Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Milyarder qızı 7 rəfiqəsi ilə birgə “subaylıq gəzintisi”ndə öldü - GÜNÜN TƏZADLARI
Tarix: 12.03.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

İranda 11 qadının ölümü ilə nəticələnən dəhşətli təyyarə qəzası baş verdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn təyyarə İranın paytaxtı Tehran şəhərində yerə düşüb. Təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla, hər kəs həlak olub. Uçağın Türkiyənin məşhur iş adamlarından sayılan, “Başaran” holdinqin sahibi Hüseyin Başarana aid olduğu müəyyən edilib. Özəl təyyarənin çarter reysi ilə BƏƏ-in Şarika şəhərindən İstanbula gəlməkdə olduğu bilinib. Xəbəri Türkiyənin İrandakı səfiri Hakan Tekin də təsdiqləyib. 

Məlum olub ki, Hüseyn Başaranın qızı Mine Başaran BƏƏ-də 7 rəfiqəsi ilə birlikdə subaylığın son gecəsi tədbiri üçün gediblərmiş. Lakin “subaylığın son gecəsi” onların həyatlarının son gününə çevrilib....


Bakıda toy dəvətnamələri paylanmış müstəntiq həyatını itirdi


Martın 10-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqi Mirzəli Cavid Ədalət oğlu haqqında yeni məlumatlar əldə olundu. Hafta.az-ın interpress.az-a istinadla verdiyi xəbərə görə, 25 yaşlı Cavid Mirzəli nişanlı olub. Onun Novruz bayramından sonra toy mərasiminin olacağı gözlənilirdi. Yaxınlarının verdiyi məlumata görə, mərhumun toy mərasimi üçün uzaq qohumlara dəvətnamələr də paylanılıb. Qeyd edək ki, martın 10-da Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu bədbəxt hadisə nəticəsində ölüb. O, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və vəfat edib. Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.
Faktla bağlı araşdırma aparılır.


Arda Turan təmtəraqlı toydan imtina etdi


Məşhur futbolçu Arda Turan ailə qurdu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, futbolçu 3 ilə yaxındır, münasibətdə olduğu Aslihan Doğanla nikah masasına oturub. Cütlüyün nikah şahidliyini Prezidenti Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürüb. Afrin hərəkatında şəhid düşən əsgərlərə görə üzüldüyünü bildirən futbolçu təmtəraqlı toy mərasimindən imtina edib. O, Çubukludakı evində baş tutan sadə nikah mərasimi ilə kifayətlənib.


Biləcəridə qadın bıçaqlı basqınla apteki soydu


Bakıda aptekə basqın oldu. Hafta.az yazır ki,DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.


Futbol klubunun prezidenti meydançaya silahla çıxdı


Yunanıstan çempionatında növbəti qalmaqal yaşandı. Hafta.az-ın Qol.az-a istinadla verdiyi xəbərə görə, Superliqanın 25-ci turunda keçirilən “PAOK” – “AEK” oyunu yarımçıq qalıb. Görüşün baş hakimi “PAOK”-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb. Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırıb.


Alp dağlarının ətəyindəki qeyri-adi ada göz oxşadı


Sloveniyanın şimalında, Alp dağlarının ətəyində yer alan Bled adasının bənzərsiz gözəlliyinin hər kəsi heyran etdiyi üzə çıxdı. Hafta.az yazır ki, Trend-in məlumatına görə, mənzərəsi ilə hər kəsi heyran edən Bled gölü və gölün ortasındakı eyniadlı ada paytaxt Lyublyanadan təqribən bir saatlıq məsafədə yerləşir. Bled gölü Buzlaşma dövründə yaranmış bir göldür. Bu səbəbdən Bled adasında həmin dövrdən əvvələ aid insan izləri aşkar edilməyib. Adada bir kilsə və 99 pillədən ibarət pilləkən var. Bəyin gəlini bu 99 pilləni qucağında qaldırmasının yeni cütlüklərə xoşbəxtlik gətirəcəyi ilə bağlı inanc var.
Hazırda Bled gölü və adası Sloveniyaya gələn turistlərin ən çox üz tutduğu yerlərdən biridir.


Ağcabədidə 1 280 avtomat patronu tapıldı


Ağcabədidə 1 280 ədəd patron aşkar edildi. Hafta.az yazır ki, ANAMA-dan Trend-ə verilən xəbərə görə, 10 mart 2018-ci il tarixdə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Salambəyli kəndi ərazisində su kanalında mərminin tapılması barədə məlumat daxil olub. Xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Kanal ərazisindən 580 ədəd patron (480 ədəd 5.45 mm-lik və 100 ədəd 7.62 mm-lik patron) və 2 ədəd avtomat darağı (boş) aşkar olunub. Kanalda suyun səviyyəsinin artması ilə əlaqədar olaraq əməliyyat axtarış tədbirləri 11 mart 2018-ci il tarixində davam etdirilib. Nəticədə əlavə olaraq 700 ədəd 5.45 mm-lik patron, 1 ədəd RQD-5 əlqumbarası və 1 ədəd avtomat darağı (boş) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018