Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident məmurlara səhər idmanı etməyi tapşırdı - GÜNÜN TƏZADLARI
Tarix: 13.03.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Tacikistanda bütün dövlət qurumlarının, idarələrinin və təşkilatlarının işçilərinə hər şənbə günü səhər gimnastikasında iştirak etmək haqda göstəriş verildiyi bəlli oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə ölkənin Gənclər və İdman İşləri üzrə Komitəsinin rəhbəri Axtam Abdullazado deyib. “Tacikistan prezidentinin icra aparatı tədbirlər planını təsdiq edib və həmin plana əsasən, ilin sonuna kimi ölkənin bütün şəhər və rayonlarında hər şənbə günü səhər gimnastikası keçiriləcək”, - o deyib.

Abdullazadonun sözlərinə görə, şənbə gimnastikasının təşəbbüskarı Tacikistan prezidentinin icra aparatıdır.
Tacikistanın Daxili İşlər Nazirliyinin bütün əməkdaşları ötən ilin yanvar ayından həftədə iki dəfə gimnastika, kross qaçışı və üzgüçülüklə məşğul olurlar. Nazir Ramazon Rahimzoda onları idmana vaxt ayırmağa məcbur edib ki, polis əməkdaşları yaxşı fiziki formada olsunlar və izafi çəkidən qurtulsunlar.


Daxili İşlər naziri jurnalistin ölümünə görə istefa verdi


Slovakiyada araşdırmaçı jurnalist Yan Kuçiakın qətlindən sonra hökumət üzərində təzyiqlər səbəbilə Slovakiyanın daxili işlər naziri Robert Kalinak tutduğu vəzifədən istefa verdi. Hafta.az Musavat.com-a istinadla yazır ki, ötən həftənin sonunda paytaxt Bratislavada 1989-cu ildən bəri ən böyük nümayişlər keçirilib. Otuz mindən artıq insanın qatıldığı etiraz nümayişlərində jurnalistin ölümünün obyektiv araşdırılması, hökumət dairələrinin mafiya şəbəkələri ilə ehtimal olunan əlaqələrinə aydınlıq gətirilməsi və hazırkı hökumətin istefası tələb olunub.
Qeyd edək ki, www.aktuality.sk saytının əməkdaşı olan 27 yaşlı araşdırmaçı jurnalist Yan Kuçiak fevralın 25-də nişanlısı ilə birlikdə qətlə yetirilib. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.
Fevralın 28-də isə Slovakiyanın mədəniyyət naziri Marek Madariç jurnalistin ölümünə görə tutduğu vəzifədən istefa vermişdi.


16 min yaşı olan insan kəlləsi tapıldı


Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonu ərazisində 16 min yaşı olduğu güman edilən insan kəlləsi aşkar edildi. Hafta.az AZƏRTAC-a istinadla xəbər verir ki, kəllə sümüyü Lunan şəhərindən 13 kilometr məsafədə yerləşən dağdakı mağarada tapılıb. Mağara 2014-cü ildə aşkar edilib, bir il sonra isə arxeoloji qazıntılara başlanılıb. Tarixçi-arxeoloq Yü Minhuy bildirib ki, bu, Çinin cənub hissəsində tapılan və qədim dövrə aid ilk bütöv insan kəlləsidir. Ərazidə bundan başqa, 10 mindən çox daş alət tapılıb.


Məşhur futbolçu təyyarədə azarkeşlə dava saldı


“Latsio”nun yarımmüdafiəçisi Luiş Nani təyyarədə azarkeşlə dalaşdı.
Hafta.az yazır ki, Qol.az-ın xəbərinə görə, insident “Kalyari” ilə səfər oyunundan (2:2) qayıdarkən baş verib. Təyyarədə olan fanatlardan biri Naniyə oyununa görə irad bildirib. Portuqaliyalı hücumçu isə ona hücum edib. Digər futbolçular onları sakitləşdirib. Davaya görə təyyarə reysi 20 dəqiqə yubanmalı olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018