Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Cümhuriyyət dəyərləri nəsildən-nəsilə ötürülməlidir” – Fəzail İbrahimli
Tarix: 14.03.2018 | Saat: 17:18:00
Bölmə:Müsahibə | çapa göndər

Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Sərəncamda qeyd olunur ki, il ərzində həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlər keçiriləcək.

Prezidentin sərəncamına əsasən cəmi 23 ay yaşamış cümhuriyyət dövrümüzlə bağlı tədbirlərin, kompleks işlərin görülməsi nəzərdə tutulur.

Millət vəkili Fəzail İbrahimli hafta.az-a müsahibəsində bildirib ki, 23 ay ərzində bir dövlətin 23 ildə görə biləcəyi işləri gördü.

- Ölkə prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncamını necə qiymətləndirirsiniz?

- Ölkə prezidentinin 2018-ci ilin cümhuriyyət ili elan edilməsi ilə bağlı sərəncamını hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünkü bu dövlətçiliyimizə münasibətdir. Ölkə rəhbərinin tariximizə, keçmişimizə olan münasibətidir. Azərbaycan Respublikası cümhuriyyətin varisi statusuna malikdir. Bunların hamısı böyük əhəmiyyət kəsb edən məqamlardır.Bu sərəncam siyasi, elmi, mənəvi tərəfləri özündə birləşdirir. Həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edir. Çünki hər bir ölkənin rəhbərinin sərəncamı digər dövlətlərdə də diqqət çəkən məsələdir. Bu baxımdan da ölkə prezidenti cənab İlham Əliyevin cümhuriyyətin yüz illiyi ilə əlaqədar olaraq imzaladığı sərəncam dünyaya bir mesajdır. Yəni, yüz il bundan qabaq bizim babalarımız demokratik əhval-ruhiyyədə olub, dövlət prinsiplərimiz demokratik əsaslara söykənib. Eyni zamanda, hələ o vaxt Avropanın düşünə bilmədiyi insan azadlıqlarını – qadınlara seçki hüququnun verilməsini təmin edib. Bu mənada məlum sərəncam beynəlxalq əhəmiyyət kəsb etməkdədir. Bu da o deməkdir ki, bizim hələ yüz il əvvəl Şərqdə demokratik prinsiplərə söykənən dövlətimiz olub. Cənab prezident həmin sərəncamla insanları cümhuriyyət sevgisi ətrafında birləşdirdi. Elmi əhəmiyyəti ondan ibarətdir ki, xalq cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində bir dövlətin 23 ildə görə biləcəyi işləri gördü. Ona görə də bu dövr kifayət qədər öyrənilib, tədqiq edilməlidir. Həmin 23 ayın hər dəqiqəsi, hər saatı o qədər dramatik olub, o qədər gərgin keçib ki, şərəfli bir tarix kimi onun hər səhifəsi öyrənilməyə layiqdir. Bu mənada sərəncamdan irəli gələrək, həmin istiqamətdə silsilə konfranslar, tədbirlər keçiriləcək”.

- Ölkə başçısının cümhuriyyətin 100 illiyi ilə bağlı verdiyi sərəncamda nə kimi tədbirlərin həyata keçirilməsini gözləyirsiniz?

- Mənə elə gəlir ki, prezidentin verdiyi məlum sərəncam cümhuriyyətlə bağlı bütün sahələri əhatə edəcək, o cümlədən də elmi tədqiqat məsələlərini. Sərəncamdan irəli gələrək, keçiriləcək konfranslar, oradakı məruzələr artıq başlayıb. Hesab edirəm ki, orada haqqında danışdığımız bütün məsələlərə yer veriləcək.

- Yetmiş illik sovet imperiyası dövründə tarix dərsliklərimizdə cümhuriyyətə baxış, onunla bağlı araşdırmalara münasibət necə idi?

- Cümhuriyyət dövrü ilə bağlı ilk olaraq onu deyim ki, tariximizin həmin 23 aylıq dövrü uzun müddət qapanmış səhifə olub. 70 illik sovet dönəmində sadəcə olaraq bağlanmışdı. Sovet dövründə cümhuriyyət dönəmi ilə bağlı bəzi ifadələr işlədilirdi. Məsələn, “xain müsavat hökuməti”. Eyni zamanda, Rusiyada gedən vətəndaş müharibəsi fonunda cümhuriyyət dövrümüzə də qısaca nəzər salınırdı. Qeyd olunurdu ki, həmin vaxt Azərbaycanda da bu cür “qarşıdurma” olub. 23 aylıq bir zaman dilimini əhftə edən Azərbaycan Xalq Cümhuriyyəti tarix səhifəsindən silinmişdi. Onun liderləri “düşmən”, “satqın” obrazlarında təqdim olunurdu.

Həmin dövrlə bağlı hansı məqamlar yetərincə araşdırılmayıb və tədqiqinə ehtiyac var?

- İmperiya dağıldıqdan sonra ən çox tədqiq edilən dövr, ən çox araşdırılan proseslər, ən çox diqqət çəkən də məhz cümhuriyyətlə bağlı məsələlər olmuşdu. Bu gün kimsə deyə bilər ki, cümhuriyyət dönəmi ilə bağlı hər hansısa məqamlar tədqiqatlarda öz əksini tapmayıb. Mənim düşüncəmə görə, bu bir az yanlış yanaşma olar. Sadəcə olararaq, cümhuriyyətlə bağlı hər şey bitib, həmin dövrlə bağlı bütün məsələlər tədqiq olunub –kimi yanaşmalar da səhv ola bilər. Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə 23 ildə mümkün olan işləri gördü. Onun iclasları da çox gərgin keçirdi. Hökümətdə beş dəfə dəyişiklik olub. Onlar hansısa vəzifə kürsüsü uğrunda, varlanmaq ehtirası üzərində yox, sadəcə olaraq, daha yaxşısını etmək olar – düşüncəsi üzərində fikir toqquşmaları olub. Hökümət, baş nazir dəyişsə də kabinet öz işini görüb. Bunların hamısı təqdiq olunası məsələlərdir. Üstəlik cümhuriyyətlə bağlı tədqiq olunmuş məsələlər ətrafında da yeni araşdırma əsərləri ortaya çıxarmaq olar.

- Xalq Cümhuriyyəti dövlətin idarəetmə sisteminə Avropa, Müsəlman Şərqi, hətta dünya üçün bir sıra ilklər gətirdi. Dünya tarixində qadınlara seçki hüququ, islam aləmində ilk dəfə olaraq demokratik respublika anlayışı və s. Biz bu gün bu sadaladıqlarımızı dünyaya yetərincə tanıda bilirikmi?

- Mənə elə gəlir ki, bu məsələlər üzərində də ciddi iş gedir. Məsələni bu cür qoymaq olmaz, biz dünyaya öz tariximizi çatdırmışıq. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixini ayrı bir ölkənin tarixi kimi götürmək, bu cür tədqiq etmək olmaz. Azərbaycan tarixinin müəyyən mərhələsi kimi araşdırılmalıdır. Sadəcə olaraq, onu səciyyələndirən dediyiniz məsələləri qabarıq formada vermək üçün addımlar atmaq lazımdır. Bəli, dünya ictimaiyyətinə, bu gün Azərbaycana “demokratiya dərsi demək” istəyən ölkələrə bizim tutarlı cavablar vermək haqqımız var. Onlara deyə bilərik ki, sizin babalarınız bu cür məsələlərdən xəbərsiz olanda bizim əcdadlarımız, bablarımız demokratik prinsiplərə söykənən hökümət yaradıb. İslamda qadın hüquqsuzluğu ilə bağlı fikir yürüdənlərə, islamla bağlı müəyyən düşüncələri “istehsal” edənlərə demək lazımdır ki, Azərbaycan hələ ötən əsrin əvvəllərində qadınları demokratik hüquqlarla təmin edib. Bir müsəlman, türk ölkəsi olaraq islamın demokratik dəyərlərini özündə əks etdirib. Mən sizi başa düşürəm, təbii ki, bunlar üzərində iş getməlidir. Bu işə tamamlanmış bir proses kimi baxmaq olmaz. Tədqiqatlar davam etməlidir. Tədbirlər davam etməlidir. Tariximizin təbliği nə qədər geniş olarsa, tariximiz haqqında zənginlik nə qədər çox formalaşarsa, bizim bu gün apardığımız ideoloji müharibədə çox böyük faydası dəyə bilər. Dünya ictimaiyyəti içərisində Azərbaycanın çox zəngin tarixə malik bir xalq olması təssüratı yaranar.

- Hazırda dərsliklərdə cümhuriyyət dövrünün təbliğini necə qiymətləndirirsiniz?

- Təbliğat varsa, genişlənməlidir. Bunlar bizim dəyərlərimizdir. Nəsildən-nəsilə ötürülməlidir. Hələ heç nə bitməyib. Cümhuriyyət dövrünün dərsliklərdə təbliği üçün yeni formalar seçilməlidir. Amma məsələyə o cür yanaşmaq olmaz. Bu məsələlərin unudulması, həmin dövrün tədrisinin yaddan çıxması kimi bir baxış sərgiləmək yanlışdır. Adıçəkilən məsələ üzərində kifayət qədər geniş iş gedir. Bu proses hazırda da davam edir. Saədəcə olaraq, bu hər bir Azərbaycan vətəndaşının üzərinə düşən vəzifədir. Hər kəs cümhuriyyəöt dövrünü mükəmməl şəkildə öyrənməlidir. Çünki bu gün yaşadığımız müstəqil Azərbaycanı onlar qurublar. Bugünkü Azərbaycan cümhuriyyət qurucularının varisidir. Ona görə də, bu varislik missiyasını hansısa quruma həvalə etmək də doğru deyil. Hər bir müəllim öz ixtisasından asılı olmayaraq, bu məsələdə diqqətli olmalıdır. Cümhuriyyət dövrünün şəhid taleyi yaşayan qurucularının ruhuna hörmət əlaməti olaraq müstəqil Azərbaycan üçün yaşamalı və yaşatmalıdırlar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018