Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “cəmilşünası” - HƏFTƏ REYTİNQ
Tarix: 16.03.2018 | Saat: 20:00:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Prezidentliyə namizədlərdən biri, Ağ Partiya başqanı Tural Abbaslı ötən həftə hurriyet.org saytına verdiyi müsahibədə Milli Şuranın sədri Cəmil Həsənli haqqında sərt fikirlər səsləndirdi: “Cəmil Həsənlini heç vaxt siyasətçi kimi qəbul etməmişik. Hətta 2013-cü ildə biz Milli Şuranın sədrliyinə onun namizədliyini verərkən, Azərbaycanın siyasi arenasında Cəmil Həsənlinin adı heç bir məna kəsb etmirdi. Yalnız 2005-ci ildə partiyanın qərarına tabe olmayıb, parlamentdə oturduğuna görə, partiyadan qovulan orta statistik tarixçi, alim kimi yadda qalırdı. O, nəinki Biləcəridən, hətta yaşadığı ərazidən - Yasamaldan o tərəfdə tanınmırdı. O zaman mən Müsavat Partiyasının Divan üzvü, Milli Şuranın təsisçilərindən, kampaniyasını sıfırdan başlayan Cəmil Həsənlinin vəkili idim. Əslində, Müsavat, AXCP və Milli Şura olaraq onu siyasətə biz gətirmişik. Həmin dönəmdə Cəmil Həsənli bizim qarşımızda öhdəlik götürmüşdü ki, əgər seçilərsə, o zaman 2 il müddətinə parlament seçkiləri keçirəcək və daha sonra prezidentlikdən istefa verəcək. Eyni zamanda, siyasətdən birdəfəlik gedəcəyinə dair öhdəlik də götürmüşdü, heç bir partiyanın üzvü belə, ola bilməzdi. 

Bildiyiniz kimi, o zaman Milli Şurada Müsavat-AXCP maraqları, qarşıdurması vardı. Buna görə də Cəmil Həsənli Rüstəm İbrahimbəyovun dublyor aktyoru kimi Milli Şuraya sədr seçildi.


Həftənin “yıxılıb-duranı”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən “Rusiya imkanlar ölkəsidir” adlı forumda səhnəyə çıxan zaman yıxıldı. Lavrov pilləkənə ilişərək dizüstə yıxılıb, lakin tez qalxaraq öz yerini tutdu.
Rusiya XİN rəhbəri öz nitqini forumda zarafatla başlayıb: “Görürsünüz, ilişdim. Yaxşı ki, diplomatik cəbhədə yox, forumda yıxıldım”.


Həftənin “xəstə siyasətçisi”


Müsavat partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin xəstəxanadan buraxılandan sonra fotoları yayıldı. Fotolardan birini TRT-də çalışan həmyerlimiz, jurnalist Könül Şamilqızı, digərini isə Türkiyədəki Azərbaycan diasporunun üzvləri yayıb. Şəkillərdə İsa Qəmbərin sağlıq durumunun yaxşı olduğu görünür. Xatırladaq ki, ötən ay ürək nahiyəsində problemlər yaşayan, Mərkəzi Klinikada müalicə aldıqdan sonra evə buraxılan İsa Qəmbər 15 gün öncə yenidən rahatsızlaşmış və müalicə üçün Türkiyənin paytaxtı Ankaraya aparılmışdı. Artıq o, xəstəxanadan evə buraxılıb.


Həftənin “ailə məsləhətçisi”


ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı olan Aşıq Əhliman Rəhimov qızları erkən ərə verməyin tərəfdarı olduğunu bildirdi. Xalq artisti Zümrüd Məmmədovanın 22 yaşlı qızının evlənmək üçün hələ yaşının tez olduğuna münasibət bildirən Aşıq Əhliman maraqlı açıqlama verib: “Hələ 5 yaş gecikib. Mən belə eşitmişəm. Deyir ki, papağı at qıza, yıxılmadısa, ver ərə. Böyük dahilərin birindən eşitmişəm ki, insanlar 3 şeyə tələsməlidir. Birinci, borcunu verməyə, ikinci, övladlarını maarifləndirməyə, üçüncü isə övladlarını yerbəyer etməlidir. Qızdırsa, köçürməli, oğlandırsa, evləndirməlidir. Bir yandan isə 3 əsas şərt var. 1-ci ocaq, 2-ci məktəb, 3-cü mühit. Ocağı təmiz olan, məktəbi güclü olan insanlara mühit qalib gələ bilmir. Əksinə, elə insanlar mühit yaradırlar...”.


Həftənin “boşanmış prezident oğlu”


ABŞ Prezidenti Donald Trampın böyük oğlu həyat yoldaşı Vanessadan boşandı. Cütlük Trampın prezidentlik dövrünün sonuna qədər ayrılmamağa qərar versələr də, aralarındakı problemi həll edə bilməyiblər. Qeyd edək ki, oğul Trampla Vanessa Heydon 2005-ci ildə ailə həyatı qurub. Cütlüyün 5 övladı var.


Həftənin “ayaqöpdürəni”


Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əs-Səudin qızı şahzadə Hassa Bint Salman Parisdə qaldığı evdə çalışan işçini döydürərək, ayaqlarını öpməyə məcbur etdiyinə görə həbs olundu. İşçinin evin şəklini çəkdiyini görən şahzadə buna qəzəblənib və mühafizəçilərə həmin şəxsi döyməyi əmr edib. Mühafizəçilər işçini döyəndən sonra əl-qolunu bağlayıb şahzadənin ayaqlarından öpməyə məcbur ediblər. Bir neçə saat bağlı otaqda saxlanılan işçi gecə sərbəst buraxılıb. İşgəncəyə məruz qalan şəxs polisə şikayət edib. Şahzadə Hassa həbs edilib.


Həftənin “dəli qadını”


ARB TV-nin “Sirdaş Rövşanə” verilişinin qonağı olan artist Elza Seyidcahan özünü “ən dəli qadın” adlandırdı. O, kişi-qadın münasibətlərindən danışıb: “Kişi qadına icazə verməlidir ki, ailəni qadın idarə etsin. Bizim evdə babam qazanırdı, nənəmə verirdi. Nənəm də evi elə yaxşı dolandırırdı ki... Zövq alaram ki, evimi təmizləyim. İndi mən özümə ən dəli qadın kimi baxıram. Evimi özüm təmizləmirəm. Ayda bir dəfə adam çağırıram, gəlib evi təmizləyir. Heç nəyin də yerini bilmirəm. Paltarlarımı da axtaranda tapmıram. Mən nə qadınam ki, paltarımın yerini bilmirəm. Əvvəl evimi təmizləyirdim, iynəmin də yerini bilirdim...”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018