Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xocalıdan olan məcburi köçkünlər tibbi müayinədən keçib - FOTO
Tarix: 25.02.2018 | Saat: 12:28:00
Bölmə:Sosial | çapa göndər

Gəncə şəhəri Yeni qəsəbə - 2-də yaşayan, Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbə sakinləri üçün icbari tibbi müayinələr təşkil olunub.

Hafta.az AZƏRTAC-a istinadən bildirir ki, tibbi profilaktik baxış üçün avadanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinəyə (USM), elektrokardioqrafik (EKQ) və laborator müayinələrin aparılmasına, terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlərin cəlb edilməsinə xüsusi diqqət ayrılıb.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov bildirib ki, 1067 nəfərdən çox qəsəbə sakininə müayinələr edilib və məsləhətlər verilib.

Səyyar rentgenoflüoroqrafik müayinələrin sayı 647, elektrokardioqrafik 114, ultrasəslə müayinələrin sayı 98, laborator müayinələrin sayı 238 olub. Qəsəbə sakinlərindən 6 nəfəri evində konsilium edilib, 98 şəxsə ambulator müalicə təyin olunub, 14 şəxs stasionar müayinə və müalicə üçün Gəncə şəhərinə dəvət edilib. Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin sakinləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən icbari tibb müayinələr üçün dövlətimizin başçısına öz minnətdarlıqlarını ifadə ediblər.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov müayinələr zamanı sakinlərə maarifləndirici təlim də keçib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA