Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Cənub Qaz Dəhlizi” sabitlik üçün strateji əhəmiyyət daşıyır – Fitch
Tarix: 16.03.2018 | Saat: 19:00:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Cənub Qaz Dəhlizi” Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır. Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur ki, “Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır.

Agentliyin hesablamalarına görə, Azərbaycan tədricən neft və qazdan asılılığına son qoyacaq, çünki sovet dövründən qalan neft yataqları artıq hökuməti yeni gəlir mənbələrini inkişaf etdirməyə sövq edir: “OPEC-lə əldə olunan razılaşmaya əsasən 2017-ci ildə neft hasilatı azaldılıb. 2018-ci ildə reallaşacaq “Şahdəniz-2” layihəsi nəticəsində isə gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa Birliyi və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək. 2045-ci ilədək artıq qaz ehtiyatlarının böyük hissəsi Avropa Birliyi və Türkiyə hökuməti tərəfindən alınıb.
Agentlik mütəxəssisləri qeyd edib ki, 2017-ci ildə “Cənub Qaz Dəhlizi” aşağıdakı beynəlxalq maliyyə təşkilatlarından birbaşa vəsait cəlb edib: "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (İBRD) 0,4 milyard dollar, Asiya İnfrastruktur və İnkişaf Bankından (AİİB) 0,6 milyard dollar, Asiya İnkişaf Bankından (ADB) 1 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 0,5 milyard dollar həcmində dövlət zəmanətli kredit cəlb olunub”.
“Fitch” “Cənub Qaz Dəhlizi” QSC-nin yüksək təminatsız beynəlxalq bazarlarda yerləşdirilən istiqrazlarının uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib. Proqnozuna görə, QSC-nin əməliyyatlar və kapital xərcləmələri üçün tələb olunan maliyyə vəsaiti 2018-2019-cu illərdə 2,2 mlrd. dollara yaxın olacaq: “Orta müddətli dövrdə maliyyələşmə ilə bağlı “Cənub Qaz Dəhlizi” Konsorsiumunun inkişaf institutlarından kredit cəlb edəcəyini proqnozlaşdırırıq”.

Agentliyin Azərbaycanın tədricən neft və qazdan asılılığına son qoyacağı və sovet dövründən qalan neft yataqları ilə bağlı açıqlamasını şərh edən iqtisadçı Pərviz Heydərov deyir ki, burada söhbət təkcə sovet dövründən qalan neft yataqlarından getmir: 

 
"Bütövlükdə müstəqillik əldə olunandan sonra Azərbaycanda neft hasilatı 2010-cu ildə pik nöqtəyə çatdıqdan sonra artıq, neçə ildir ki, azalmaqda davam edir. Pik nöqtə 2010-cu ildə baş verdi və 50 milyon tondan çox neft çıxarıldı həmin ildə Azərbaycanda. Ondan sonra ötən hər bir il ərzində hasilat enməkdədir və hazırda illik hasilatın həcmi ildə 40 milyon tondan bir qədər artıq təşkil edir. Hökümətin əsas məqsədi hasilatı stabil saxlamaqdır. İndi ölkə üçün neftdən çox, Şahdəniz yatağı üzrə qaz hasilatı daha maraq gözləntilər vəd edir. Belə ki, 2020-ci ildən sonra Azərbaycan neft ölkəsindən çevrilib, əsas etibari ilə qaz ixrac edən ölkə kimi tanınacaq. Amma bütün hallarda hər iki sahədə hasilatın necə olacağından asılı olmayaraq ölkə iqtisadiyyatının qeyri-neft sektoru hesabına inkişaf etdirilməli olduğu hökumətə də, cəmiyyətə də diqtə olunmaqdadır”.

Pərviz Heydərov qeyd edib ki, hökumət 2018-ci ildə ÜDM-in artımını 1,5 faiz, orta illik inflyasiyanı 6,1 faiz səviyyəsində proqnozlaşdırıb: “Bu il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır.
Beynəlxalq qurumlar da ölkəmizin ÜDM artımına nikbin yanaşır. Son on il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində ölkəmizin Asiya-Sakit Okean regionunda 43 ölkə arasında 14-cü yeri tutduğu qeyd olunub. Sözügedən indeks üzrə Azərbaycan İtaliya, Fransa və Yunanıstan kimi inkişaf etmiş ölkələrlə müqayisədə ön sıralarda yer tutaraq, Rusiya da daxil olmaqla bir sıra MDB ölkələrini qabaqlayıb.
“Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkətinin “Ölkə üzrə risk” adlı proqnoz hesabatda bu il ölkəmizdə iqtisadi artımın 2017-ci illə müqayisədə 1,2 faiz, gələn il isə 3,3 faiz təşkil edəcəyi qeyd edilib.
Bu il ÜDM-nin 43,4 milyard dollar, 2019-cu ildə isə 47,3 milyard dollar olacağı gözlənilir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2018
22.09.2018
21.09.2018