Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Badamdar qəbiristanlığının bataqlıq yolları - REPORTAJ
Tarix: 16.03.2018 | Saat: 19:30:00
Bölmə:Reportaj | çapa göndər

Novruz Bayramının gəlməsinə sayılı günlər qalıb. Xatırladaq ki, bayrama bir neçə gün qalmış adamlar qəbiristanlığa üz tutaraq, dünyasını dəyişmiş doğmalarının, yaxınlarının qəbirlərini ziyarət edir, məzarların üstünə gül qoyur və onların ruhuna Quran oxudurlar. “Qara bayram”la bağlı bu dəfə yolumuzu Badamdar qəbiristanlığından saldıq.

 

Adıçəkilən qəbiristanlığın giriş qapısına qədər yollar təmirlidir. Adamlar rahat gəlib-gedə bilir. Amma qəbiristanlığın daxili, təxminən, 200 metrə qədər mərkəz yolu bataqlıq içində idi. Piyada yolla getmək olmurdu. Avtomobili olanlar birtəhər yolu keçib gedə bilirdilər. Avtomobili olmayanlar isə əziyyət çəkirdilər. Havanın yağmursuz və günlü keçməsinə baxmayaraq, hələ də yolun palçığı, dərin çalalarındakı gölməçəliklər qurumaq bilmirdi. Yolların bu vəziyyətdə olması ziyarətə gələnlərin narazılığına səbəb olurdu.
Miradəm adlı bir nəfər bayramdan-bayrama qəbiristanlığa gəldiyini və yaxınlarına Quran oxutduğunu dedi. Bildirdi ki, bayrama qədər gəlib-gedəcək, ölülərin ruhuna Qurani-Kərim tapşıracaq: “Badamdar böyük qəsəbədir. İmkanlı adamlar əksər dövlət məmurları bu qəsəbədə yaşayır. Hətta adıçəkilən qəbiristanlıqda imkanlı adamların da əzizləri yatır. Təəssüflər olsun ki, qəbiristanlığın yolunu təmir etdirən yoxdur. Adam bu yola baxanda xəcalət çəkir”.


Vüsal adlı bir sakin Badamdar qəsəbəsində yaşadığını, cavan qardaşının qəbrini ziyarət etdiyini söylədi. Onun sözlərinə görə, 150 metr uzunluğunda olan yolu keçib-gedə bilmir: “Şalvarımın ətəkləri tamamilə palçığa batıb. Ayaqqabım çirkli su ilə dolub.Qəbiristanlığın yerli bələdiyyələrə verilməsi ilə bağlı Milli Məclis qanun qəbul etdi. Amma qəbiristanlığın yolu hələ də bərbad vəziyyətdədir. Ucqar dağ kəndlərinin yolu belə deyil. Yolu düzəldən yoxdur. Ölənlərimizin xatirəsinə qəbiristanlığın yolunu təmir etmək ən böyük savabdır. Bizə elə gəlir ki, imkanlı adamlar və aidiyyəti qurumlar, xüsusilə də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bununla maraqlanacaq və sözügedən qəbiristanlığın yolunun təmir olunmasında öz köməkliklərini əsirgəməyəcəklər”.

Qəbiristanlığın müdiri Rauf bəy Badamdar Bələdiyyəsinin həm də üzvüdür. Rauf bəy “Həftə içi”nə bildirdi ki, onlar tərəfindən qəbiristanlqda abadlıq, təmizlik və təmir-bərpa işləri aparılır: “Hətta imkanı olmayan ölü sahiblərinə köməklik göstəririk. Qəbirlərinin üstünün götürülməsində onları pulsuz materialla təmin edirik. Diqqətinizə çatdırım ki, ağırtonlu yük maşınları qəbiristanlıığın içi ilə keçib-gedir. İldə bir neçə dəfə yolu təmir etdirsək də, heç bir əhəmiyyəti olmur. Ona görə ki, ağıryüklü maşınların və şaqmanların sayı-hesabı yoxdur. Biz təmir edirik. Yük maşınları və şaqmanların yükü normadan artıq, çox ağır olduğundan, yol bu ağırlığa tab gətirə bilmir, uçub-dağılır, dərin çalalar əmələ gətirir və bunun nəticəsində təzə təmir olunan yol sıradan çıxır. İndi yola çınqıl, qum tökməyin mənası yoxdur. Yenə də palçıq olacaq. Havaların quraqlıq keçməsini və yolların qurumasını gözləyirik. Yolun əsaslı təmirinə başlayacağıq. Ağır yük maşınlarının qəbiristanlığın içi ilə hərəkəti dayandırılsa, daha yaxşı olardı. Onda qəbiristanlığın yolları da təmiz və abad görünərdi”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018