Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Binəli Yıldırım Qarabağ qazisi ilə görüşdü - FOTO
Tarix: 16.03.2018 | Saat: 13:06:00
Bölmə:Sosial | çapa göndər

Dağlıq Qarabağın azad edilməsi uğrunda qazi olmuş leytenant Kamil Musəvi Türkiyənin baş naziri Binəli Yıldırımı ziyarət edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Qarabağda döyüş nəticəsində ayağını və gözünü itirən Kamil Musəvi Binəli Yıldırıma əzmindən, davasından heç nəyi itirmədiyini söyləyib: “Ayaqsız, gözsüz yaşamaq olar, ancaq Vətənsiz mümkün deyil”.

Türkiyənin baş naziri, öz növbəsində, bildirib: “Nə qədər ki, bu eşq var, heç kim bizə zərər verə bilməz, leytenant Kamil Musəvi!”

“Mən Afrinə getmək istərdim”, - deyən Kamil Musəviyə Binəli Yıldırm belə cavab verib: “Qardaşların, böyük qardaşların Afrində dastan yazır”.

Leytenant Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək məqsədilə videoçarx hazırladığını baş nazirə bildirib. Türkiyə hökumətinin başçısı bundan qürur duyduğunu və izlədiyini bildirib: “İnşallah, Qarabağ da bir gün təmizlənər”.

Baş nazirlə söhbət zamanı Musəvi Çanaqqala savaşı haqqında oxuduğu bir hadisəni danışıb: “Savaş zamanı bir türk hərbçi geyimini cıraraq Fransa əsgərinin yarasını sarıyıb. Türk hərbçi hadisəni dostlarına belə nəql edib: “Mən onun cibində bir qadın fotosu gördüm. Anası olduğunu zənn elədim. Düşündüm ki, anası onu gözləyir. Onu gözləyən var. Ancaq mənim gözləyənim yoxdur. Ona görə də fransız hərbçiyə yardım etdim”. Bu hadisədən xəbər tutan fransız general isə deyib: “Mən belə bir hadisəni nə eşitdim, nə də indiyə kimi görmüşəm”.

Görüşün sonunda Binəli Yıldırım Kamil Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından yaradılan bir plaket və təsbeh hədiyə edib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” ilə bağlı əmr imzaladı
Heydər Əliyev prospektində piyada vurulub
"ABC Tədris və İnkişaf mərkəzi" və "Ahıllara və Tənhalara Dəstək"-dən təqdirəlayiq addım
“Azərbaycanda Belarusu qardaş ölkə və dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər” - Prezident
“Saakyanın Fransa və ABŞ-a səfərinə şərait yaradılmasının siyasi rəzalətdən başqa adı yoxdur” – Qabil Hüseynli
Azərbaycan-Belarus sənədləri imzalanıb
Belarus və Azərbaycan arasında mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır - Lukaşenko
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı əməkdaşlıq haqqında Memorandum imzalayıb
Tələbələr pulsuz müayinə olunacaq
Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi