Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məhsulları ilə nağıla dönən Hindistan - REPORTAJ
Tarix: 13.03.2018 | Saat: 16:10:00
Bölmə:Reportaj | çapa göndər

Bakıda "Hindistanın ən yaxşıları - eksklüziv Hindistan məhsulları" sərgisinin açılışı olub. Sərgidə bu ölkədən təşrif buyurmuş 95 şirkət elektrik məhsullar, velosiped, düyü, çay, ədviyyat, qablaşdırma, əczaçılıq və hədiyyə, əl işləri, dəftərxana ləvazimatları, ev və ofis mebeli, toxuculuq və hazır tikili məhsullar, eləcə də zərgərlik və kosmetika da daxil olmaqla, yüksək keyfiyyətli məhsul və xidmətləri nümayiş etdirilir.

Özü də bu dəfə sərginin keçirildiyi ərazi demək olar ki, ikiqat genişləndirilib. Bir hissədə Hindistandan gələn 95 şirkətin hər birinə ayrı-ayrılıqda guşələr verilib ki, orada Azərbaycan bazarına çıxarmaq istədikləri məhsullarını alıcının diqqətinə çatdırırlar.

Açılış mərasimində iştirak edən Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana bildirib ki, Hindistanın Ticarət və Sənaye Palatası (PHDCCD) Azərbaycanda əlaqələr qurmaq üçün əməkdaşlar axtarır: "Bu günün davamı olaraq Hindistan-Azərbaycan biznesforumu çərçivəsində PHD Ticarət və Sənayə palatası (CCİ) ilə Azərbaycan İxracın və İnvestisiyalarının Təşviqi Fondu (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanacaq".

Qeyd edək ki, sərgi martın 16-dək davam edəcək.


Ətirli çaylar kolleksiyası

 

Bakıda indiyədək bir neçə dəfə hind məhsullarının satış-sərgisi keçirilib və onların hər birindən fərqli olaraq, sərgi salonunun müxtəlif bölmələrində əfsanəvi hind çayının cürəbəcür paketlənmiş növlərini görmək olar. 100 qramlıqdan başlayaraq 250 qramlıq paketlərədək sərgiyə çıxarılan Assam bölgəsinin çay növləri 10 manatdan 25-30 manatadək qiymətə təklif edilir. Ümumiyyətlə, sərgiyə çıxarılan çay xüsusi olaraq Assam bölgəsindən gətirilib ki, bu da dünyanın ən keyfiyyətli məhsulu deməkdir. Ədviyyat paketlərinin qiyməti isə 3-5 manat arasında dəyişir. Satıcı qız deyir ki, ədviyyatların təyinatı da özləri kimi müxtəlifdir. Eləsi var çaya, eləsi var xörəyə, eləsi də var salata və ya şirniyyat hazırlanarkən istifadə edilir. Özü də hamısı xalis bitki mənşəlidir. Onu da qeyd edim ki, sərgi iştirakçılarının əksəriyyəti bu bölməyə yaxınlaşmadan, nəsə almadan ötmürdü. 

Parıltılı aləm… 

Həmişəki kimi, bu dəfə də yerini dəyişməyən daş-qaş və zinət əşyalarının guşəsi sərgi salonunun lap girişindəydi. Burada istənilən qiymətli daşlardan hazırlanmış zinət dəstləri, qarnütürlər almaq olar. Bütünlüklə qadın zövqünə xidmət edən sərgidə zinət əşyaları üçün daha çox yer ayrılıb. Bəlkə də bu onunla bağlıdır ki, həqiqətən də, yüzlərlə qonağın əksəriyyəti elə bu panellərin önündə toplaşırdı…

Satıcı xanım deyir ki, boyunbağı, sırğa və qolbağlardan ibarət daş-qaş nümunələri, sapfir, zümrüd, aqat, yaşma, mirvari – hər cür qiymətli daş-qaşdan burada tapmaq olar. Qiymətləri də münasibdir. Gümüş üzərində işlənmiş aqat qaşlardan ibarət boyunbağı dəsti 350 manata təqdim edilir ki, bu əvvəlki sərgilərlə müqayisədə 100-150 manat baha deməkdir. Bundan başqa, xalis okean mirvarilərindən düzəldilmiş boyunbağıları ölçüsünə görə fərqli qiymətlərə - 20-150 manata təklif edilir. Hətta alan olanda endirim də edilir. Paslanmayan metal, daha çox isə gümüş saplar üzərində təmiz mirvari və xırda zümrüd qaşlarla süstlənmiş boyunbağı orta hesabla 150 manatadır. Mirvari və lazurit, yaxud da mirvari və labrador daşlarının qarışığından işlənmiş zinət dəstləri, qara aqat daşlardan hazırlanmış boyunbağı, amidist daşlardan boyunbağı-sırğa dəsti 130-220 manata, «Ay daşı»ndan hazırlanmış boyunbağılarının qiyməti isə cəmi 150 manatdır. Yeri gəlmişkən, “Ay daşı”ndan hazırlanan boyunbağı ilk sərgidə 100, bundan əvvəlkində isə 120 manata deyilirdi, alanda da endirim tətbiq edilirdi. Yəni müəyyən bahalaşma göz önündədir.

