Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Baş nazirin qızı ölkədən qaçdı - GÜNÜN TƏZADLARI
Tarix: 16.03.2018 | Saat: 20:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Dubay əmiri, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, dünyanın ən zəngin adamlarından biri Muhammed bin Rəşid əl-Məktumun qızının ölkədən qaçması haqqında xəbər yayıldı. Hafta.az Virtual.az.org-a istinadla xəbər verir ki, bu barədə “The Daily Mail” və “New York Post” yazır. Məlumata görə, baş nazirin 33 yaşlı qızı Lətifə öləcəyi və ya başına başqa xoşagəlməz hadisələrin gələcəyi təqdirdə, yayılmaq üçün videomüraciət qoyub. Videomüraciətdə o bildirir ki, ölkədən qaçmağı qərara alıb, çünki bu ərəb ölkəsində normal yaşamaq mümkün deyil. “Mən bu videonu çəkirəm, çünki bu, mənim son videom ola bilər...”, - Lətifə bildirir. Lətifə zəngin şeyxin 30 övladından biridir. O, artıq bir dəfə - yeniyetməlik çağında ölkədən qaçmağa cəhd edib və buna görə 3 ili həbsxanada keçirməli olub. Habelə bundan əvvəl qardaşı ölkəni tərk edib. O bildirir ki, illərdir, atasının işgəncələrinə məruz qalır.


Ölkənin hərbi prokuroru oğurlandı


Liviyanın hərbi prokuroru general-mayor Məsud Arhuma naməlum silahlı şəxslər tərəfindən oğurlandı. Hafta.az “RİA-Novosti”yə istinadən yazır ki, bu barədə yerli “Al Wasat” nəşri generalın oğlu Fadıl Arhumdan alınmış məlumata əsaslanaraq xəbər yayıb. Onun sözlərinə görə, silahlılar prokurorun sürücüsü və mühafizəçisini də saxlayaraq, naməlum istiqamətdə aparıblar. Fadıl Arhuma qeyd edib ki, 3 avtomobildə hərəkət edən silahlılar onun atasını Tripolinin Səlahəddin rayonundakı evinin yaxınlığında saxlayıblar.


VI Qlobal Bakı Forumunun qonağı infarkt keçirdi


Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi. Hafta.az yazır ki, Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov APA-ya açıqlamasında deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib: “İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stend qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir”.


Bakı metrosunda sərnişin ürəktutmasından öldü


Bakıda metro stansiyasında sərnişin dünyasının dəyişdi. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə martın 15-i saat 15:35 radələrində metronun “28 May” stansiyasında baş verib:“1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu “28 May” stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb. Xəstəyə ilkin müdaxilə edilib təcili tibbi yardım çağrılsa da, həkimlər gələnə kimi həmin şəxs keçinib. Onun ürəktutmasından vəfat etdiyi güman edilir”.


Turizm şirkətinin rəhbəri döyüldü


Bakıda Azərbaycan və Pakistan vətəndaşları döyüldü. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, Bakı şəhər sakini 42 yaşlı Poladxan Baxışov polisə muraciət edərək bildirib ki, dostu, Pakistan vətəndaşı Ansar Mahmudla birlikdə olan zaman tanışları Həcər Həsənova və tanımadıqları daha iki nəfər tərəfindən döyülüblər.
Fakt üzrə araşdırma aparılır. Qeyd edək ki, zərərçəkən Pakistan vətəndaşı Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəridir.


Paytaxt otelində ərəb turistin telefonu oğurlandı


Bakıda İraqdan gələn Mohammed Kadhim Arrak adlı turistin qaldığı “Ambassador” otelində mobil telefonu oğurlandı. Hafta.az-ım Musavat.com-a istinadla verdiyi xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinə müraciət edən İraq vətəndaşı telefonunu Arzu adlı qadının oğurladığını bildirib.
Fakt üzrə araşdırmalar davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.04.2018
24.04.2018
Layihe:"Elm və təhsilin inkişafı."