Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bulvarda Novruz havası – bayrama hazırlıq işləri gedir - REPORTAJ
Tarix: 15.03.2018 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Martın 19-da Dənizkənarı Milli Parkda keçiriləcək Novruz şənliyi sakinlərə və qonaqlara xoş ovqat bəxş edəcək. Hazırda ərazidə gedən bayram hazırlıqları bunu deməyə əsas verir. Hafta.az Milli Parkda baş tutacaq bayram tədbiri barədə bəzi məqamları bölüşür. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi bayram tədbiri çal-çağırı, bölgələrimizin Novruz sovqatı, el sənətkarlığı nümunələri, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qalacaq.

Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz Bayramı həm Bakıda, həm də bölgələrdə geniş qeyd olunacaq.
Mədəniyyət və Turizm Nazirliyi ənənəvi olaraq, bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də respublikanın teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərin, qalereyaların iştirakı ilə geniş proqram hazırlanıb.
Tədbirdə ənənəvi “Şərq bazarı” da təşkil ediləcək. Bölgələrimizi əhatə edən milli mətbəx nümunələri, həmçinin ölkəmizin müxtəlif rayonlarının kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. Eyni zamanda muğam ifaçıları və aşıqlar ayrı-ayrı səhnələrdə çıxış edəcəklər.

Bayramın personajlarına gəlincə, ənənəvi olaraq şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı iştirakçıları salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, xalq dastanları və nağıl qəhrəmanlarının bir araya gəlməsi mərasimə xüsusi gətirəcək. Teatrların aktyorları, o cümlədən Azərbaycan Dövlət Kukla Teatrının bütün kollektivi həm kukla obrazlarında, həm də xalq nağılları qəhrəmanlarının obrazlarında çıxış edəcəklər.
Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də bayrama qatılacaqlar.
Novruz şənliyi çərçivəsində ölkəmizin müxtəlif rayonlarını əhatə edən ənənəvi “Şərq bazarı” yarmarkasında bayram sovqatları, mədəni irs, sənaye məhsulları, mətbəx nümunələri, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək, bayram adət-ənənələri, xalça sənəti örnəklərimiz ayrı-ayrı stendlərdə geniş nümayiş olunacaq. Bayram şənliyi çərçivəsində təşkil olunan “Şərq bazarı”nda bölgə və rayonlarımızın stendləri qurulub.
Həmin stendlərin qarşısında regional idarələrin əhatə etdiyi bütün rayonların adları əks olunacaq, rayonların kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək.
Bayram günlərində Dənizkənarı Milli Park gücləndirilmiş iş rejimində işləyəcək. Bulvarda fəaliyyət göstərən obyektlər tez açılıb, gec bağlanacaq. Həmçinin paytaxtın muzeyləri, teatrları və digər mədəniyyət müəssisələri də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək, şəhər sakinlərinə və qonaqlara xidmət edəcək.

Tədbir daha sonra “Saat” qülləsinin qarşısında davam edəcək. Burada səhər saatlarından başlanacaq bayram konserti axşam saatlarınadək izləyicilərə xoş ovqat bəxş edəcək.
Bir sözlə, hazırlanan zəngin proqram tədbirə qatılacaq paytaxtımızın sakinlərinə və şəhərimizin qonaqlarına, eləcə də konserti televiziya vasitəsilə seyr edəcək vətəndaşlarımıza əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.
Qeyd ki, 2009-cu ildə Novruz Bayramı UNESCO-nun qeyri-maddi mədəni irs nümunələrinin reprezentativ siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2018
22.09.2018
21.09.2018