Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Saxta ölkənin saxta rəhbəri Kapitolidə saxta mükafat alacaq
Tarix: 13.03.2018 | Saat: 11:08:00
Bölmə:Dünya | çapa göndər

Moderndiplomacy, Aİ
13.03.2018 

Müəllif: Yudjin İladi

ABŞ Konqresi saxta xəbərlərin yaradılmasında vasitəçiyə çevrilməklə pis vəziyyətə düşə, mübahisəli məsələyə sanki legitimlik qazandıra bilər.

Özünü qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezident”i elan etmiş Bako Saakyanın bu həftənin çərşənbə günü Kapitolidə çıxış etməsi və nə olduğu bəlli olmayan mükafatla mükafatlandırılması planlaşdırılır. Dəvətlərdə bu tədbir “Konqresdə qəbul” adlanır. Amma siyahıda əsl Konqres üzvü yoxdur. Dəvətnamələrdə qeyd olunur ki, qonaqlar toplantıya öz fikirlərini bildirmələri üçün dəvət olunublar.

Qeyd edək ki, “DQR” faktiki olaraq, Azərbaycanın 1988-1994 illərdə baş vermiş müharibə zamanı Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionudur. Bu region və ona bitişik ərazilər tarixən Azərbaycana məxsus olub. 1988-ci ildə Ermənistan bu ölkəyə qarşı təcavüzə başlayıb. 6 il sonra, yəni tərəflər arasında atəşkəsin elan edilməsinədək Azərbaycan ərazisinin 20%-i ermənilər, Ermənistan dövləti tərəfindən dəstəklənən erməni separatçıları tərəfindən işğal olunub və bu gün də onların nəzarətindədir.

Bütün keçən illər ərzində də Ermənistan atəşkəsi dəfələrlə pozub və pozur. Yerevan bu “dondurulmuş münaqişə”nin arzuolunan şəkildə başa çatması üçün vacib olan danışıqlar prosesindən imtina edir. Çünki bu danışıqlar Azərbaycan ərazilərinin geri qaytarılmasını nəzərdə tutur.

İki ölkə arasında bir neçə il davam etmiş müharibə nəticəsində 30 min azərbaycanlı öldürülüb, 50 mindən çox insan yaralanıb. Bununla yanaşı, Ermənistanın yerli əhalini Dağlıq Qarabağ və ona bitişik rayonlardan qovması nəticəsində 724 min azərbaycanlı məcburi köçkünə çevrilib. Bu, əsl etnik təmizləmədir.

Bu gün “DQR”in müstəqilliyi dünyanın heç bir ölkəsi tanımır. BMT daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda hesab edirlər ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur, Ermənistan tərəfindən qanunsuz zəbt olunub.

Beləliklə, Ermənistan “DQR”in legitimliyini heç kəsə sübut edə bilmir. Bü üzdən o, faktların saxtalaşdırılması strategiyasına əl atır. Rəsmi Yerevan yalanı uzun müddət təkrarlamaqla, onun həqiqət kimi qəbul olunacağına ümid edən uşaq və ya siyasətçi təsiri bağışlayır. Hesab edir ki, başqalarını bu yalana inandırmaq mümkündür. Ermənilər düşünür ki, “artsax milləti” haqda uydurma çox yayılarsa, yekunda fakta çevriləcək.

Beləliklə, çərşənbə günü Kapitolidə B.Saakyanın iştirakı ilə keçiriləcək tədbir bu uydurmanın yayılmasıda daha bir cəhddir. Görünür, tədbirin təşkilatçıları bu uydurmanı dünyanın ən mötəbər qanunverici orqanlarından biri olan ABŞ Koqresinin obrazından istifadə etməklə yaymağa çalışır.

“DQR” qondarma dövlətdir. Özünü bu qondarma “dövlət”in “prezident”i elan etmiş B.Saakyan isə Ermənistanla Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına maneədir. Məsələ ondadır ki, o, Dağlıq Qarabağ müharibəsinin ən qanlı dövrlərində, yəni 1991-1994-cü illərdə qondarma “DQR müdafiə qüvvələri komitəsi” rəhbərinin müavini olub. O zaman B.Saakyan Azərbaycana qarşı döyüşən erməni qüvvələrinə rəhbərlik edən Monte Melkonyandan sonra ikinci şəxs idi. Bu gün isə Saakyan Azərbaycanın qeyri-qanuni yolla ələ keçirilmiş ərazilərini işğalda saxlamağa çalışır. O, bunun üçün bütün vasitələrdən istifadə edəcəyini nümayiş etdirir.

Ermənistanın özü Rusiya tərəfindən idarə olunan marionet ölkədir. O, Rusiya prezidenti Vladimir Putinin ölkəsinin keçmiş geosiyasi nüfuzunun bərpası, postsovet məkanında təsirinin artırılması planında əsas fiqurdur. Yerevanla Moskva arasında müdafiə sahəsinə dair müqavilələr var. Onlara əsasən, Ermənistan Rusiya istehsalı olan, nüvə başlığı daşıya bilən “İsgəndər-M” raket sistemləri belə, alıb. Ermənistan Rusiyadan bu raket kompleksini əldə etmiş yeganə ölkədir. Mətbuatın məlumatına görə, B.Saakyana Rusiyanın nüfuzlu “Böyük Pyotr” mükafatına da layiq görülüb.

Bir sözlə, çərşənbə günü keçirilək tədbir “DQR”in guya müstəqil olduğu haqda uydurmaların davamıdır. Hətta bu tədbirin dəvətnamələrində belə, “DQR”in nə qədər qondarma olduğu görünür. Belə ki, dəvətə cavab Ermənistanın ABŞ-dakı səfirliyinə, Amerika Erməniləri Milli Komitəsi və Amerika Erməni Assambleyası kimi erməni təşkilatlarına göndərilməlidir.

Elə dövrdə yaşayırıq ki, internet sayəsində istənilən şəxs, istənilən vaxtda həqiqətə oxşar saxta xəbərlər yarada bilər. Bu gün belə xəbərlər dünyada bir anda yayılır və sonda onun real nəticələrə aparıb çıxaracağı istisna deyil. Hökumətlər və ölkələrin bu yalan axınını dayandırması üçün nələr edə biləcəyi hələ ki, məlum deyil. Amma məlum olan bir şey var və bunu etmək mümkündür: bu pisniyyət şəxslər demokratiyanın və legitimliyin müqəddəs rəmzlərinə giriş cəhdindən məhrum edilməlidirlər. Çünki onlar bu müqəddəs rəmzləri ələ keçirməyə çalışır.

Erməni lobbisi nə qədər nüfuzlu olsa da, ABŞ Konqresi onun divarları arasında saxta siyasətçilərin saxta tədbirlərinin təşkilinə imkan verməməlidir.

İngilis dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
17.12.2018
“Müharibə əlilləri, şəhid ailələri həmişə ölkə başçısının diqqət və qayğısını hiss ediblər” - MÖVQE
Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs saxlanılıb
Dekabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənistanda insan hüquqları hələ də pozulur, indiki hakimiyyət əvvəlkilərin səhvini təkrarlayır - Erməni hüquq müdafiəçisi
Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
Bu avtomobil yolunda sürət həddi azaldıldı
Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub
Azərbaycanda şagirdlərin sayı 1,5 milyonu ötüb RƏSMİ
İlham Əliyev və birinci xanım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar
Gömrük Xidmətinin nümayəndə heyəti İsrail-İordaniya sərhədində olub