Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Samirə Salmanova və ya Ayaq barmaqlarının yaratdığı rənglər dünyası - FOTO
Tarix: 16.03.2018 | Saat: 15:38:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan Fransız İnstitutunda fiziki qüsurlu rəssam Samirə Salmanovanın əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə Samirənin ayaq barmaqları ilə çəkdiyi rəsmlər sərgilənib.

Daha çox portret və təbiət janrına üstünlük verən Samirənin çox sayda əsəri indiyədək keçirilmiş sərhilərdə satılsa da, hazırda evlərində 50-fən artıq bu cür əsəri var.

Atası Ramiz Salmanov deyir ki, Samirə doğulduğu gündən əlil olub. "Amma özünü dərk edəndən rəsm çəkməyə meyl edib. İlk dəfə o, ördək və balalarımı çəkib. Sonradan onun çəkdiklərini rəssamlardan birinə göstərdik. Baxıb dedi bu qızda fitri istedad var", - deyir R.Salmanov.

Hazırda 37 yaşı olan Samirə həyatının 30 ilini rəssamlığa həsr edib.

Atası R.Salmanov deyir ki, 1997-ci ildə ulu öndərimiz Heydər Əliyevin də iştirak etdiyi sərgiyə qatılan Samirənin sənəti böyük uğur qazanıb. Elə bu da onun şöhrət qazanması üçün başlanğıc olub.


"Samirə 2002-ci ildə Moskvaya dəvət aldı. O vaxt 12 nəfər Samirə kimi fiziki qüsurlu uşaq dəvət almışdı və bütün bunlar onun uğurlara açılan yolunu müəyyənləşdirir" deyən R.Salmanov əlavə edib ki, hazırda Samirənin yeganə arzusu mexaniki əlil arabası əldə etməkdir.

Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez bildirib ki, Samirə Salmanova tanınmış rəssamdır. Çünki bir müddət öncə Heydər Əliyev də onunla görüşüb. "Samirə Salmanova bütün buəsərləri ayaq barmaqları ilə çəkib ki, bu da böyük istedaddan xəbər verir. Şadam ki, Salmanovlar ailəsi də Samirəyə hər cür dəstək verir" deyən səfir əlavə edib ki, belə fiziki qüsurlu istedadlar Fransada da var. Səfir bildirib ki, Fransadakı "Əı-Ayaq" humanitar dərnəyi var ki, Samirə onlarla əməkdaşlıq edə bilər.
Samirənin atası R.Salmanov səfirə göstərdiyi diqqətə görə təşəkkür edib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2018
22.09.2018
21.09.2018