Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş yeni film çəkilir - FOTO
Tarix: 16.03.2018 | Saat: 10:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bədii-sənədli filmin çəkilişlərinə başlayıb.

Mərkəzdən hafta.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır.

Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qəti mübarizə əks olunur. Bu mübarizənin sonu faciəli olsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Filmin 28 May-Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Bakı Media Mərkəzi yaradıcı heyət və çəkiliş prosesindən mütəmadi olaraq yenilikləri paylaşacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” və digər filmlər yer alır.

Filmin sponsoru olan BP Azərbycan şirkəti 25 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində BP və tərəfdaşları çoxlu sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2017-ci ildə BP bir şirkət kimi ayrılıqda Azərbaycanda sosial layihələrin sponsorluğuna 2 milyon dollar xərcləmişdir. Bundan əlavə, ötən il BP və onun Azəri-Çırag-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları ilə birlikdə Azərbaycanda sosial investisiya layihələrinə təqribən 2,4 milyon dollar xərcləmişlər.

Bakı Media Mərkəzi haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, LinkedIn, Instagram və Twitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

BP Azərbaycan haqqında məlumatı BP-nin Bakı ofisindəki mətbuat xidməti - telefon: (+994 12) 599 45 57, şirkətin rəsmi saytı www.bp.com/caspian, Facebook və Twitter sosial şəbəkələrdəki səhifələrindən əldə edə bilərsiniz.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018