Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Meksika səfiri Mədəniyyət və İncəsənət Universitetində
Tarix: 12.03.2018 | Saat: 20:08:00
Bölmə:Sosial | çapa göndər

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva ilə görüşüb.

Səfrilikdən Hafta.az-a verilən məlumata görə, ilk növbədə, tərəflər hər iki xalqın yaxınlaşmasını təbliğ etmək üçün həyata keçirilən birgə tədbirlər haqqında danışıblar. Rektor təhsil və mədəniyyət sahələrində əlaqələri gücləndirməyə dair Səfirliyin bu təşəbbüsünə görə təşəkkürünü bildirib. Bundan əlavə, hazırkı akademik ilində baş verən tədbir və yeniliklərə toxunub, eyni zamanda, tələbələrin Meksika adət-ənənələrinə olan marağını qeyd edib.
Səfir Labardini, öz növbəsində, rəhbərlik etdiyi diplomatik nümayəndəlik tərəfindən planlaşdırılan, ölkənin paytaxtı və regionlarında keçiriləcək layihələrdən söz açıb, xalqları birləşdirən görünməyən körpü kimi xidmət edən mədəni əlaqələrinin vacibliyini vurğulayıb, həmçinin, bir sıra Meksika universitetlərinin bu ali təhsil ocağı ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Tərəflər universitetlərarası əməkdaşlığın effektivliyindən danışaraq, birgə tədbirlərin keçirilməsi, təcrübə, tələbə və, əlbəttə ki, müəllim mübadiləsinin zəruri olduğunu bildiriblər.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018