Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənilərin türkdilli xalqlara qarşı soyqırımları - Araşdırma
Tarix: 05.03.2018 | Saat: 17:11:00
Bölmə:Araşdırma | çapa göndər

Ölkə prezidenti erməni daşnak terror dəstələrinin 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın bir çox bölgələrində yerli türklərə, yəhudilərə və ləzgilərə qarşı törətdikləri soyqırımın 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncamdan irəli gələrək yüz il öncə soydaşlarımızın başlarına gətirilən amansız münasibətlərin araşdırılması, bu yöndə tədbirlərin keçirilməsi üçün tədbirlərin gerçəkləşdirilməsi qeyd olunur.

Mediada silsilə yazıların yazılması isə jurnalistlərin üzərinə düşən vəzifələrdəndir. Araşdırmalar göstərir ki, ermənilər 200 ildən artıqdır ki, ayaqda durmaq üçün məkrli yollara əl atmış, qonşu xalqların içərisində assimilyasiya olmaması üçün hətta torpaqlarında məskunlaşdığı xalqlara, millətlərə divan tutmaqdan belə çəkinməyiblər. Ermənilərin türk düşmənçiliyinin kökü isə 150 ildən artıqdır. Erməni silahlı dəstələri özlərinə dövlət qurmaq üçün çıxdıqları “yola” 19-cu əsrin əvvəllərindən başlayıblar. Onlar təkcə Türkiyə və Azərbaycana qarşı deyil, hətta qazax, özbək, qırğız, türkən türklərinə qarşı da soyqırım siyasəti həyata keçiriblər.

Ötən əsrin sonlarında Dağlıq Qarabağ cəbhəsində başlayan müharibənin aktiv fazasında (1988-1994) ermənilər 5 dəfə soyqırım siyasətinə əl atıblar. Altı il ərzində gerçəkləşən bu soyqırımlar nəticəsində 2000 mindən artıq Azərbaycan və Ahıska türkü, eləcə də kürdlər qətlə yetirilib.

Ağdaban soyqırımı

Ağdaban soyqırımı — 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Soyqırımı Ermənistan ordusunun əsgərləri ilə yanaşı Fələstin və Livanda təlim keçmiş muzdlu terrorçulardan ibarət qruplaşma həyata keçirib.

Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər.

Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Ağdaban qətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur. Beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsiyə etməyə imkan verir və Aqdaban kəndinin dinc əhalisinə qarşı erməni-rus silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırım cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalıdır.

1993-cü il mart ayının 27-də erməni quldur dəstələri yenə də Kəlbəcərə hücumu Ağdabandan başlayıb. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə xarabalığa çeviriblər. İkinci hücum zamanı kənd əhalisinin bir hissəsi zorakılıqdan canını qutarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda ermənilər tərəfindən qətlə yetrilib. Hazırda Kəlbəcər rayonunun Ağdaban kəndi Ermənistan ordusunun işğalı altındadır.

Başlıbel soyqırımı

Kəlbəcər rayonun Başlıbel kəndi 1993-cü ilin aprelin 3-də işğal edilib. İşğal zamanı mühasirəyə düşmüş kənd əhalisi dağlara sığınıb. 16 günlük mühasirədən sonra erməni silahlı birləşmələri işğal kənd əhalisinin gizləndikləri yeri müəyyən edə bilir. Silahsızvə əliyalın əhaliyə divan tutulur.

Təkcə Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri - Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadınlar, uşaqlar və qocalar) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.

Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

Başlıbel kəndi işğal zamanı tamamilə yandırılıb və yer üzündən silinib. Erməni silahlıları hətta kəndin tarixi qəbristanlıqlarını da yerlə - yeksan edib.

Qaradağlı soyqırımı

Qaradağlı soyqırımı — 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırım.

Fevralın 13-17-də erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülür. Kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnir. Eyni zamanda ermənilər öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırırlar.

Erməni silahlı birləşmələri eləcə də onların tərkibində döyüşən fələstinli və livanlı terrorçular dörd günlük qətliam törədərək Xocavənd rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndini yer üzündən silib. Soyqırım zamanı Qaradağlı kəndi işğalçı Ermənistan ordusunun əsgərləri tərəfindən tamamilə yandırılıb. Soyqırım aktı zamanı 91 nəfər yəni, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlər arasında azyaşlı uşaq, qadın və qocalar da olub.

Eyni zamanda, Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülüb. 42 ailə öz başçısını itirib. 140-a yaxın uşaq yetim qalıb. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub.

Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb.         

Tarixi abidələr, mədəniyyət nümunələri məhv edilib.                                                                

 Xocalı soyqırımı

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım.

Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib.

25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Erməni yaraqlıların atəşi nəticəsində 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.

Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı Ermənistanın silahlı dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.

Azərbaycandan başqa, Xocalını tam səviyyədə Pakistan və Sudan soyqırım kimi qəbul edib. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyıb. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

 Çayqovuşan soyqırımı

Kəlbəcər rayonunun Çayqovuşan kəndi 3 aprel 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilərkən əhallisinin böyük hissəsi qətlə yetirilib. Kənd yandırılıb və yer üzərindən silinib. Maddi sərvətləri talanıb.

Onlarla kənd sakini fiziki işgəncələrə məruz qalıb. Çayqovuşan kəndinin əhalisinin xeyli hissəsi – qadın, qoca, uşaq demədən qətlə yetirilib. 20-dən artıq insan əsirlik həyatı yaşayıb. Onlardan bir neçəsinin taleyi bugünə kimi məlum deyil.

