Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tələbələr üçün yeni təhsil xərcləri müəyyənləşdirilib
Tarix: 12.03.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib

Azərbaycanın ali məktəblərində tələbələrə düşən təhsil xərcləri dəyişdirilib. Qeyd edək ki, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edib.

Qərara əsasən, “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilib. Məsələn, ali təhsil müəssisələrinin bakalavriat təhsili səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), Xarici dil müəllimliyi (dillər üzrə), Fizika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Texnologiya müəllimliyi, Musiqi müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi, İnformatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, İbtidai sinif müəllimliyi, Korreksiyaedici təlim, Məktəbəqədər təlim və tərbiyə və Təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, Filologiya (dil və ədəbiyyat göstərilməklə), Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Antropologiya, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Hüquqşünaslıq, Beynəlxalq münasibətlər, Dinşünaslıq, Kitabxanaçılıq və informasiya, ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manat, Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq və Musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 6820 manat, Xalq çalğı alətləri ifaçılığı, Aktyor sənəti, Rejissorluq və Operator sənəti ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1800 manat, Xoreoqrafiya sənəti, Estrada sənəti, Teatrşünaslıq, Bədii yaradıcılıq və ekran dramaturgiyası və Kinoşünaslıq, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, İqtisadiyyat, Sənayenin təşkili və idarə olunması, Statistika, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi və Kommersiya və davamlı inkişafın təmin edilməsi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, Riyaziyyat və Mexanika ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1420 mana manat təsdiqlənib.
Tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Müalicə işi ixtisası üzrə 4500 manat, Hərbi həkim işi ixtisası üzrə 4500 manat, Tibbi profilaktika ixtisası üzrə 4000 manat, Əczaçılıq ixtisası üzrə 4000 manat, Stomatologiya ixtisası üzrə 4000 manatdan manat təsdiqlənib.
Yəni, bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı dəyişməyib.

Bundan başqa, bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil xərcləri artırılıb, üç yeni ixtisas üzrə təhsil xərcləri müəyyənləşib. Beləliklə, magistratura təhsili səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), Xarici dil müəllimliyi (dillər üzrə), Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Texnologiya müəllimliyi, Musiqi müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, İnformatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, İbtidai sinif müəllimliyi, Korreksiyaedici təlim, Məktəbəqədər təlim və tərbiyə Təhsildə sosial-psixoloji xidmət və Pedaqogika ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, Filologiya və Fəlsəfə, Tərcümə, Jurnalistika, Kitabşünaslıq, Tarix, Antropologiya, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq, Hüquqşünaslıq, Beynəlxalq münasibətlər, Dinşünaslıq, Kitabxanaçılıq və informasiya, Muzeyşünaslıq, arxiv və abidələrin qorunması ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq və Musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 3000 manat, Xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2650 manat, Xoreoqrafiya sənəti, Estrada sənəti, Teatrşünaslıq, Bədii yaradıcılıq və ekran dramaturgiyası, Kinoşünaslıq və Operator sənəti ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, İqtisadiyyat, Sənayenin təşkili və idarə edilməsi, Statistika, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi və Kommersiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, Riyaziyyat, Mexanika, Fizika, Kimya, Biologiya, Coğrafiya, Hidrometeorologiya, Geologiya, Kompüter elmləri və Ekologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1480 manat, Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, Elektroenergetika mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Metallurgiya mühəndisliyi, Maşın mühəndisliyi, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi və Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Turizm və otelçilik və Nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2470 manat təsdiqlənib.

Eyni zamanda, Sosial iş ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2170 manat, Sənətşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1700 manat, Aktyor sənəti ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2000 manat, Dekorativ sənət ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 4000 manat, Rejissorluq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2600 manat, Dizayn ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1920 manat, Rəngkarlıq, Qrafika və Heykəltəraşlıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 5000 manat, Memarlıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2000 manat müəyyənləşib.

Magistraturada və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 4000 manat olub. Beləliklə, bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı dəyişməyib. Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında da bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyadakı kimi olub.
Bədən tərbiyəsi və idman ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1670 manatdan manatdan 2000 manata qaldırılıb. Eyni zamanda magistratura səviyyəsinə yeni 3 ixtisas əlavə edilib və həmin ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı təsdiqlənib. Beləliklə, yeni əlavə edilən Dövlət və ictimai münasibətlər ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Davamlı inkişafın idarə edilməsi ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, Xüsusi təyinatlı texnika və sistemlər və İnformasiya təhlil fəaliyyəti ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat təsdiqlənib.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2018
23.06.2018
22.06.2018