin qarşısının alınması üçün dünya ictimaiyyətinin daim ayıq-sayıq davranmalı olduğunu bildirib.

Tədbirin sonunda qonaqlara Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ispan dilində materiallar paylanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA