Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Patent və ixtiralarımız... - MÜSAHİBƏ
Tarix: 16.03.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Sadıx Nəbiyev: “Ölkənin müdafiə qabiliyyətinin yüksəldiməsinə xidmət edən məhsullar hazırlanıb”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) patent və ixtiralar sahəsində mövcud vəziyyətlə bağlı Hafta.az-ın suallarını akademiyanın Müəllif hüquqları və patent şöbəsinin müdiri Sadıx Nəbiyev cavablandırıb.


- Azərbaycan Milli Elmlər Akademiyasında il ərzində əldə olunan patentlərin ümumi göstəricisi, kəmiyyət və keyfiyyəti barədə nə deyə bilərsiniz?
- Hazırda “AMEA patentlərinin Elektron məlumat bankı”na alimlərimiz tərəfindən 2005-2017-ci illərdə alınmış 466 Azərbaycan patenti daxildir. Bu məlumat bankı əsasında “AMEA-nın neftçıxarma, neft emalı və neft kimyası üzrə patentləri”, “Azərbaycan Respublikasının Strateji Yol Xəritələrinin istiqamətləri üzrə AMEA patentləri” kimi xüsusi məlumat bazaları hazırlanıb. 2017-ci ilin martında AMEA əməkdaşlarının elmi-texniki yaradıcılığını və innovativ fəaliyyətini stimullaşdırmaq məqsədi ilə AMEA prezidenti akademik Akif Əlizadə tərəfindən “AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncam imzalanıb, həmin sərəncamda ixtiralara milli patentlərin alınması və qorunması ilə bağlı rüsumların AMEA tərəfindən ödənilməsi, habelə, elmi ixtiranın tətbiqindən əldə ediləcək xalis gəlirin 25%-nin ixtira müəlliflərinə verilməsi və digər həvəsləndirici tədbirlər nəzərdə tutulub. 2017-ci ildə akademiya əməkdaşlarının innovativ fəallığı əvvəlki illərə nisbətən yüksəlib, yerli və beynəlxalq təşkilatların müsabiqələrində iştirak edənlərin sayı artıb. Aprel ayında alim və mütəxəssislərimiz Ümumdünya Əqli Mülkiyyət Gününə həsr olunan “İxtiraçılıq sahəsində IV Respublika Müsabiqəsi”ndə fəal iştirak edib, onların təqdim etdiyi patentləşdirilmiş ixtiralar sırasından səkkizi yüksək mükafatlara layiq görülüb. Bundan başqa, SOCAR Elm Fondunun 2017-ci ilin noyabrında neft, qaz və neft-kimya sənayesi ilə bağlı innovativ elmi araşdırmaların inkişafı məqsədilə elan etdiyi müsabiqəyə AMEA-dan 143 layihə təqdim olunub, bunlardan 98-i texniki ekspertizanı keçərək müsabiqəyə buraxılıb, 37 layihə qalib olub.
- Son illər ərzində neçə nəfər alim ixtirasına görə patent alıb, onların texnologiyada tətbiq imkanları varmı?
- 2016-cı ildə akademiyanın elmi-tədqiqat institutları tərəfindən təqdim edilmiş iddia sənədləri əsasında 57, 2017-ci il ərzində 35 ixtiraya milli patent verilib. Bu ixtiralar arasında atom energetikası obyektlərində təhlükəli sahələrdə istifadə edilə bilən radiasiyaya davamlı elastomer material, metal səthlərin korroziyadan nühafizə üsul və vasitələri, müxtəlif təyinatlı müasir sürtkü yağları, xüsusi keyfiyyətlərə malik polimerlər, kənd təsərrüfatı üçün yeni kompleks gübrə və ziyanvericilərlə mübarizə vasitələri və s. xüsusi qeyd olunmalıdır. Akademiyanın geoloq və kimyaçı alimlərin birgə əqli məhsulu olan “Membranlı filiz emalı texnologiyası” patentinin tətbiqi hər bir filizin və ya filiz tullantısının geokimyəvi və mineraloji tərkibindən asılı olaraq münasib membran qrupunu tərtib etməklə ekologiyaya ziyan vurmadan lazım olan komponentləri ayırmağa və saf hala gətirməyə imkan verəcək. Fiziklər alternativ və bərpa olunan enerji mənbələrində iki şinalı hibrid sistemdən istifadə üsulunu hazırlayıblar, hansı ki, bu, günəş, külək və digər alternativ və bərpa olunan mənbələrdən əldə olunan sabit enerjini dəyişən cərəyana çevirmədən daşımağa və istehlakçıya çatdırmaq perspektivləri açır.
- Yeniliklərdən biri də səhv etmirəmsə, son dəfə “ASAN xidmət”də tətbiq olunub...
- Bu, turistlərə viza verilməsini sürətləndirən sistemlə bağlı olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi əsasında 2017-ci ildə ölkəyə gələn turistlərə viza veriməsini sürətləndirməyə və sadələşdirməyə imkan vermiş "ASAN Viza" sistemi yaradılıb və artıq "ASAN xidmət"də tətbiq edilir.
- Yüksək Texnologiyalar Parkının yaradılması istehal prosesinə hansı yeniliklər gətirib və xarici şirkətlərlə əməkdaşlıq edilirmi?
- Prezident İlham Əliyevin Sərəncamı ilə Yüksək Texnologiyalar Parkının yaradılması AMEA-nın elmi-tədqiqat institutlarının intellektual potensialından və müasir elmi avadanlıqdan daha səmərəli istifadə olunması, eləcə də elmi nəticələrin iqtisadiyyata tətbiq edilməsi üçün geniş imkanlar açıb. Artıq Yüksək Texnologiyalar Parkı tərəfindən bir neçə ixtisaslaşmış xarici şirkət ilə elmi nəticələrin istehsala tətbiqinə yönəlmiş müqavilələr imzalanıb. Belə ki, Böyük Britaniyanın “Millers Oyls LTD” şirkəti ilə birgə yüksək texnoloji keyfiyyətlərə malik mühərrik yağlarının istehsalı başlanıb, elm tutumlu texnoloji məhsulların istehsalı məqsədi ilə Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi yaradılıb. Qısa müddət ərzində burada digər məhsullar ilə yanaşı ölkənin müdafiə qabiliyyətinin yüksəldiməsinə xidmət edən ikili təyinatlı məhsullar - çoxfunksiyalı multirotorlu pilotsuz uçuş aparatları və dronlar, məsafədən radioidarəolunan sistemlər, virtual təlim simulyatorları və digər bu kimi istehsal üçün əhəmiyyətli məhsullar hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018