Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avtomobillərdən oğurluq edən dəstə üzvləri saxlanılıb
Tarix: 17.03.2018 | Saat: 12:48:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da şəhər sakinləri Hafiz Mansurovun mobil telefonunu və Akif Qurbanovun “VAZ-21013” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Mayıl Həsənov saxlanılıb.

Hafta.az Daxili İşlər Nazirliyin saytına istinadən xəbər verir ki, ətrafında aparılmış tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb və bu əməlləri birlikdə törətdiyi digər 2 nəfər də müəyyənləşdirilib. Görülmüş tədbirlərlə şəhər sakinləri Nicat Cəlilov və Möhsüm Tağıyev də saxlanılıblar.

Araşdırmalarla onların cari ilin fevral ayından mart ayının 12-dək olan müddətdə şəhər ərazisində 17 avtomobildən akkumulyator, maqnitofon və mobil telefon oğurlamaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2018
22.09.2018
21.09.2018