Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Öldürücü epidemiya sürətlə dünyaya yayılır
Tarix: 07.03.2018 | Saat: 11:05:00
Bölmə:Sosial | çapa göndər

Dünyamızı qorxunc epidemiya virusu cənginə almaqdadır. Bu “Sarı qızdırma” epidemiyasıdır. Əsasən səhraaltı Afrika (Böyük Səhradan cənubda qalan bütün Afrika ölkələrinə verilən ad – V.T.) və Cənubi Amerika kimi tropik materiklərdə tüğyan edən bu epidemiya artıq Braziliyada həyəcan təbili çalmaqdadır.

Braziliya Səhiyyə Nazirliyinin internet səhifəsində yerləşdirilən məlumata əsasən, bu ölkədə 2016-cı illə müqayisədə 2017-ci ildə “Sarı qızdırma”ya tutulanların sayı 25 faiz artıb. Bu da o deməkdir ki, virusa yoluxan insanların sayı 576 nəfərdən 723-ə, epidemiya nəticəsində yaşamını itirənlərin sayı isə 184-dən 273-ə yüksəlib. Xüsusilə də Braziliyanın Minas Gerays əyaləti 314 yoluxma və 103 ölüm faktı ilə son 7 ayda virusun ən çox təsir göstərdiyi əyalətdir. Ölkənin ikinci iri şəhəri olan Rio de Janeyroda isə 112 nəfər virusa yoluxub və onlardan 51-i həyatla vidalaşıb. 

Artıq Braziliyanın Səhiyyə Nazirliyi ölkə miqyasında vətəndaşları xüsusi peyvəndləmə əməliyyatına start verib. Martın sonunadək ən azı 36 milyon braziliyalıya aşı vurulacağı deyilir ki, artıq 20 milyon kapsul tibb idarələrinə paylanılıb, önümüzdəki günlərdə .daha 16 milyon kapsul da ibb idarələrinə veriləcək. İndiyədək 5,5 milyon vətəndaş peyvənd olunub…

“Sarı qızdırma” nədir? Bu, adları tibbə məlum olan və epidemiya törədən vuruslardan ən qorxuncudur. Ümumi təzahürü adi qripdə olduğu kimidir - qrip sindromu kimi özünü göstərir, qara ciyəri zədələyir və qanaxma ilə muşayiət olunan yüksək hərarət yaradır. Bu virusa yoluxan insanların dərisinin rəngində saralma hiss olunduğu üçün xəsəliyin adı məhz “Sarı qızdırma” adlandırılıb. “Sarı qızdırma” meymun, siçan və ağcaqanadların orqanizmində asanlıqla ürəyib artan, olduqca kiçik RNA tipindən virusdur.
“Sarı qızdırma”nı digər epidemiya örədən viruslardan fərqləndirən cəhəti onun qanaxmalar törədərək insana öldürücü təsir göstərməsidir. “Aedes aegypti” cinsindən olan ağcaqanad və milçəklərin dişləməsi yolu ilə yayılır. İlkin əlaməti qızdırma, üşütmə, əzələdə kəskin ağrılar, ürəkbulanma, qusma, bel və qarın nahiyələrində ağrılar, böyrəklərdə fəaliyyətin pozulması ilə üzə çıxır. Dəridə saralma və ləkələr yaranır. Əlamətlər üzə çıxan kimi müalicəsinə başlanılsa, belə xəstələrin yarısı sağalır, immuniteti zəiflər isə 10-15 gün ərzində həlak olur. Keçicidir və nəzarətə götürülmədikdə epidemiya halını alır. Ona görə də belə yoluxma hallarını ən qısa vaxtda aşkarlayıb peyvənd eləmək lazımdır. “Sarı qızdırma” virusu 45-55 nm ölçüsündədir və genetikası RNA-dan ibarədir.
Maraq üçün ildirək ki, qaradərili insanların orqanizmi bu virusa qarşı güclü immunitetə malikdir. Ona görə də virusa yoluxma halları daha çox Afrika və Cənubi Amerika materikində yaşayan və ya ora gələn ağdərililərdə müşayiət olunur.
“Sarı qızdırma” virusu ilk dəfə 18-ci əsrin başlanğıcında İtaliya, Fransa, İspaniya və İngiltərədə yayılıb. Hətta tarixi faktlar isbat edir ki, 1800-cü illərdə yalnız İspaniyada 300 min insan bu virusun yaratdığı epidemiyadan həlak olub. Bundan əlavə, 1802-ci ildə Haiti adasında verən çevriliş zamanı oradakı Fransa ordusunun əsgərlərinin yarısı məhz “Sarı qızdırma”ya tutularaq həlak olub.


