Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xanım jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı - FOTO
Tarix: 07.03.2018 | Saat: 16:43:00
Bölmə:Sosial | çapa göndər

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım jurnalistlər arasında “Azərbaycanın maarifçi qadınları” mövzusunda keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, mükafatlandırma mərasimində “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Sona xanım Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri, Fəxri mədəniyyət işçisi Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Əməkdar jurnalist Telli Pənahqızı, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Həftə içi” qəzetinin təsisçisi və baş redaktoru Sevinc Seyidova və başqaları iştirak edib.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov əsrlər boyu Azərbaycan qadınının cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolundan bəhs edərək bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. İlk dəfə xanım jurnalistlər arasında keçirilən müsabiqədən bəhs edən icraçı direktor bildirib ki, ötən il dekabrın 8-də elan olunan müsabiqəyə fevralın 8-də yekun vurulub. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş şəkildə işıqlandırılıb.

Yazıların hamısı ilə tanış olduğunu diqqətə çatdıran Oqtay Səmədov vurğulayıb ki, müsabiqənin nəticəsi olaraq dərc olunan toplu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq.

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva müsabiqədə iştirak edən bütün xanımlara minnətdarlığını bildirib. O qeyd edib ki, onların yazıları həm keçmiş, həm indi, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür:

“Şəfiqə Əfəndizadə və Şəfiqə Qaspıralı kimi xanımlar Azərbaycanda maarifçiliyi yayan, dövlətçiliyimizin möhkəmlənməsi üçün öz zəkasını və ziyasını əsirgəməyən qadınlarımızdandır. Onların sonrakı taleyi də acınacaqlı oldu. Repressiya dövrü onlardan da yan keçmədi. Buna baxmayaraq, öz maarifçi missiyalarından dönmədilər. Maarifçi xanımlarımız bəzən tikiş dərnəyi adı altında gənc xanımlarımıza, qızlarımıza savad, bilik öyrədirdilər. Çox məşəqqətli bir yol keçiblər. Həmidə xanım, Şəfiqə xanım Azərbaycan üçün çox böyük işlər görmüş qadınlarımızdandır”.

Sona Vəliyeva həmçinin qeyd edib ki, bizim cəmiyyətin kişiləri cəmiyyətə böyük önəm veriblər, qadınlara inanıblar:

“Ulu öndər Azərbaycan qadınına inandı. 1980-ci illərdə keçmiş SSRİ-nin ayrı – ayrı ali təhsil müəssisələrinə göndərilən xanımlarımızın yarısı qadınlar idi. Sovet dövründə onların vəzifəyə çəkilməsi, qadınlarda dövlətçilik şüurunun oyadılması məhz məhz ümummilli liderin adı ilə bağlıdır. Müstəqillik illərində qadınlarla bağlı xüsusi komitə yaradıldı. Bu gün Azərbaycanda birinci vitse-prezidentin qadın olması dövlətin qadına verdiyi önəmin ən gözəl təzahürüdür”.

Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu diqqətə çatdıran Sona Vəliyeva əsas mükafatlara layiq görülənlərin bu qalibiyyəti bütün Azərbaycan xanımlarına həsr etdiyini deyib.

“Kaspi” qəzetinin təsisçisi müsabiqəyə daxil olan yazılardan ibarət toplunun Bilik Fondu tərəfindən nəşr olunduğunu da xatırladıb.

Çıxış edənlər – Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Əməkdar jurnalist Telli Pənahqızı, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı Azərbaycanın maarifçi xanımlarının cəmiyyətdəki danılmaz rolunun daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq saçar.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, bu gün jurnalistika sahəsində fəaliyyət göstərənlərin 60 %-i qadınlardır. MŞ sədri bir məsələdən narahatlıq keçirdiyini də deyib. O qeyd edib ki, Azərbaycanın bəzi bölgələrində qızlar məktəbə göndərilmir. Qızların təhsildən məhrum edildiyi cəmiyyətin gələcəyi şübhə doğurur. Ona görə də  bu məqam məni çox narahat edir”. O sonda vurğulayıb ki, biz Şərqdə qadına səsvermə hüququ verən ilk ölkə olmuşuq və Azərbaycan xanımına verdiyimiz azadlığı qorumalıyıq.

