Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dilarə Kazımova və Etibar Əsədli "Xocalı" üçün mahnı oxudular - VİDEO
Tarix: 26.02.2018 | Saat: 12:43:00
Bölmə:Şou-biznes Video | çapa göndər

Dilarə Kazımova və Etibar Əsədli "Xocalı" üçün birləşdi!

26 il öncə xalqımıza qarşı törədilmiş Xocalı Soyqırımı ölkə siyasəti və gənclərinin təşəbbüsü ilə hər il dünya ölkələrində yad edilir. Müğənni Dilarə Kazımova da müxtəlif ölkələrdə keçirilən mətbuat konfransları yaxud müsahibələri zamanı ölkəsinə qarşı təşkil olunmuş terror hadisəsini qətiyyətlə pisləyir. Bu il isə ifaçı yaradıcılığında Xocalı soyqırımı ilə bağlı layihəyə Fransanın Paris şəhərində yaşayan bəstəkar, pianoçu, musiqi prodüseri və "Asadli pro" studiyasının sahibi, Etibar Əsədli ilə birlikdə imza atıb.


Müğənni hafta.az-a açıqlamasında bildirib ki, “Bumerang Label” şirkətinin iş birliyi ilə bağlı təklifini qəbul edən Etibar Əsədlinin musiqisini dinləyən Dilarə Kazımova kövrələrək dərhal musiqini ifa edərək, ona yeni nəfəs gətirib. Dilarə Kazımovanın ifa etdiyi mahnı Xocalı Soyqırımına həsr olunan “613” layihəsinə məxsusdur. Layihə erməni təcavüzkarlarının bir gecədə qətl etdiyi 613 həmyerlimizin xatirəsinə ithaf olunub.

Qeyd edək ki, layihənin rəhbəri və musiqinin bəstəkarı Etibar Əsədlidir. Sözləri mərhum şair Zəlimxan Yaquba aid olan mahnı ilk dəfə 2017-ci ildə bəstəkarın atası Sahib Əsədli səsləndirib. Bu il isə sözügedən mahnıya müğənni Dilarə Kazımova klip çəkdirərək mətbuata təqdim edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2018
22.09.2018
21.09.2018