Viruslara qarşı ilk aşı 20-ci əsrin əvvəllərində icad edilib və xəstəliyin yayılma yolları, eləcə də ondan qorunmaq üsulları öyrənilib. Hətta ilk vaxtlar insanları peyvənd eləmək istəyən könüllülərin çoxu virusa yoluxaraq həlak olub.
“Sarı qızdırma”nı “Flaviviridae” ailəsindən müsbət iplikçikli bircinsli RNA virusu olan “arbovirus” yaradır. Ağcaqanadlar bu infeksiyanı tüpürcək və ya sadə dillə desək ağız suyunu insanın dərisinə yaxmaqla yayırlar. Yəni onların insanı dişləməsi vacib deyil, onsuz da dərinin səthinə qonan kimi bığcıqlı ayaqlarına bulanan şirədəki minlərlə virus insan orqanizminə köçür. Bu cür ağcaqanadlar Afrika'da Aedes simpsalonı, A. africanus və A. aegypti, Cənubi Amerikada Haemagogus cinsi və Fransda Sabethes cinsini əhatə edir.
Xəstəlik əsasən 3-6 gün arasında özünü biruzə verir. İmmuniteti güclü olanlar 3-4 gün sonra virusa qalib gələrək sağalır, qalanlarında isə xəstəlik şiddətlənir. Xəstəliyin şiddətlənməsi adamın ağız, burun, mədəsində, hətta gözlərində qanaxma ilə müşayiət olunur. Güclü müalicə etməklə belə xəstələrin də daha dözümlü olanlarını sağaltmaq mümkündür, amma qalanlarına çarə yoxdur.
Bir məsələni də unutmamaq lazımdır ki, bir sıra xəstəliklər “Sarı qızdırma”ya çox bənzəyir. Ona görə də belə hallarda infeksiya xəstəlikləri üzrə həkimlərə müraciət edilməli və mütləq qan analizi verilməlidir.
Bu virusa yoluxan xəstələr üçün xüsusi müalicə üsulu təbiq edilmir. Sadəcə hərarəti endirmək və bədəndə maye itkisinin qarşısını almaq üçün çoxlu su içmək lazımdır.
Bəs virusa yoluxmadan necə qurtulmaq olar? Birmənalı şəkildə peyvənd etdirmək, yəni xüsusi aşı vurdurmaq lazımdır. Başqa cür təsadüfi dəriyə yapışan ağcaqanadlardan qurtulmaq olmaz. Aşını səhraaltı Afrika və Latın Amerikası ölkələrində yaşayan əhali ilə yanaşı, həm də bu materiklərdəki ölkələrə səfər edən turistlər vurdurmalıdır.
Epidemiyanın coğrafiyasından uzaq ölkələr, o cümlədən Azərbaycan da bu viruslara yoluxma risqindən sığortalanmayıb. Amma risqi sıfır səviyyəsinə endirməyin yolu var. Məsələn, 1908-ci ildə Avstraliyada qəbul olunmuş Qarantin qanununa görə, epidemiyanın yayıldığı səhraaltı Afrika və Cənubi Amerika ölkələrinin vətəndaşları, hətta haralı olmasına baxmayaraq (Avstraliya vətəndaşları da ola bilərdi) son 6 gün ərzində sözügedən coğrafiyada bir gecədən çox səfərdə olanlar mütləq “Sarı qızdırma”ya qarşı aşı vurdurduqlarına dair sənəd təqdim etməliydilər. Bu müstəvidə yanaşsaq, Azərbaycana da səhraaltı Afrika və Cənubi Amerika ölkələrindən gələnlər sərhəd buraxılış məntəqələrində yoxlanılmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, hər il dünyada 200 min insan “Sarı qızdırma”ya yoluxur və onların da 30 mini həlak olur. Üstəlik, üzü yaya gedirik, havalar qızdıqca turizm mövsümü başlayacaq və əlbəttə, insanlar imkanları daxilində ecazkar təbiətə malik tropik ölkələrə üz tutacaqlar. Elə Azərbaycana səfər edənlər arasında həmin coğrafiyadan turistlər də olacaq. Ona görə də mümkün təhlükənin qarşısını indidən almağa hazırlaşmalıyıq...

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018