Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “təvazökarı” - HƏFTƏ REYTİNQ
Tarix: 09.03.2018 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Xalq yazıçısı Anar “Yeni Müsavat” müxbirinin təvazökarlıq haqda suallarına belə cavab verdi: “...Mən özümü öz statusumda hiss edirəm. Mən heç bir vaxt iddialı olmamışam. Hətta heç bir vaxt “mənim əsərlərim” sözünü işlətmirəm, həmişə “yazılarım” deyirəm, çünki ətim tökülür belə söhbətlər eşidəndə. “Bu, dünya şöhrətli yazıçıdır”; “Bu, dahidir”, “Bu, klassikdir”, filan... Adam gərək bir az... Mən lap cavanlıqdan beləyəm. “Mən təvazökaram” demək yenə özünü tərifləməkdir. Ona görə də demirəm ki, mən təvazökaram. Amma mən cavanlıqdan bəri heç bir vaxt özümdən deyən olmamışam. Heç tanınmayanda da deməmişəm ki, mən yazıçıyam, filan ailədənəm. Heç vaxt bunu qabartmamışam. Nəyəm, oyam da, pis, yaxşı...”.


Həftənin “Məcnunu”


68 yaşlı müğənni Əli Mirəliyev aparıcı Rövşanə Ağasəfqızına aşiq olması xəbərinə münasibət bildirərkən belə dedi: “Yox e, zarafat edirdik, efirdə şou göstərirdik. Mən axı özüm bunu deməmişəm. Elgiz özü üçün deyib, şou göstərib də. Verilişimin adı da şoudur da. Elə bir şey yoxdur”. Müğənni bununla belə aparıcıya aşiq olduğunu da etiraf edib: “Bəli, Rövşanə xanım mənim xoşuma gəlir, özü də neçə illərdir tanıyıraım, bir yerdəyik. Ona aşiq olmuşam... Rövşanə mənə deyil, Elgizə söz göndərib ki, “Belə zarafat etmək olar, hər şeyin öz tərzi var?!". Onu anlamaq olar da, subay qadındır. Mən Rövşanəyə dedim ki, əslində, mənə olmaz belə şou, çünki evliyəm, sən isə subaysan, səni sevmək olar, amma məni yox. Qoy, mən narazı qalım, etiraz edim. Lakin pensiyamı ona xərcləməyim doğru deyil...”.


Həftənin “mərhumu”


Türk Dünyasının böyük ziyalısı Murad Acı vəfat etdi. Kumıkəsilli Murad Acı (Murad İsgəndəroviç Acıyev) türkoloq, coğrafiyaşünas, publisist, yazıçı kimi bütün Türk Dünyasının nəhəg aydınlarından biri idi. O, 9 dekabr, 1944-cü ildə Moskvada anadan olub. 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya İnstitutunu bitirib.
Murad Acı türklərin tarixindən, məişətindən bəhs edən “Qıpçaq çölünün yovşanı”, “Türklər və dünya: məxfi tarix” kimi bir sıra məşhur kitabların müəllifidir.


Həftənin “azərbaycanlı uzunömürlüsü”


Azərbaycanın ən yaşlı sakininin adının Ginnesin “Rekordlar Kitabı”na salına biləcəyi bəlli oldu. Bunun üçün Azərbaycan Milli Elmər Akademiyası Fiziologiya İnstitutu işlər aparmağı planlaşdırır. İnstitutun dosenti Sevinc Hüseynovanın sözlərinə görə, hazırda ölkəmizdə ən yaşlı sakinin 108 yaşı var. Bu, Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Abasovadır. Azərbaycanda bu vaxta qədər qeydə alınmış 145 və daha çox rekord yaşlar heç bir sənəd ilə təsdiqlənməyib və mütəxəssislər tərəfindən verifikasiya edilməyib. Ona görə onların “Rekordlar kitabın”a daxil edilməsi mümkün olmayıb. Azərbaycanda uzunömürlülərin yaşlarını dəqiq təyin edilməsi üçün İnstitut tədqiqatlarını davam etdirir.


Həftənin “evtikəni”


“1994-cü ildən indiyə kimi ev tikirəm”. Bu sözləri ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı olan xalq artisti Nisə Qasımova dedi.
Müğənni bildirib ki, bağ evini 24 ildir ki, tikib bitirə bilmir: “1994-cü ildən Altıağacda ev tikirəm, indiyə kimi. Müğənni istəyirəm ki, desin ki, toylardan qazanıb, 6 ilə ev tikdim, 16 ilə ev tikdim. Mən 24 ildi ki, ev tikirəm. Hər yay yığdığım pulu aparıb ustanın pulunu verirəm, tikinti malları alıram...”.


Həftənin “əlil müğənnisi”


Çəliklə gəzən tanınmış müğənni Namiq Qaraçuxurlu İranın Tehran şəhərindəki Vizareti Kişver sarayında konsert proqramı ilə çıxış etdi. Konsertdə Azərbaycanın digər tanınmış simaları: əməkdar artist Baloğlan Əşrəfov, müğənni Elçin Hüseynov və iranlı sənətçi Ayhan səhnəyə çıxıb. Namiq Qaraçuxurlu 3 aydan çoxdur ki, ayağındakı sınıqdan əziyyət çəkdiyi üçün səhnəyə çəliklə çıxıb. Müğənnilərimizin konsertində anşlaq yaşanıb.


Həftənin “arvaddan gileylisi”


ARB TV-nin “Səhər-səhər” verlişinin növbəti qonağı olan müğənni Səməd Səmədov oğlunun yasına qırmız pencək geyinməsinə görə keçmiş arvadı tərəfindən qınanmasından danışdı:“Mən 40 ildir ki, yenidən ailə qurmuşam. 40 ildən sonra açıqlama verəsən ki, Səməd uşağının yasına qırmızı pencəkdə gəlib - düz gəlmir. Madam, bu yalandırsa, deməli, hər şey yalandır. Ayrı bir torba tikərdi mənə. Məni xalqımızın qarşısında alçaldır ki, yasa gəlmisən, qırmızı pencəkdə. Biz xeyir işlərdə, yaslarda dəfələrlə olmuşuq. Azərbaycanlıyıq, biz müsülmanıq. 5-6 yaşı var idi, o uşaq mənimlə yatıb dururdu. O uşaq mənimlə nəfəs alırdı...”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018