Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan alimi Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib
Tarix: 16.03.2018 | Saat: 12:38:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Azərbaycan Elmi Mərkəzinin (AEM) növbəti iclası keçirilib. Tədbirdə RTEA-nın vitse-prezidenti, akademik Əzizağa Şahverdiyev, AMEA-nın müxbir üzvləri Tulparxan Salavatov, Qeylani Pənahov, Qurban Yetirmişli və digərləri iştirak ediblər.

Hafta.az-ın məlumatına görə, iclasda qurumlar arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib, bu əlaqələrin cari ildə hansı istiqamətlər üzrə davam edəcəyi müəyyənləşdirilib.

Dövlətlərarası elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan akademik İbrahim Quliyev bildirib ki, 2014-ci il noyabrın 13-də AMEA və RTEA rəhbərliyinin təşəbbüsü ilə yaradılan RTEA-nın Azərbaycan Elmi Mərkəzinin fəaliyyəti hər iki qurumun yaradıcı kollektivləri arasında texnologiya, texnika və təhsil sahələrində əlaqələrin yaranmasına, birlikdə aparılan fundamental və tətbiqi araşdırmaların genişlənməsinə, müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlara gənc alimlərin cəlb olunmasına yönəlib.

İclasda qeyd edilib ki, RTEA-nın prezidenti, akademik Oleq Kuznetsovun sədrliyi ilə keçirilən RTEA Rəyasət Heyətinin iclasında gizli səsvermə yolu ilə AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzin direktoru, kimya üzrə fəlsəfə doktoru, professor Rüfət Məmmədov Akademiyanın xarici üzvü seçilib. Bu məqsədlə alimə RTEA-nın xarici üzvü diplomu, vəsiqəsi və fərqlənmə nişanı təqdim olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018