Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Eurovision-2018”: Aysel bütün qəlbi ilə Azərbaycanladır - VİDEO
Tarix: 16.03.2018 | Saat: 13:57:00
Bölmə:Mədəniyyət Video | çapa göndər

Le Figaro, Fransa
16.03.2018

Müəllif: Damyen Mersero

2017-ci ilin sonlarında azərbaycanlı təşkilatçılar tərəfindən seçilmiş 28 yaşlı müğənni mayda Lissabondakı “Altice Arena”nın səhnəsində “X My Heart” mahnısını ifa edəcək.

2008-ci ildən bəri “Eurovision” mahnı müsabiqəsinə 10 dəfə qatılmış Azərbaycan indiyədək heç bir finalı buraxmayıb. 2011-ci ildə isə keçmiş Sovet İttifaqı respublikası olan Azərbaycan Ell və Niki duetinin ifa etdiyi “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.

2013-cü ildə Fərid Məmmədovun ifasında “Hold Me” mahnısı ilə 2-ci, 2009-cu ildə isə Aysel-Araş duetinin ifa etdiyi “Always”lə 3-cü olmuş Azərbaycan “Eurovision”da bir çox müsbət nəticələr əldə edib. Ötən il isə Dihaj “Skeletons” mahnısı ilə Kiyevdə keçirilən yarışı 14-cü pillədə başa vurub.

Azərbaycan ölkəni sayca 63-cü Avropa mahnı müsabiqəsinə təmsil etməsi üçün hələ ötən ilin noyabrda Aysel Məmmədovanı (Aisel) seçib. Bu ilin martında isə onun yarışda ifa edəcəyi “X My Heart” mahnısı ictimaiyyətə təqdim olunub.

Bakıda musiqiçi ailəsində dünyaya göz açmış müğənni Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, müğənni, pianoçu və bəstəkar kimi, bir çox caz festivallarında iştirak edib.

Aisel mayın 8-də Lissabondakı “Altice Arena”nın səhnəsində birinci yarımfinalda ikinci çıxış edəcək. Təşkilatçı ölkə (Portuqaliya) və “Böyük beşlik” ölkələri (müsabiqənin 5 ən böyük maliyyə yardımçıları – Fransa, Almaniya, İspaniya, İtaliya və Birləşmiş Krallıq) birbaşa mayın 12-də keçiriləcək finalda iştirak edəcək. Digər 37 ölkə isə iki yarımfinalda (mayın 8-də və 10-da) çıxış edərək, əsas mərhələ uğrunda mübarizə aparacaqlar. 

Fransız dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2018
22.09.2018
21.09.2018