 

Cebeçalı (İrəvan) soyqırımı

1920-ci ildə may ayının 23-dən 24-nə keçən gecə 300-dən çox erməni atlısı Uluxanlıdan 5 km şimalda yerləşən və əhalisi tamamilə türklərdən (azərbaycanlılardan) ibarət olan Cebeçalı kəndini mühasirəyə alır. Erməni atlılar dinc əhalinin evlərinə soxulur. Ailə başçılarını tüfənglərinin qundağı ilə uşaqların və qadınların gözü qarşısında döyə - döyə kəndin mərkəzinə gətirirlər.

Ermənilər əli silah tutan müsəlmanları bir yerə toplayıb hamısını süngüdən keçirirlər. Soyqırım nəticəsində silahsız kənd əhalisinin yarıdan çoxu, təxminən 110 nəfər 16-60 yaş arası kişilər qətlə yetirilir.

Türkiyədən olan prof.dr. Fəxrəddin M. Kırzıoğlu Cebeçalı soyqırımı haqqında araşdırmalar aparıb. Qətliam haqqında erməni silahlılarının yuxarı instansiyalara olan məktublarını öz yazılarında sübut kimi elmi ictimaiyyətin diqqətinə çatdırıb .

Fərqanə (Özbəkistan) soyqırımı

İndiki türkdilli respublikaların sələfi sayılan Türküstan vilayəti də qəsbkar erməni milliyyətçilərin törətdiklərinin şahidinə çevrilib. Həm Rus imperiyası, həm sovet hakimiyyəti dövrlərində öz çirkin məqsədlərinə nail olmaq üçün “sədaqət” göstərməyə çalışan ermənilər onlara isti yuva, yaşayış bəxş etmiş bu türk ellərinə qarşı xəyanətkar simasını göstərmişdi.

19-cu əsrin ikinci yarısında, o vaxtlar daha çox Rus və ya Qərbi Türküstan kimi tanınan Mərkəzi Asiyanın işğalı və Rus imperiyasına birləşdirilməsi prosesində erməni icmaları peyda olmağa başladı. 1917-ci ildə Rusiya imperiyasının sayəsində Türküstan ermənilərinin sayı xeyli dərəcədə artıb. Gələm ermənilər tədricən sənətkarlıqla məşğul olur və dükanlar açır, tikinti işlərinə baş vurur. Erməni tacirləri Rusiya ilə mal mübadiləsi həyata keçirirdi. Varlı ermənilərin isə pambıqtəmizləmə, yağ və digər müəssisələri var idi.

Sovet işğalı illərində sovetlərin öz məqsədləri üçün milliyyətçi “Daşnaksutün” təşkilatından istifadə etməsi erməni icmaları ilə Türküstanın yerli əhalisi arasında münasibətlərin gərginləşməsinə səbəb olurdu. Bu isə əvvəllər şərabçılıq, ticarət, dəllallıq, bərbərliklə məşğul olan şəxslərin birdən-birə “inqilabçıya” çevrilərək Türküstanın yerli əhalisinə qarşı qarət və hücumlar təşkil etməsi ilə əlaqədar idi.

1918-ci ildən etibarən 1919-cu ilə qədər daşnaklar tərəfindən Fərqanə vadisinin demək olar ki, bütün şəhərləri və 180 yaşayış məntəqəsi qarət olunmuş və məhv edilmişdi. Kokand şəhərində 3 gün ərzində 10, Margilanda 7, Əndicanda 6, Namanqanda 2, Bazarkurqanla Kokand arasında yerləşən ərazilərdə isə 4,5 mindən çox dinc sakin qətlə yetirilmişdi.

1918-ci ilin 13 fevralında Kokand və ətraf qışlaqların əhalisinə qarşı amansız soyqırım həyata keçirilmişdi. Daşnaklar üç gün ərzində sadəcə bədbəxtsizlikdən onların qarşılarına keçən bütün müsəlmanları öldürür, ev və dükanlarını qarət edirdilər.

Lakin Kokand muxtar vilayətinin özbək müdafiəçiləri ilə yanaşı, həm də Türküstan muxtariyyətinin müdafiəçiləri olan farslar, yəhudilər, hətta ruslar və onların azsaylı icmaları yaş və cins fərqi olmadan qəddarcasına qətlə yetirilmişdi. Qətlləri isə “Daşnaksütun” partiyasının Fərqanədəki silahlı birləşmələri həyata keçirirdi.

Erməni müəlliflərin xülasəsi – 1905-06-cı illərdə 75 kəndin yer üzərindən silinməsi

1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlarda tarixi Azərbaycan ərazisi Yuxarı Qarabağda yüzlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilir.

10 iyun 1905-ci ildə daşnak terror birləşmələri Cəbrayıl qəzasının Veysəlli, Qacar, Çəmən, Arış, Qışlaq kəndlərinə basqın edirlər. Əhalinin böyük hissəsi kəndin girəcəyinə toplanaraq məhv edilir. Toplu məzarlıqlarda basdırılır. Sağ qalan əhali ev-eşiyindən didərgin salınır, evlər yandırılır.

Erməni müəllifi S.Zavaryanın “Экономические условия Карабаха и голод 1905-1907 гг.” əsərində verdiyi məlumatına görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılıb.

Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019