Sərgi salonunun hər tərəfində diqqətçəkən adi bəzək əşyaları da ucuz, həm də zövqlə işləndiyindən ora gələnləri özünə çəkir. Əsasən yeniyetmə və gənc xanımlar bu cür bəzək əşyalarına maraq göstərirlər. Qiymətləri sərfəlidir – 2 manatdan 15-20 manatədək. 

Təbiətdən gələn kosmetika

 

Diqqətimi daha çox müxtəlif guşələrdə sərgilənən, Hindistanın hələ qədimdən şöhrət tapmış təbabət və kosmetik məhsulları çəkdi. Satıcı xanım dedi ki, bir neçə tanınmış hind şirkətinin məhsullarını sərgiyə çıxarıblar ki, hər biri sırf təbii tərkiblidir. Yəni heç bir kimyəvi qatqısı yoxdur.

Əsasən müalicəvi əhəmiyyətli, təbii otlardan və çiçəklərdən hazırlanmış xeyli növdə kosmetik vasitələr var ki, qiymətləri də xeyli münasib görünür. Hətta alan olanda endirim də edilir. Təklif olunan məhsulların yanında ingiliscə hazırlanmış kataloq da var ki, alıcıya şübhəsini atması üçün göstərilir. Sabun, şampunlar, bədən və saç üçün gellər, baş dərisini qidalandırmaq üçün xüsusi yağlar, təmiz və təbii hind xınası, diş pastası və sairin qiyməti 5 manatdan başlayır… 

Qadın dünyası 

Sərgidə hansı tərəfə baxırsan, sanki qadınların zövqü nəzərə alınıb. Hər tərəfdə bahar çiçəkləri kimi rəngarəng qadın geyimləri sərgilənir. Çeşidlər arasında əsasən baş örtükləri, don və koftalar, yay ayaqqabıları çoxdur. Hamısı da təmiz pambıqdan və ipəkdən hazırlanıb. Baş örtüklərinin satış qiyməti 3-4 manatdan başlayır. Hətta çox alanda endirim edilir. İri və xalis pambıqdan, yundan toxunmuş şarfların qiyməti 6-7 manatdır. Qaşlarla işlənmiş don və koftalar isə 15-20 manatdan başlayıb bir qədər yüksələn qiymətlərə təqdim olunur. Yeri gəlmişkən, məhsullar arasında süfrələr, yataqüstü örtüklər gördüm ki, adi tül üzərində xırda qaşlarla süstləniblər. Təqdimatçı xanım deyir təmiz əl işidir, qaş-daşlar isə süfrəni yamanca ağırlaşdırıb. Amma bu ağırlıq özünü qiymətdə çox da büruzə vermir. Bu yerdə xatırladım ki, məhsulların hamısına endirim edilir.

 Naxışları oyma-oyma

 

Hind mədəniyyətinin özünəməxsus göstəricilərindən sayılan, göz oxşayan mebel növləri də hamını heyran etməkdədir. Dünyanın ən qiymətli bitkilərindən sayılan qırmızı ağacdan hazırlanan bu mebellərin hər biri tamamilə əl işinin bəhrəsidir. Taxta üzərində oyma naxışlar elə zövqlə vurulub ki, göz oxşayır.

Hər ölçüdə jurnal masalarının qiyməti orta hesabla 700-800 manat, dolablar 1300-1800, siyirməli kamotlar ortalama 1500 manata təklif olunmaqdadır. Əl iş olan oval formalı kamot 1800 manata təklif edilir. Sandıqlar 500, telefonaltı masalar 200-300 manatdan satılır. Amma insafla deyək ki, bu qiymətlərə dəyən mallardır. Çünki bütün məhsullar yüz faiz qiymətli qırmızı ağacdan hazırlanıb. Hamısının də üstü, qeyd etdiyimiz kimi, əllə işlənmiş oyma naxışlardır ki, necə deyərlər, baxmaq üçün iki göz lazımdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.07.2018
21.07.2018
20.07.2018