Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan heç bir şəraitdə hərbi variantı kənara qoymayacaq” – Zahid Oruc
Tarix: 12.03.2018 | Saat: 17:31:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. 

Təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlər martın 17-dək davam edəcək.

Azərbaycan Ordusunun təlimləri Ermənistan Müdafiə Nazirliyinin generallarını bərk təşvişə salıb. Erməni general Manvel Qriqoryan bildirib ki, Azərbaycan Ordusunun irimiqyaslı hərbi təlimləri yeni “yaz təxribatlarına” – yəni, işğala məruz qalanın işğalçıya qəfil hücumlarına təkan verə bilər. Manvel Qriqoryan aravot.am-a açıqlamasında onu da deyib ki, Azərbaycan Müdafiə Nazirliyinin arsenalına daxil olan silahlar istehsal edildiyi ölkələrin müxtəlifliyi və onların çoxfunksiyalı olması ilə seçilir:

“Təəssüflə qeyd etmək istəyirəm ki, İsrail, Ukrayna, Çexiya kimi ölkələr Azərbaycana modern silahlar satır. Bunların çoxu əvvəlki illərlə müqayisədə dağlıq deyil, səhra şəraitində müharibə aparmaq üçün daha əlverişlidir. Çox güman ki, qarşı tərəf məhz bu ölkələrdən yeni aldığı silahları genişmiqyaslı təlimlər altında sınaqdan keçirəcək”.

Ermənistandakı “Qartal” ictimai birliyinin rəhbəri, general-mayor Artur Petrosyan da Azərbaycan Ordusunun irimiqyaslı yaz təlimlərindən qorxuya düşənlər arasındadır. Petrosyan deyib ki, ola bilər ki, bu təlimlər ordu birləşmələrinin kompleksləşdirilməsi və qəfil hücumla nəticələnsin:

"Biz hücum taktikası və əks-hücum taktikası icra ediləcək təlimlərdə Azərbaycanın hərbi təlimlər keçirməsinin nə məqsəd daşıdığını kəşfiyyat yolu ilə öyrənməliyik. Bu ən mühüm əməliyyat strategiyaları, əhəmiyyətli istiqamətlər üzrə hərbi-strateji bir təlimdir".

Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərinin qarşı tərəfdə çaxnaşmaya səbəb olmasını şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc hafta.az-a açıqlamasında bildirib ki, əslində erməni tərəfinin kəşviyyat orqanları vasitəsi ilə media aləminə, siyasətçilərin çıxışlarına sızdırdıqları məlumatlar, həm də tezislər ondan ibarətdir ki, Azərbaycan tərəfinin önümüzdəki prezident seçkilərini altı ay önə çəkməklə qarşı tərəfin təhlükəli planlarını qabaqlamaq istəyib. Ona qarşı hazırlığını həyata keçirməyə çalışıb:

“Bu barədə Azərbaycan dövləti məlumatlı olub. Belə bir düşüncələr mövcuddur ki, prezident İlham Əliyev bu regiondan kənarda olan müxtəlif mərkəzlər tərəfindən planlaşdırılan məlumatları məxfi xidmət orqanları vasitəsi ilə bilib. Ona görə də Azərbaycanı bütün bu proseslərə doğru aparmaqdadır. Yəni, hərbi təlimlər Ermənistan tərəfindən ölkəmizin əleyhinə vurulacaq zərbələrin qarşısını almaq tədbirləridir. Müxtəlif təxribat əməllərinin qarşısını almaq üçün görülən işlərdir. Hərbi sferada olanlar yaxşı bilirlər ki, istənilən qoşun növünü ayağa qaldırmaq, onu real texnikaya, silah-sursata sarılmağa vadar etmək və konkret hədəflərə doğru yönəltmək üçün minimum dörd gün vaxt lazımdır. Bu dünya təcrübəsində də belədir və artıq qərarlaşdırılmış bir normadır. Belə olan təqdirdə əgər Azərbaycan müxtəlif qoşun növləri ilə belə təlimləri keçirirsə, bu sadəcə cari xarakter daşıyan addımlar işlər deyil”.

Millət vəkilinin sözlərinə görə, yəni bunun alt qatında daha uzaqmənzilli məqsədlər var:

“Bir çoxları düşünür ki, Ermənistanda prezidentin parlamentdə seçilməsi, hakimiyyət formasının dəyişməsi, eyni zamanda, baş nazirə veriləcək səlahiyyətlər fonunda ölkədəki hakimiyyət mərkəzinin dəyişməsi və əvvəlki proseslərə nəzarət imkanlarının itirilə biləcəyi ehtimalı Azərbaycan tərəfindən nəzərə alınır. Sadə dillə vurğulasaq, bu o deməkdir ki, əvvəlki dövrlərdə olduğu kimi Sarkisyan istər Qarabağda, istərsə də ölkə içərisindəki hadisələrə nəzarət imkanlarını itirə bilər. Belə olan təqdirdə ölkəmizin Ermənistan üzərində mühüm üstünlüyü yaranar. Bu da ordumuza əlavə imkanlar verə bilər ki, Qarabağ cəbhəsində qarşı tərəfin üzbəüz səngərlərinə, konkret hədəflərinə zərbələr vursun. Bunun haradan və necə reallaşması da çox önəmli bir məsələdir. Mənim aləmimdə Azərbaycanın Dağlıq Qarabağın ərazisindən kənar nöqtələrə vura biləcəyi zərbələr beynəlxalq aləm tərəfindən daha güclü müdafiə olunacaq. Ona görə ki, Cəbrayılın ön cəbhəsində aparılan hərbi əməliyyatların qətiyyən Dağlıq Qarabağda gedən savaş kimi təqdim etmək olmaz. Erməni tərəfi də bunun üzərindən təbliğat aparıb dünyanın diqqətini cəlb edərək müxtəlif bəyanatlarla “özünü müdafiə” məsələsini həyata keçirə bilməyəcək. Ona görə də belə bir qənaətə gələ bilərik ki, konkret olaraq böyük bir kontingent real döyüş əməliyyatlarının məşqini edir”.

Zahid Oruc onu da qeyd edib ki, Azərbaycan heç bir şəraitdə hərbi variantı kənara qoymayacaq:

“Ordu artıq diplomatiyanın, Dağlıq Qarabağ məsələsi üzrə gedən danışıqların, dialoqların əsas qüvvəsinə çevrilib. Ona görə də obrazlı şəkildə söyləyirəm ki, indi xarici siyasət idarəsindən daha çox Müdafiə Nazirliyi bu danışıqların açıq və ya gizli hissəsində yer almaqdadır. Buna görə də düşünürəm ki, bütün bu addımlar İlham Əliyevin real şəkildə düşmənlə savaşı və ya ikinci Qarabağ müharibəsini diqqətdə, hədəfdə saxladığını sübuta yetirir. Bunu açıq demək lazımdır. Çünki Qarabağda gəlib iş qurmaq istəyən, orada təsərrüfat fəaliyyəti quran, arxa cəbhəni möhkəmləndirməyə cəhd edən qüvvələr nəzərə almalıdır ki, bu təlimlər onlara qarşıdır. Ona görə də qarşı tərəfdə müxtəlif “təhlükə saçan” şərhlər mövcuddur. Ermənistanda hakimiyyət əleyhinə olanlar Azərbaycanın genişmiqyaslı təlimlərini daxili mübarizə mövzusuna çeviriblər. Ölkəmizin mövqeyinin güclü olduğunu deyirlər. Azərbaycan Ordusunun çox böyük resurslara, imkanlara malik olduğunu hətta erməni tərəfi də etiraf edir. Sadəcə olaraq, bizim daxildə müəyyən qüvvələr var ki, Azərbaycan Ordusunun güclənməsi, uğur qazanması sanki onların məğlubiyyəti deməkdir. Görünür, onlar hesab edir ki, bir qarış da olsa Azərbaycan torpaqlarının azad edilməsi Azərbaycan dövlətinin və hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxaracaq. Onlarsa, bunun əleyhinədirlər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
17.12.2018
“Müharibə əlilləri, şəhid ailələri həmişə ölkə başçısının diqqət və qayğısını hiss ediblər” - MÖVQE
Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs saxlanılıb
Ermənistanda insan hüquqları hələ də pozulur, indiki hakimiyyət əvvəlkilərin səhvini təkrarlayır - Erməni hüquq müdafiəçisi
Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
Bu avtomobil yolunda sürət həddi azaldıldı
Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub
Azərbaycanda şagirdlərin sayı 1,5 milyonu ötüb RƏSMİ
İlham Əliyev və birinci xanım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar
Gömrük Xidmətinin nümayəndə heyəti İsrail-İordaniya sərhədində olub
EKO ölkələri arasında ticarətin illik həcmi 60 milyard dollardır