Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda dini dözümlülük yüksək səviyyədədir – Misir səfiri
Tarix: 16.03.2018 | Saat: 18:29:00
Bölmə:Sosial | çapa göndər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Misirin Azərbaycana yeni təyin olunan səfiri Adil İbrahim Əhməd İbrahimlə görüşüb.

Misirin ölkəmizdəki Mədəniyyət Mərkəzindən Hafta.az-a verilən məlumata görə, görüşdə yeni təyinatı münasibətilə səfiri təbrik edən Komitə sədri Azərbaycanla Misir arasındakı dostluq münasibətlərinə toxunub. Misirin hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycanla Misir arasındakı din və mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri barədə səfiri məlumatlandıran M.Qurbanlı dinə dövlət qayğısından bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı, prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, dini ibadətgahların inşasına və bərpasına xüsusi önəm verir. Eyni zamanda, mütəmadi olaraq, müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan müxtəlif dinlər, mədəniyyətlərarası qarşılıqlı anlaşmaya xüsusi diqqət ayırır. Azərbaycan prezidentinin 2016-cı ili ölkədə “Multikulturalizm ili”, onun məntiqi davamı olaraq ötən ili “İslam həmrəyliyi ili” elan etməsi buna ən yaxşı nümunədir.

Adil İbrahim Əhməd İbrahim səfir kimi qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq, ölkəmizdəki inkişafın, sabitliyin, dini dözümlülüyün yüksək səviyyədə olmasının əyani şahidi olduğunu deyib. Azərbaycanla Misir arasında ikitərəfli əlaqələrə toxunan diplomat iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Görüşün sonunda səfirə Dövlət Komitəsinin ərəb dilində nəşr etdirdiyi işğal altındakı maddi-mənəvi irsimizin məhv edilməsi faktlarının əks olunduğu “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı təqdim edilib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018