KİVDF sədri Vüqar Səfərli öz çıxışında  qadınlar arasında keçirilən müsabiqənin   çox təqdirəlayiq olduğunu deyib. O qeyd edib ki, indiyə kimi müsabiqələrdə bu mövzuya toxunulmamışdı: “Hesab edirəm ki, bu ənənə davam etdiriləcək  və müsabiqəyə  qatılan jurnalistlərin sayı çox olacaq”.

Telli Pənahqızı isə öz çıxışında müsabiqəyə təqdim edilən yazılardan danışıb. O qeyd edib ki,  26 yazının hamısını bir-bir oxuyub: “Mən bu yazılarda yanan ürək, maarifçilik ideyalarının  yayılmasında özünü alova atan qadınlar gördüm”. O əlavə  edib ki, qadınların savadlı olması cəmiyyətin savadlı olmasıdır.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da mövzu ilə bağlı fikir bildirib. O qeyd edib ki, Hənifə Məlikova, Şəfiqə Qaspiralı və burada adı keçən digər qadınlar tarixə möhürünü vuran qadınlardır: “Onlar  maarifpərvər qadınlar və  böyük vətənpərvər idilər. Onlar millətinin aydınlanması üçün mübarizə aparırdılar. Mən Sona xanımı Şəfiqə Qaspiralının davamçısı olaraq görürəm. Bu gün birinci vitse-prezident  Mehriban Əliyevanın dövlət quruculuğunda öz rolu var”. 

“APA” Holdinqin rəhbəri Vüsalə Mahirqızı maarifçi qadınların cəmiyyətdəki rolunun işıqlandırılmasının vacibliyini vurğulayıb. 

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, informasiya əsrində, qlobal dünyada hansı xalq daha çox elmə əsaslanırsa, öncül xalqlardan hesab olunur: "Elmin inkişafında qadınların rolu kifayət qədər böyükdür. Azərbaycanda bir sıra hallarda təhsilə münasibət, qızların məktəbə göndərilməməsi, təhsil verilmənəsi məni narahat edir. Təhsilsiz cəmiyyətin inkişafı şübhə altına düşür. Azərbaycanda ilk dəfə qadına seçki hüququ verilib. Qadınlarımızın hüquqlarının qorunmasında onlara dəstək verməliyik".

“Azərbaycanın maarifçi qadınları” toplusunda akademik Zərifə Əliyeva, şərqşünas alim Aida İmamquliyeva, Pəri Topçubaşova, Hənifə Məlikova, Şəfiqə Əfəndizadə, Sara Aşurbəyli, Sona Tağıyeva, Məryəm Bayraməlibəyova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb.

Tədbirin sonunda qaliblər mükafatlandırılıb. Müsabiqədə iştirak edən hər xanım bir iştirakçısya mükafat təqdim edilib.

Birinci yerə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) müxbiri Ülviyyə Heydərova, ikinci yerə, “Sputnik” saytının müxbiri İradə Cəlilova və Modern.az saytının müxbiri Gülşən Raufqızı (Qasımova), 3-cü yerə “İqtisadiyyat” qəzetinin müxbiri Mətanət Hüseynova və “Xalq qəzeti”nin müxbiri Ülviyyə Niftəliyeva layiq görülüblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” ilə bağlı əmr imzaladı
Heydər Əliyev prospektində piyada vurulub
"ABC Tədris və İnkişaf mərkəzi" və "Ahıllara və Tənhalara Dəstək"-dən təqdirəlayiq addım
“Azərbaycanda Belarusu qardaş ölkə və dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər” - Prezident
“Saakyanın Fransa və ABŞ-a səfərinə şərait yaradılmasının siyasi rəzalətdən başqa adı yoxdur” – Qabil Hüseynli
Azərbaycan-Belarus sənədləri imzalanıb
Belarus və Azərbaycan arasında mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır - Lukaşenko
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı əməkdaşlıq haqqında Memorandum imzalayıb
Tələbələr pulsuz müayinə olunacaq
Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi