Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aydın Əliyev İsrail səfiri ilə görüşüb
Tarix: 16.03.2018 | Saat: 16:49:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Martın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hafta.az-ın məlumatına görə, Azərbaycanla İsrail arasında təşəkkül tapmış qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

DGK sədri Aydın Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Səmimi qəbula görə təşəkkürünü bildirən İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav respublikamızda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

İsrail ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan səfir Dan Stav iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, eyni zamanda son zamanlar Azərbaycan gömrük sərhədindən keçərkən qanunvericiliyin tələblərini pozan bir neçə İsrail vətəndaşı ilə bağlı səfirə ətraflı məlumat verilib, bu barədə fikir mübadiləsi aparılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018
17.09.2018