Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Milli Şuranın mitinqi keçirilir - FOTO
Tarix: 10.03.2018 | Saat: 15:44:00
Bölmə:Siyasət | çapa göndər

Bu dəqiqələrdə "İnşaatçılar" metro stansiyası yaxınlığında yerləşən Məhsul stadionunda Demokratik Qüvvəllərin Milli Şurasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilir.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, mitinq nəzərdə tutulmuş vaxtdan 25 dəqiqə gec başlayıb. Bu müddət ərzində Milli Şura sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli meydana təşrif buyurub.

Mitinqə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Aksiya iştirakçıları bir sıra şüarlar səsləndiriblər.

Mitinqi giriş sözü ilə ənənəvi olaraq Milli Şura Cəmil Həsənli deyil, AXCP sədri Əli Kərimli açıb. O, bir sıra tanınmış məhbuslara, o cümlədən dövlətçiliyə qarşı bir sıra maddələrlə ittiham olunan Tale Bağırzadəyə azadlıq istəyib. Daha sonra Əli Kərimli bir neçə gün öncə Milli Şuranın birgə mitinq keçirmək təklifini geri çevirən REAL Hərəkatının sədri İlqar Məmmədova azadlıq tələb edib.
Sonra mitinqin tribunasına Müsavat Partiyasının sədri Arif Hacılı və MP funksionerləri qalxıb. Müsavat funksioneri və partiya sədrinin müavini Səxavət Soltanlı çıxış ediblər.

Mitinqdə 1000-ə yaxın müxalif partiya üzvlərinin qatıldığı bildirilir.

Mitinqin saat 17:00-da başa çatacağı gözlənilir.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.07.2018
21.07.2018
20.07.2018