Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avropa Velosipedçilər Birliyinə yeni prezident seçilib
Tarix: 13.03.2018 | Saat: 11:22:00
Bölmə:İdman | çapa göndər

İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) yeni prezidenti seçilib.

Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF)-dən hafta.az-a verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində təşkil olunan sayca 31-ci Konqresində quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti, UEC-nin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıb.

Bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, UEC-nin keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi.
 
Rokko Kattaneonun prezident seçilməsindən sonra boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-nin Rəhbər Komitəsinin üzvlüyünə qəbul edilib.
 
Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi 1-i qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.
 
Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib. Qurumun növbəti Konqresi 2019-cu ilin martında İtaliyanın paytaxtı Romada olacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2018
23.06.2018
22.06.2018