Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müasirləşən Yeni Günəşli - REPORTAJ
Tarix: 12.03.2018 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Paytaxtın Suraxanı rayonundakı Yeni Günəşli qəsəbəsi abadlığı, təmizliyi və gözəlliyi ilə digər qəsəbələrdən seçilir. Xatırladaq ki, son illərdə adıçəkilən qəsəbədə böyük abadlıq, tikinti, təmir və bərpa işləri aparılır. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov adıçəkilən qəsəbəyə diqqət və qayğısını daha da artırıb. Qarşıdan prezident seçkiləri gəlir. “Həftə içi”nin əməkdaşı olaraq, bu dəfə yolumuzu sözügedən qəsəbədən saldıq.

Əvvəlcə “Q” yaşayış massivindəki 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində olduq. Bəribaşdan qeyd edək ki, binaların fasadları rənglənilib, girişlərində isə dəmir qapılar qoyulub. Binaların arxa və qabaq həyətlərində park salınıb. Çoxlu sayda ağac və kol bitkiləri əkilib. Məhəllədaxili yollar asfaltlanıb. Səkilər qoyulub, meydançalar asfaltlanıb. Küçə işıqları quraşdırılıb, “Söhbətgah”lar, oturacaqlar qoyulub. Uşaqların istirahəti üçün oyuncaqlara, yelləncəklərə və eləcə də sakinlərin idmanla məşğul olmaları üçün idman qurğularına kimi quraşdırılıb. Eləcə də vaxtilə1, 2, 3 və 4 saylı binaların ərazisində salınmış və sonradan sıradan çıxmış basketbol və eləcə də 6 saylı binanın həyətində salınmış futbol meydançalarında təmir və bərpa işləri aparılaraq, sakinlərin ixtiyarına verilib. Qeyd edək ki, sakinlərin istirahəti və uşaqların oynaması üçün parkda hər cür şərait yaradılıb. Həmçinin qəsəbəyə gələn mərkəzi marşrut yolunun səkiləri yenidən qurulub. Piyada yollara isə tamet daş örtüyü vurulub.
Camal Abdullayev adlı sakin 80-nə yaxın yaşının olduğunu və 2 saylı binanın 15-ci mənzilində yaşadığını dedi. Bildirdi ki, qəsəbəyə xüsusi diqqət yetirilir: “Hər tərəf yaşıllığa qərq olub. Salınmış abad məhəllələr göz oxşayır. Biz sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Hətta parkda attraksionlara kimi quraşdırılıb. Yeri gəlmişkən qeyd edim ki, RİH-in başçısı biz veteranlara xüsusi qayğı göstərir. Bir neçə il bundan öncə bir qrup veteran başçının ünvanına Veteranlar Guşəsinin tikilməsi ilə bağlı müraciət etdi. Sağ olsun İlqar müəllim, xahişimizi yerinə yetirdi və onun göstərişi, bilavasitə iştirakı ilə yaşadığımız məhəllədə qısa bir zamanda Veteranlar Guşəsi tikilərək istifadəyə verildi. Guşədə biz ahıl adamların məşğuliyyəti üçün hər cür şərait yaradılıb. Binanın kommunal xərcləri isə rayon tərəfindən ödənilir”.

Sonra “AB” Yaşayış Massivində olduq. 68, 70 və 72 saylı binaların həyətində salınmış parklar və təmir-bərpa işləri diqqətimizi daha çox cəlb etdi. Binaların dam örtükləri yenisi ilə əvəzlənib, girişlərə dəmir qapılar qoyulub. Məhəllədaxili yollar asfaltlanıb və tammet daşlara kimi döşənilib. Həyətlərdə müasir tələblərə cavab verən və insan zövqünə uyğun məhəllədaxili parklar salınıb, idman oyuncaqları və küçə işıqlarına kimi quraşdırılıb.
Sakinlər bildirdilər ki, qəsəbədə aparılan abadlıq işləri onların hər birinin ürəyincədir. Onların sözlərinə görə, yaşadıqları binaların həyətləri qanunsuz zəbt olunmuş çəpər və zibilliklərdən təmizlənilərək, yerində abad məhəllələr salınıb: “Qəsəbənin bütün problemləri öz həllini tapıb. Biz sakinlərin yaşaması üçün hər cür qayğı ilə əhatələnib. Sutka ərzində mənzillərə içməli su verilir, istilik sistemi isə yenilənib. Binaların fasadlarında və girəcəklərində, eləcə də mərtəbələrdə əsaslı təmir və bərpa işləri aparılıb. Bütün bunların hamısı ölkə başçısının biz sakinlərə olan qayğısının nəticəsidir. Qarşıdan prezident seçkiləri gəlir. Biz sakinlər həmişə möhtərəm prezidentimiz İlham Əliyevə dəstək olmuşuq və indinin özündə də prezidentimizlə bir yerdəyik . Nəinki seçkilərdə, eləcə də hər bir sahədə ölkə rəhbərinə dəstək olacağıq və onun səsinə səs verəcəyik. Bizə göstərilən qayğıya görə, ölkə başçısına və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk”.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Elçın Cabbarov adıçəkilən qəsəbədə görülən işlərdən danışdı. Bildirdi ki, Yeni Günəşli qəsəbəsində təmir işləri davam edir: “Qəsəbədə təmizliyə ciddi fikir verilir, ərazidən məişət tullantıları vaxtlı-vaxtında daşınılır: “Hazırda “AB” yaşayış sahələrində, həmçinin Samir Cəfərov küçəsində binaların girişlərində 152 ədəd yeni dəmir qapılar quraşdırılıb. 121 girişdə qapıların üzərində PVC materialdan framuqalar qoyulub. Eləcə də Qaraçuxur qəsəbəsində təmirə bağlanan, keçmiş “Neftçilərin mədəniyyət və istirahət parkı”nda təmir işləri aparılır.
Parkın ərazisində torpaq işləri qurtarıb, ağaclar budanaraq təmizlik və abadlıq işləri aparılıb. Yeni səki daşları düzülməklə səkilər salınıb, səkilər daş döşəmə ilə üzlənilib. Qəsəbədə görülən işlər rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə aparılır.
P. S. Suraxanı rayonunda abadlıq işləri ilə bağlı reportajımızı davam etdirəcəyik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018