Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Cəza çəkən əcnəbilərin ölkələrinə köçürülməsi problemə çevrilib“
Tarix: 15.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

“Gələcəkdə əfv fərmanlarının verilməsində də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin potensialından istifadə etmək mümkündür. İctimai komitənin üzvləri cəzaçəkmə müəssisələrində məhkumların davranışlarını müşahidə edir. Həbsxana rəhbərliyinə vəsatətlər qaldırmaq imkanının verilməsi məqsədəuyğundur. Həmin vəsatətlər də Əfv Komissiyası tərəfindən araşdırıla bilər“ - bu fikirləri “Həftə içi“nə açıqlamasında Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev səsləndirib.
Onun sözlərinə görə, bu eyni zamanda ictimai komitənin nüfuzunun artması ilə yanaşı, məhkumlara əlavə stimul verə bilər ki, onlar daha yaxşı davranış nümayiş etdirsinlər: “Bu da məhkumların cəmiyyətə qayıtmasına əhəmiyyətli təsir göstərəcək. Mühüm məsələlərdən biri də məhkumlara hüquqi yardımın həyata keçirilməsidir. Bu, ədliyyə naziri Fikrət Məmmədovun tövsiyəsi ilə ictimai komitə tərəfindən həyata keçirilir. Ötən il bu proses daha geniş miqyas aldı, bu il isə genişlənməkdə davam edir. Həm də başqa çalışmalar həyata keçirməyə səy göstəririk. Bir sıra donoru bu prosesə cəlb etmək istəyirik. Cəzaçəkmə müəssisələrində həyata keçirilən islahatlara dəstəklə bağlı bizim layihələrimizi diqqətə almaları vacibdir ki, bu prosesləri daha geniş miqyasda həyata keçirək. Sevindirici haldır ki Açıq Cəmiyyət İnstitutu tərəfindən ictimai komitənin layihəsinə dəstək verilib. QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən də bu istiqamətdə addımlar atılmaq ərəfəsindədir. Güman edirəm ki, komitənin layihələri dəstək alacaq. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlardan da dəstək gözləyirik. Ölkədə penitensiar sistemlə bağlı da həmin təşkilatlar tez-tez hesabatlar verirlər. Həmin hesabatlarda bəzən əsassız faktlar da yer alır. İctimai komitə hazırda milli preventiv mexanizmə çevrilib və bəzi postsovet ölkələri üçün nümunə ola bilər. Ona görə də düşünürəm ki, bu nümunənin fəaliyyətinin genişləndirilməsi zəruridir və bu işdə beynəlxalq təşkilatların dəstəyinə ehtiyac duyulur“.
İctimai komitənin heç kimdən icazə almadan cəzaçəkmə müəssisələrinə giriş hüququnun olduğunu önə çəkən hüquq müdafiəçisi diqqətə çatdırdı ki, dəfələrlə qəfləti monitorinqlər həyata keçirilib. Onun sözlərinə görə, KİV-də qanun pozuntuları ilə bağlı məlumatlar səslənirsə və ya ictimai komitə üzvlərinə belə hallar barədə məlumatlar verilirsə, qurum bunları dərhal və yerində yoxlamaq üçün Ədliyyə Nazirliyinin hər hansı strukturuna məlumat vermədən cəzaçəkmə müəssisələrinə baş çəkmək imkanına malikdir: “Çünki ədliyyə naziri Fikrət Məmmədovun bu barədə xususi qərarı var. Bizim gedəcəyimiz cəzaçəkmə müəssisəsinin rəhbərinin bundan xəbəri olmur. Bu da ən yüksək səviyyədə ictimaiyyət üçün şəffaflığı tam təmin edə biləcək şərait yaradır və əhəmiyyətli məsələlərdən biridir. Yeri gəlmişkən, indiyə qədər ictimai komitə üzvləri tərəfindən 100-ə yaxın məhkuma hüquqi yardım göstərilib. Apellyasiya, kassasiya şikayətlərinin verilmə qaydaları, onların ailə üzvləri ilə əlaqələri, ailə üzvlərinin ünvanlı sosial yardımlardan istifadəsi, vaxtından əvvəl cəzadan azad edilmələri ilə bağlı onların məlumatlandırılması prosesləri həyata keçirilir. Əcnəbi vətəndaşların öz ölkələrində cəza çəkməsi ilə bağlı da müraciətlər olunur.
