Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb
Tarix: 12.03.2018 | Saat: 18:00:00
Bölmə:İdman | çapa göndər

“Qarabağ” ardıcıl 7 oyundu evdə qol buraxmır. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2017-ci il sentyabrın 22-də “Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar. 

Həmin görüşdən sonra 169 gündü qapısını toxunulmaz saxlayan meydan sahibləri “Zirə” ilə iki matçda (0:0, 2:0), həmçinin “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşləri önündə qol buraxmayıblar. Bəxtiyar Həsənalızadənin VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya “Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.

 Evdə 7 matçda qol buraxmayan “Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdı.

 Qeyd edək ki, “Qarabağ” məğlubiyyətsiz seriyalarını da uzadıb. Ağdam klubu evdə 15, ümumilikdə 11 görüşdü uduzmur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2018
23.06.2018
22.06.2018