Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paytaxtdakı bayram çadırlarında qiymətlər - FOTOLAR
Tarix: 12.03.2018 | Saat: 14:11:00
Bölmə:Reportaj | çapa göndər

Novruz bayramına sayılı günlər qalır. Bu il bahar ölkəmizə martın 20-də 20:30-da qədəm basacaq. Həm də bu il ilaxır çərşənbə ilə baharın girdiyi gün – bayram axşamı üst-üstə düşür. Şamaxı Astrofizika Rəsədxanasından hafta.az-a bildirilib ki, bu hal 35 ildən bir təkrarlanır. Yəni, Novruzun ilk günü ilə ilaxır çərşənbənin üst-üstə düşməsi bir də 2053 –cü ilə təsadüf edəcək.

Təbii ki, budəfəki yazımızın əsas mövzusu bu deyil. Novruz bayramının gəlişi ilə əlaqədar paytaxtda da müəyyən canlanmalar gözə çarpır. Mağazalarda, bazarlarda, küçələrdəki bayram çadırlarında da bunu aydın görmək mümkündür. Bayram çadırı demişkən, artıq bir neçə gündür ki, paytaxtdakı metrostansiyaların, parkların yaxınlığında müştəriyə gəl-gəl deyən bu çadırlarda qiymətlərlə maraqlandıq. Əsasən meyvə, qurudulmuş meyvə, tərəvəz, ədviyyat və çərəzlərin piştaxtalara düzüldüyü bu çadırlarda qiymətlər heç də standart deyil. Bir çadırdakı satılan malların qiyməti digər çadırlarla müqayisədə dəyişir. Satıcılar qiymət fərqliliyinin şəhərin mərkəzinə yaxın yerlərdə bayram çadırlarına verilən icarəhaqqının enib-qalxması ilə əlaqələndirirlər.

Metronun “Elmlər akademiyası” metrostansiyası yaxınlığında qurulmuş bayram çadırlarında qızıl güllərin, eləcə də müxtəlif ətirli çiçəklərin belə satıldığını müşahidə etdik. Qızıl güllərin bir ədədinin qiyməti 4-6 manat arasında dəyişir. Digər çadırlarda isə gül satıldığının şahidi olmadıq. “Elmlər akademiyası” metrostansiyası yaxınlığındakı bayram çadırında ərik qurusunun qiyməti 2 manat 50 qəpikdir. Akademik Milli Dram Teatrının yaxınlığındakı çadırda ərik qurusu 2 manata, Xətai metrostansiyasının yaxınlığında isə 1 manat 80 qəpiyə alıcılara təklif olunur. Buradan da aydın görünür ki, AMEA-nın yaxınlığındakı qurulmuş bayram çadırında qiymətlər nisbətən bahadır. Digər çadırlarla müqayisədə nisbət 20-25, bəzən də 30 faizə qədər yüksəlir.

Bayram çadırlarında şabalıdın bir kiloqramı 8-10 manat arasında dəyişir. Ortalama qiymət 9 manatdır. Satıcılar süfrələrin şahı olan plovun əsas komponentlərindən olan şabalıdın yerli mal olduğu bildirirlər. Bəzi çadırlarda isə Türkiyə və Ukraynadan gətirildiyi vurğulanır.

“Xətai” çadırında şabalıdın qiyməti isə müxtəlifdir. Qiymətlər 8-14 manat arasında dəyişilir. Zaqatala şabalıdı 8, Qax şabalıdı isə 14 manatadır. Qəbələ şabalıdı 8 manata satılır. Qayısı qurusu 9-10, kişmiş 8 manat civarındadır. Limonun isə 5 ədədi bir manata satılır. Bəzi yerlərdə isə dənəsini 40 qəpiyə satırlar. İydə 7, innab isə 4 manatadır.

Bundan başqa, bayram çadırlarında üzərinə “Xaçmaz fındığı” qiymət lövhəsi yapışdırılmış məhsulun qiyməti 6 manatdır. Qabıqlı Naxçıvan badamının qiyməti isə 10 manatdan başlayır.

Əncir qurusunun qiyməti 10-11 manat arasında dəyişir.

Novruz bayramının əsas elementlərindən olan səmənilərin qiyməti bayram çadırlarında müxtəlifdir. Standart kiçikölçülü nimçə səməniləri 2 manatdır. Dördbucaq səmənilər isə 5-8 manata satılır. “Şah səməni” isə 15 manatdır. Bu cür səmənilər daha böyük və gözəgəlimlidir. Üstəlik buğda yox, qarğıdalı toxumundan əldə edilir.

İnnabın qiyməti də 9 manatdır. Süfrələrimizin bəzəyi olan Novruzun 7 müqəddəs təamından biri hesab olunan bu çərəz bəzi yerlərdə 8 manat 50 qəpiyə alıcılara təklif olunur. Badamın qiyməti isə əksər bayram çadırlarında eynidir, kağız lövhələrdəki “20 manat” qiyməti dəyişmir. Halbuki qabığı təmizlənmiş badamın “Yaşıl bazar” və “Meyvəli bazar”da qiyməti 18 manatdır. Bir çox ədviyyat və çərəzlərin, eləcə də meyvələrin qiyməti bayram çadırları ilə müqayisədə bazarlarda daha ucuzdur. Qiymətlər arasında müqayisə apardıqda arlarındakı fərq 20 faizdən də artıqdır.

Bayram çadırlarında qoz və fındığın qiyməti 12-17 manat arasında dəyişir. Burada məhsulun yerli olması və ya xaricdən gətirilməsi qiymətlərə birbaşa təsir edir. Qoz ləpəsinin qiyməti 18, fındıq ləpəsinin qiyməti isə 20 manatdır. Qovrulmuş fındıq ləpəsinin bir kiloqramı isə alıcılara 22-25 manat arasında təklif olunur. Xurmanın qiyməti isə 2 manat 50 qəpikdir. Qovrulmamış yerfındığının bir kiloqramı isə 5 manatdan başlayır. 7 manat isə maksimum qiymətdir. Qabaqlı yerfındığının 1 kiloqramının qiyməti isə (xüsusi növ-red) 20 manatdır. Əsasən subtropik ölkələrdə yetişən keşyunun bir kiloqramının qiyməti isə 30 manatdır.

Novruz ədviyyatları və meyvələri ilə yanaşı bayram çadırlarında müxtəlif hədiyyələr də satılır. Məsələn, uşaq oyuncaqlarından tutmuş, 1 manatlıq qəndqabılara qədər məhsullar alıcılarını gözləyir. Müxtəlif növ uşaq oyuncaqlarının qiyməti də bir manatdan başlayır, 10-15 manata qədər...

Əliniz cibinizdə olsun, qiymətlərin baha və ya ucuz olması süfrənizə təsir eləməsin. Bayramınız mübarək olsun!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.07.2018
21.07.2018
20.07.2018