Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Daha bir erməni qadın Bakı bulvarını sərbəst gəzdi – GÜNÜN TƏZADLARI
Tarix: 07.03.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Əslən erməni olan İrina Berçinyan Bakıya gəldi. Hafta.az Milli.az-a istinadən xəbər verir ki, digər Bakı erməniləri kimi, o da 30 il sonra Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının vasitəçiliyi ilə Azərbaycan paytaxtına qayıdıb. İrina Bakı haqqında əslən azərbaycanlı olan ərindən öyrənib. Doğulduğu və böyüdüyü şəhəri o, erməni separatçılarının Azərbaycana qarşı ərazi iddialarından sonra tərk edib. Qadın qeyd edir ki, 1980-ci illərin sonunda ailəsi ilə birgə Rusiyaya köçüb. Beləliklə, 30 il sonra İrina Berçinyan azərbaycanlı əri ilə Bakı küçələrində, dənizkənarı bulvarda sərbəst gəzir.


Bakıda maşın 3 insanı birdən vurdu


Paytaxtda ana və iki uşağı eyni anda avtomobillə vuruldu. Hafta.az yazır ki, APA-nın məlumatına görə, hadisə Xətai rayonu, “Nargilə” kafesi yaxınlığında qeydə alınıb. Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək, yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub. Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib. A.Kərimov hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.


İsrail baş nazirinin oğlu ofisiant işləməyə başladı


İsrail baş naziri Binjamin Netanyahunun kiçik oğlu Avner atasının Qüdsdəki iqamətgahının yaxınlığında yerləşən bir kafedə ofisiant işləməyə başladı. Hafta.az-ın İsrail KİV-ə istinadla verdiyi xəbərdə deyilir ki, hökumət başçısının oğlu ordudan tərxis olunduqdan və xaricə qısa bir səfərdən sonra
belə bir qərar verib. Eyni zamanda, Avner Netanyahunun yaxın gələcəkdə atasının evindən ayrılmaq və kirayə mənzilə köçmək niyyəti də məlum olub. Avnerin çalışdığı müddətdə kafe yaxınlığında “ŞABAK” təhlükəsizlik xidmətinin avtomobili dayanır və əməkdaşlar keşik çəkir. Buna səbəb mövcud qaydalara görə, təhlükəsizlik qurumunun hökumət başçısının oğlunu daim mühafizə etməyə borclu olmasıdır.
2017-ci ilin əvvəlində İsrail ordusunda xidmətini bitirən Avner Netanyahu, demək olar ki, dərhal xaricə səfərə yollanıb. O, Avstraliya və Yeni Zelandiyanı ziyarət edib. Hökumət başçısının oğlunu səfərboyu da təhlükəsizlik əməkdaşları müşayiət edib.


Pornoaktrisa prezidenti məhkəməyə verdi


Pornoaktrisa Stormi Daniels ABŞ Prezidenti Donald Trampı məhkəməyə verdi. Hafta.az Musavat.com-a istinadən xəbər verir ki, 2016-cı il seçki kampaniyasından öncə Trampla gizlilik barədə razılıq əldə edən Daniels bu sənədin prezident tərəfindən heç vaxt imzalanmadığını dilə gətirərək məhkəməyə müraciət edib. Qeyd edək ki, əsl adı Steffani Klifford olan aktrisa 2006-2007-ci illərdə Donald Tramp evli olduğu dövrdə prezidentlə münasibətdə olub. O, bu barədə daha əvvəl “In Touch Weekly” jurnalına danışıb. Lakin daha sonra Trampın vəkilinin ona susmaq üçün 130 min dollar ödədiyini iddia edib. Ağ Ev bu məlumatları təkzib edir.


Havadan elektrik yaradan cihaz icad edildi


Qərb alimlərindən ibarət olan bir araşdırma qrupu istiliyin dəyişməsindən faydalanaraq, havadan elektrik yaradan bir cihaz icad etdi. Hafta.az-ın “Dəyərlər”ə istinadən verdiyi xəbərə görə, bunun sayəsində sensorlara və ünsiyyət cihazlarına lazım olan enerji havadan əldə edilə bilər. Termal rezonator adı verilən bu cihaz, istiliyin dəyişməsini bir səthdən digərinə keçərkən tutur. Cihazın iki üzü də tarazlığa çatmaq üçün işləyərkən yaranan enerji termoelektrik proseslə tutulur. Yeni termal rezonatorlar sayəsində uzaq bölgələrdəki sensorlar və elektrikə bağlı olmayan cihazlar, istiliyin dəyişməsindən istifadə edərək illərlə işləyə bilər. Araşdırmaçılardan Maykl Strano belə deyir: “Bu, oturduğunuz yerdən fərqli tezliklərdəki istilik dalğalanmalarından istifadə edərək, enerji yaratmağa bənzəyir, yəni yoxdan enerji əldə etmək kimi…”.


Göygöldə avtomobil eyni anda 2 məktəblini vurdu


Göygöldə bir vaxtda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verdi. Hafta.az yazır ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, olay rayonun Yeni Qızılca kəndində baş verib. Kənd sakinləri - 2003-cü il təvəllüdlü Əskərov Coşqun Xəyal oğlu və həmyaşıdı Əliyev Rəvan Ramiz oğlu yolu keçən zaman avtomobil onları vurub. Müxtəlif bədən xəsarətləri alan hər iki yeniyetmə xəstəxanaya yerləşdiirlib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzanı törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.06.2018
22.06.2018
21.06.2018
“Mədəniyyət Günlərinin açılışında müştərək filmin çəkilişinə dair saziş imzalanacaq” - Əsgər Farsi
Pambıq tarlalarındakı zəhərlənmə ilə bağlı vəzifəli şəxslər həbs edildi - RƏSMİ
«26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü»nə həsr olunmuş tədbir keçirilib
Sahil Babayev Şirvanda vətəndaşları qəbul edib
Ermənistanla Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib - Zakir Həsənov
Əcnəbilərin qeydiyyatı ilə bağlı müddət dəyişdirilir
Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə fleşmob - VİDEO
MM-in növbədənkənar sessiyada son iclasının gündəliyi müəyyənləşib
Binəqədidə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi qeyd olunub
Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb