Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan təhsilində yenilik
Tarix: 16.03.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Yaxın gələcəkdə ibtidai siniflərdə tədris prosesində ehtiyat dərsliklərdən istifadə olunacaq

Yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq, Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ehtiyat ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparılır. Trend-in məlumatına görə, bunu təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən , təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ilkin konsepsiya hazırlanan zaman, beynəlxalq tədqiqatların nəticələri, orada ölçülən göstəricilər məzmun baxımından nəzərə alınıb: "Hesab edirik ki, beynəlxalq tədqiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik”.
C.Bayramov bildirib ki, hər bir sinif üçün dərslik tərtib olunan zaman, müəllim üçün metodik vəsait də hazırlanacaq: "Yeni ehtiyat dərslik modelində isə həm də tövsiyə xarakterli metodik vəsaitin hazırlanmasını nəzərdə tutmuşuq. Valideynlərin uşaqları ilə hansı istiqamətdə məşğul olması, onlara yardım etməsi şagirdlərin təhsil səviyyəsində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə artıq işlərə başlanılıb”.
Xatırladaq ki, Azərbaycanda ehtiyat dərsliklərin hazırlanması məsələsi ötən ildən gündəmdədir. Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb.

Qeyd edək ki, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində ölkədə ehtiyat dərsliklər yaradılacaq. Ehtiyat dərsliklərin hazırlanmasına ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərsliklərindən başlanacaq. Keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər “eksperimental dərslik” hesab ediləcək. Eksperiment ehtiyat dərsliklər həm də təcrübə olacaq. Təcrübə artdıqca təkmilləşmə prosesi dərinləşəcək və nəticədə dərslik sahəsində bir çox problem aradan qalxacaq. Belə ki, mövcud qaydalarla on il ərzində keçirilən dərslik müsabiqələrində zamanın darlığı və müəllif potensialının məhdudluğu əsasən 2 problemin yaranmasına səbəb olub. Birinci problem təkliflərin azlığıdır. İkinci problem isə hər hansı fənn üzrə, ümumiyyətlə, təklif olmamasıdır. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər yaradılacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək. Hazırlanacaq dərsliklər bir çox məktəbdə sınaqdan çıxarıla bilər.
Məlumat üçün bildirək ki, son illər Təhsil Nazirliyi tərəfindən dərsliklərin hazırlanmasında keyfiyyəti yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülür. Artıq bu sahədə bir sıra dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, dərsliklərin qiymətləndirilməsinin obyektivliyini artırmaq məqsədilə Təhsil Nazirliyi bu işə başqa qurumları da cəlb edib. Hazırlanma prosesində olan layihələr, həmçinin artıq istifadə olunan dərsliklər ictimai müzakirəyə çıxarılıb. Bu məqsədlə trims.edu.az adlı xüsusi portal da yaradılıb. Qeyd edək ki, müəllim, valideyn, alim və mütəxəssislərin dərsliklərlə bağlı həmin portal vasitəsi ilə bildirdikləri irad, rəy və təkliflər nəşriyyat-müəllif heyətinin diqqətinə çatdırılır və müvafiq düzəlişlər edilir.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Nadir İsrafilov deyib ki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir: "İndiyədək dərslik problemi təhsilimizin ən yaralı sahəsi olub. Məncə, əsas problem müasir dərsliklərin qeyri-peşəkarlar tərəfindən hazırlanmasıdır. Məsələn, elə bir fənn üzrə dərslik ortaya çıxıb ki, onun əvəzedicisi yoxdur. Ona görə də məcbur olub o dərsliyi təqdim edirlər. Əvvəllər dərsliklə bağlı nə qədər tənqidlər qulaqardına vurlurdu. Ancaq indi nazirlikdə xüsusi ehtiyat qrup işləyir. Ədalət naminə deməliyik ki, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, son on illiklə müqayisədə, dərslik siyasətinə fərqli baxış formalaşıb. Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər hazırlanacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək. Hazırlanacaq dərsliklərin bir çox məktəbdə sınaqdan çıxarılması nəzərdə tutulur. Digər tərəfdən, mütəmadi monitorinqlər keçirilir, yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklər çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə və dərsliklərin təkmilləşdirilməsi məqsədilə, onların layihələrinin müvafiq saytın əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Bu mənada görülən işlər təqdir olunmalıdır. O ki qaldı ehtiyat dərsliklərdən təhsilimizin nə əldə edəcəyinə, bəzən ayrı-ayrı siniflər və fənlər üzrə tender müsabiqəsinə bir dərslik təqdim olunur və ola bilər ki, heç o da təqdim olunmasın. Təqdim olunan dərslik və ya dərsliklər dərsliyə verilən tələbləri, prinsipləri ödəməsə də, müvafiq standartlara uyğun gəlməsə belə, onu nəşr edib, yerlərə göndərmək zərurəti meydana çıxır. Bu və buna bənzər hallar baş verdiyi təqdirdə, vəziyyətdən çıxış yolu kimi alternativ olaraq ehtiyat dərsliklər dövriyyəyə buraxıla bilər. Hesab edirəm ki, təkcə ibtidai siniflər üçün deyil, digər siniflər üçün də mərhələlər üzrə ehtiyat dərsliklərin hazırlanmasına ehtiyac var və bu istiqamətdə davamlı işlərin aparılması vacibdir”.

Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə hesab edir ki, dərsliklərin lazımi səviyyədə olmadığını nazirlikdə də bilirlər: “Amma dərsliyi də birdən birə dəyişmək, bunu götürüb yerinə başqasını gətirmək mümkün deyil. Burada təəccüblüsü odur ki, yenə də həmin müəlliflər həmin dərsliklər üzərində işləyib. Bu müəlliflər də pedaqoji prosesi bilmir, heç müəllim də deyil. Dərsliklər uşağın yaşına və anlaq səviyyəsinə uyğun olmalıdır. Belə olmayan dərsliklər köklü surətdə dəyişdirilməli və yenilənməlidirlər. Yəni, yeni dərsliklər yazılmalıdır və bu dərsliklərdəki problemlər aradan qaldırılmalıdır. Eyni zamanda, dərslikləri yazan müəlliflərin pedaqoji prosesi, ibtidai siniflə işləməyi bilib-bilmədiyinə diqqət yetirmək lazımdır. Çünki bəzi müəlliflər didaktik tələbləri, elmin özünü mükəmməl bilmirlər. O ki qaldı dərsliklərin rəydən keçməsinə, bu,formal şəkildə baş verir. Əvvəlcə müsabiqə keçirilməlidir ki, kimlər dərslik yaza bilər? Peşəkar müəllimlər öz bacarıqları, metodik bilikləri ilə müsabiqədə iştirak edib, müəllif olmaq hüququnu qazanmalıdırlar. Ondan sonra həmin adamlar müsabiqə ilə dərslik yazmalıdırlar. Müsabiqə ilə yazılan dərslikdən hansı qəbul olunarsa, ictimaiyyətin, müəllimlərin müzakirəsindən sonra o yazsın. Yoxsa indi tenderdir. Nəşriyyat tenderdə udur və nəşriyyatın direktoru başlayır kitab yazmağa. Hansı ki, müəllimlikdən, pedaqogikadan xəbəri yoxdur. Ona görə formal cəhətlər var ki, onlar aradan qaldırılmalıdır. Yalnız bundan sonra dərliklərdəki qüsurların aradan qalxması mümkündür".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018