Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezidentin mühafizəçisi özünü öldürdü - GÜNÜN TƏZADLARI
Tarix: 09.03.2018 | Saat: 19:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Xüsusi təyinatlı Ukrayna Milli Polisinin əməkdaşı, prezident Petr Poroşenkonun evini mühafizə edən baş çavuş Sergey Qalasyuk intihar etdi. Hafta.az yazır ki, APA-nın məlumatına görə, bu barədə “Strana.ua” saytı mənbəyə istinadla məlumat yayıb. Hadisə fevralın 23-də baş versə də, bu haqda rəsmi məlumat yenicə yayılıb. S. Qalasyuk P. Poroşenkonun evi yaxınlığında mühafizə xidməti aparan zaman intihar edib. Ukrayna KİV yazıb ki, S. Qalasyuk əvvəl də özünü öldürməyə cəhd edib, buna baxmayaraq, xidməti vəzifəsini yerinə yetirməyə davam edib. Ukrayna hüquq-mühafizə orqanları S. Qalasyukun ölümü xəbərini təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.


Deputat huşunu itirənədək döyüldü


Kiyevdə Radanın deputatı Yuri Levçenkoya hücum oldu. Hafta.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri “Feysbuk” səhifəsində Kiyev Şəhər Şurasının deputatı Svyatoslav Kutnyak paylaşıb. Onun sözlərinə görə, insident Polovetskoy küçəsində baş verib. Levçenkonun huşunu itirənə qədər döyüldüyünü bildirən Kutnyak hazırda onun xəstəxanaya yerləşdirildiyini yazıb.


Yasamalda gənc öncə polisi, sonra özünü bıçaqladı


Bakının Yasamal rayonunda polisi bıçaqlayan gənc intihara cəhd etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü Lətif Məhərrəmov metronun “Nizami” stansiyası yaxınlığında saxlanılarkən, polis əməkdaşını bıçaqlayıb. Daha sonra Lətif Məhərrəmov özünə 14 bıçaq zərbəsi vurub. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, həmin ərazidə polis əməkdaşı Lətif Məhərrəmovdan sənədlərini göstərməsini tələb edib. Bu zaman o, cibində olan bıçaqla polis əməkdaşına xəsarət yetirib, sonra özünü də öldürmək istəyib. Faktla bağlı araşdırma aparılır.


Bakıda ata-ana azyaşlı uşağı metro vaqonunda qoyub getdi


“Bu gün saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib”. Hafta.az yazır ki, bunu cümə axşamı “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, uşaq metronun “Nəriman Nərimanov” stansiyasında tapılıb: “Uşağın valideynləri metronun “28 May” stansiyasında düşüblər və uşaq unudulub. Daha sonra isə uşaq metropoliten və polis əməkdaşları tərəfindən depoya gedən qatarda “Nəriman Nərimanov” metro stansiyasında tapılıb və valideynlərinə təhvil verilib”.


Nərimanovda ana və qızı mağazadan oğurluq edərkən tutuldu


Paytaxtda fəaliyyət göstərən “Nə alsan 1 manat” mağazalar şəbəkəsində oğurluq hadisəsi baş verdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, rəzil olay mağazanın Nərimanov filialında yaşanıb. Belə ki, alış-veriş edən ana və qızları xeyli sayda məhsulu çantalarına yığaraq götürmək istəyiblər. Ancaq onlar mağazanın təhlükəsizlik kameralarına tuş gələrək elə qapıdaca saxlanılıb. Oğurluq edən şəxslər polis bölməsinə aparılıb. Sözügedən hadisəni əks etdirən görüntülər mağazanın “İnstaqram” hesabında yerləşdirilib. İzləyicilər 1 manata görə belə addım atan ana və qızlarını sərt tənqid edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2018
23.06.2018
22.06.2018