Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanlı tələbələrdən maraqlı ixtira - VİDEO
Tarix: 11.03.2018 | Saat: 19:30:00
Bölmə:Maraqlı Video | çapa göndər

Azərbaycanlı tələbələr İKT sahəsində daha bir yeniliyə imza atıblar.

Hafta.az-ın xezerxeber.az-a istinadla verdiyi məlumata görə, çantanın içinə müxtəlif elektrik cihazları qoyulur və onlar enerji yığır.

Əşya kənardan adi bel çantasına bənzəyir. Əslində isə, çoxfunksialı enerji yığıcı və ötürücü bir vasitədir. İdeyanı Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin startap məktəbində çalışan Nihad Quliyev fikirləşib.

Onun sözlərinə görə, ilk dəfə belə bir çantaya ehtiyacı olduğunu əsgərlikdə olan zaman hiss edib. O, daha sonra komandası ilə birlikdə çalışaraq belə bir unikal əşyanı ərsəyə gətirib. 4 növ alternativ enerji yığan bu çantanın ən maraqlı xüsusiyyətlərindən biri də günəşdən və əl hərəkətindən enerji yığmasıdır.

Bu qeyri-adi qurğudan həm hərbi sahədə, həm də uzun səyahətlər zamanı istifadə etmək olar. Qeyri-adi çanta daxili batareyalar vasitəsilə 48 saat ərzində enerji saxlaya bilir. Artıq qalan enerjini isə “powerbank” adlı sistem vasitəsilə saxlayıb, daha sonra isə istifadə etmək olur. Bu qurğunun daha bir özəlliyi isə kənar müdaxilələrə qarşı siqnalizasiya ilə təmin edilməsidir.

Çantada təhlükəsizlik baxımından maraqlı bir funksiya da mövcudddur. Belə ki, gecə vaxtı arxadan gələn sürücülərə xəbərdarlıq etmək məqsədilə işıq saçan fanarlarla da təmin olunub.

Layihəni Azərbaycan Dövlət Neft və Sənayə Universiteti maliyyələşdirir. İsrail və Ukraynadan olan mütəxəssislər də bu yeni layihəyə dəstək verirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018