Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Forum çərçivəsində ikinci panel “Meydana çıxan yeni güclər” mövzusuna həsr edilib 
Tarix: 15.03.2018 | Saat: 22:01:00
Bölmə:Siyasət | çapa göndər

Altıncı Qlobal Bakı Forumu çərçivəsində keçirilən ikinci panel “Meydana çıxan yeni güclər” mövzusuna həsr edilib.

İclasa moderatorluq edən Avropa Parlamentinin sabiq vitse-prezidenti Rodi Kratsa qlobal mənada yeni güclərin rolunun, onların dünyanın super gücləri ilə münasibətlərinin, regionlardakı hadisələrə təsirlərinin müzakirə edilməsinin vacib mövzular olduğunu deyib.

Rumıniyanın Baş nazirinin müavini Ana Birçall bildirib ki, hansı güclərin meydanda olmasından asılı olmayaq onlar, ilk növbədə, əsas səylərini sabitliyin saxlanmasına yönəltməlidirlər. Avropa İttifaqının (Aİ) tərəfdaşları ilə əməkdaşlığından danışan Baş nazirin müavini hazırda əsas əlaqələrin ABŞ ilə aparıldığını bildirib. O, eyni zamanda, Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində bir sıra postsovet ölkələri ilə münasibətlərin yaxınlaşmasına yönəlmiş layihələr həyata keçirdiyini, onların, ilk növbədə, sabitliyin daimi olması üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Aİ-nin əsas prioriteti regionda daimi sülhün bərqərar olmasıdır.

Pakistanın sabiq Baş naziri Şövkət Əziz ABŞ və Çinin iqtisadi, siyasi proseslərə təsirindən danışıb. O, xüsusən də Çinin “Bir kəmər, bir yol” layihəsinin region üçün əhəmiyyətli olduğunu söyləyib. “Bəziləri bu layihənin gizli məqamlarının olduğunu deyirlər. Əminliklə deyirəm ki, burada heç bir gizli məqam yoxdur. Bu layihə yalnız regionun iqtisadi rifahına yönəlib”, - deyə o bildirib.

Sabiq Baş nazir Türkiyənin geosiyasi rolunun artdığını və regionda daha bir güc mərkəzinə çevriləcəyini diqqətə çatdırıb. O, regiondakı problemlərin həlli üçün səmərəli dialoqun lazım olduğunu deyib: “Birqütblü dünyadansa çoxqütblü dünyanın olması daha yaxşıdır. Ona görə də yeni güclərin yaranması müsbət haldır”.

Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev “yumşaq və sərt güc” anlayışları ilə bağlı fikirlərini bölüşüb. O, bunu ABŞ-ın timsalında şərh edib: “Bu ölkənin müharibələrə sərf etdiyi vəsait analitikləri dəhşətə gətirir. Amma ABŞ yumşaq gücdən də məharətlə istifadə edir. Bu, Hollivud filmləri, müxtəlif informasiya texnologiyaları, yaşam tərzi və sairədir. Bütün bunlar insanları oraya cəlb edir. ABŞ təkcə silahla deyil, həm də təsir gücü ilə insanların ürəyini ələ ala bilir”. O vurğulayıb ki, dünyanın hər yerində mövcud olan güclər arasında ədalətli rəqabət olarsa, orada daim inkişaf da olar.

Albaniyanın sabiq Prezidenti Sali Berişanın fikrincə, yeni güclərin yaranması müasir dövrümüzdə ən əlamətdar geosiyasi hadisələrdən biridir. O, siyasi güclərin yaranmasını son 20-30 ildə dünyada baş verən iqtisadi artımla əlaqələndirib. S.Berişa güclərin bir-biri ilə toqquşmamasının, əksinə, qlobal rifah naminə əməkdaşlıq etməsinin vacibliyini qeyd edib.

İsveç Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Mats Karlsson Çin və Rusiyanın təsir dairələrini genişləndirdiklərini, onların hər birinin bunun üçün fərqli üsullardan istifadə etdiklərini deyib. O, yeni güclərin öz hərəkətlərində beynəlxalq hüquq çərçivələrini aşmamalı olduqlarını önə çəkib. “Buna görə də beynəlxalq institutların rolu daha da artmalıdır”, - deyə direktor əlavə edib. M.Karlsson deyib ki, yeni yaranan güclər demokratik dəyərlərin geniş yayılmasına və dialoqun qurulmasına fikir verməlidirlər. Əks təqdirdə, gücdən istifadənin pis fəsadları qaçılmazdır.

Qlobal Kiber Alyansının baş icraçı direktoru Mari Kavaney virtual məkanda da dünya güclərinin öz təsir dairəsini genişləndirmək səylərinin mütəmadi xarakter daşıdığını bildirib. O deyib ki, kiber hücumların artdığı bir zamanda xəstəxanalar və digər sosial obyektlər təhlükə ilə üz-üzə qalırlar. Biznes subyektləri isə mütəmadi olaraq bu cür hücumlara məruz qalırlar və son 6 ayda bunun sayı xeyli artıb. Buna görə də əlində böyük resurslar cəmləşdirən böyük güclərin qlobal əməkdaşlığına ehtiyac var.

Benin Respublikasının sabiq Prezidenti Nikefor Soqlo Afrika qitəsində siyasi vəziyyətlə bağlı fikrilərini bildirib. O, bu qitənin əsrlər ərzində müstəmləkəçilik siyasətinin qurbanı olduğunu deyib. “Dünya gücləri daim Afrikaya bir təsir obyekti kimi baxıb. Yalnız XX əsrin ikinci yarısında Afrika ölkələri öz dövlətlərini qura biliblər. Amma təbii resurslarla zəngin olan bu qitə indi də varlı dövlətlərin təsirindədir”, - deyə o qeyd edib.

İclas müzakirələrlə davam edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018