Bəzi ölkə vətəndaşları burada cəza çəkirlər. Təəssüf ki, bəzi səfirliklər bu məhkumların öz ölkələrinə köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən onlara edilən müraciətlərə vaxtında cavab vermirlər. Bəzi ölkə səfirlikləri bu köçürmə prosesinin bahalığına və digər səbəblərə görə məsələyə biganə yanaşır, müvafiq sənədləri vaxtında Ədliyyə Nazirliyinə təqdim etmirlər. Bu da problemlərdən biridir“.
Asudə vaxtlarından məhkumların daha səmərəli istifadə etmələri ilə bağlı mühüm istiqamətlərdən biri kimi onların kitabxana fondunun təkmilləşdirilməsi ilə əlaqədar da tədbirlərin görüldüyünü önə çəkən ictimai komitənin rəhbəri dedi ki, qurum üzvü Sahib Məmmədovun təşəbbüsü ilə kitab evi tərəfindən 100-ə qədər kitab götürüb Ədliyyə Nazirliyinin penitensiar xidmətinə təhvil veriblər: “Mühüm məsələlərdən biri də məhkumların vicdan azadlığının təmin olunması istiqamətində görülən tədbirlərdir. Cəzaçəkmə müəssisələrinin əksəriyyətində ibadət evləri fəaliyyət göstərir. Bu ibadət evlərində məhkumlar öz dini əqidəsinə uyğun olaraq ibadət edə bilərlər. Sizin qəzet vasitəsilə də diqqətə çatdırırıq ki, bəzi məhkumlar tez-tez din xadimləri ilə görüşmək, onların dinlə bağlı fikirlərinə qulaq asmaq istəyirlər. Çünki din insanların günahlardan təmizlənmələri üçün ən vacib vasitələrdən biridir və tövbə üçün geniş imkanlar yaradır. Hər hansı din xadimi bu prosesdə iştirak etmək istəyərsə, biz onların cəzaçəkmə müəssisələrində görüşlərini böyük məmnuniyyətlə təşkil edə bilərik. Ədliyyə Nazirliyi də bu prosesdə bizə dəstək verməyə hazırdır. Şübhəsiz ki, əsas məsələlərdən biri də media ilə əlaqədardır. Penitensiar sistemlə bağlı məlumatlandırmadan əlavə, KİV-dəki yazıların peşəkarlığının artırılması üçün təlimlərə ehtiyac var. Biz media nümayəndələri üçün tədbirlərin keçirilməsinə hazırlaşırıq. Eyni zamanda bizim fəaliyyət planımızda nəzərdə tutulur ki, onların cəzaçəkmə müəssisələrinə səfərlərini təşkil edək. Bu məsələ də öz həllini tapacaq. Tez-tez səslənir ki, cəzaçəkmə müəssisələrində işgəncə halları var, insanların ləyaqətini alçaldan hərəkətlərə yol verilir. Bu istiqamətdə mətbuatda gedən bir çox yazının əsası yoxdur. Eyni zamanda istənilən fakta da həssaslıqla yanaşılır və ciddi araşdırmalar apırılır. Bu istiqamətdə biz monitorinqdənkənar həmin şəxslərlə görüşür və söhbətlər aparırıq“.
Əldə etdikləri məlumatlarla bağlı rəy hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etdiklərni deyən Ə.Nuriyev onu da bildirdi ki, həmin nazirlik də ciddi araşdırmalar həyata keçirir: “Əgər fakt təsdiqlənirsə, qanunsuz hərəkətə yol verən şəxslər çox ciddi şəkildə cəzalandırılırlar. Monitorinqlərin və müraciətlərimizin nəticəsi olaraq bir çox cəzaçəkmə müəssisəsinin rəhbərliyi cəzalandırılıb, bəziləri işdən azad edilib, bəzilərinə tənbeh tədbirləri tətbiqlənib. Fəaliyyətimizi daha da genişləndirməyə çalışacağıq. Məhkumların da hüquq və azadlıqları var və bunun təmin olunması üçün biz çox maraqlıyıq. Amma istənilən yerdə nöqsanlar da ola bilər“.

Nicat


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
İpoteka və Kredit Zəmanət Fondu prosedur qaydalarına dəyişiklik edib
Sabah 34 dərəcə isti olacaq - Proqnoz
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert