Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
75,4 manatlıq ödənişli xidmətlərdən istifadə olunub
Tarix: 25.02.2018 | Saat: 11:51:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,3 faiz artaraq 737,5 milyon manata çatıb.

Hafta.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 585,9 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 79,4 faizinə bərabərdir. İlin ilk ayında hər bir ölkə sakini orta hesabla 75,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 3,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

2017-ci ildə ölkənin əksər regionlarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində artım müşahidə edilib. Belə ki, 2016-cı illə müqayisədə Abşeron iqtisadi rayonu üzrə 4,0 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 3,3 faiz, Lənkəran, Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarının hər biri üzrə 3,0 faiz, Aran iqtisadi rayonu üzrə 2,2 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 1,0 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 0,2 faiz və Bakı şəhəri üzrə 0,7 faiz artım qeydə alınıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018