Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zahid Oruc Şeyxülislamı mübarizəyə çağırdı - Azərbaycan əleyhinə kampaniyaya qarşı...
Tarix: 16.03.2018 | Saat: 15:33:00
Bölmə:Siyasət | çapa göndər

“Xarici kəşfiyyatlar tərəfindən himayə edilən qüvvələr Azərbaycanın əleyhinə kampaniya aparırlar... Şeyx başda olmaqla hər kəsi, ziyalıları, mədəniyyət xadimlərini bununla mübarizə aparmağa çağırıram...”.


Hafta.az yazır ki, bu çağırışla Milli Məclisin bu günkü plenar iclasında deputat Zahid Oruc çıxış edib. MM üzvü ölkədə Prezident seçkiləri öncəsi sakitlikdən şübhələndiyini ifadə edib:

“Prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir. Lakin sakitliklə bağlı məsələ məni narahat edir...”.


“Mən dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə cavab vermək istəyirəm. Hesab edirəm ki, bu, yalnız dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır. İlk növbədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx Həzrətləri hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib. Ona görə Şeyx başda olmaqla hər kəsi- ziyalıları, mədəniyyət xadimlərini mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik” - deyə deputat vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018