Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Tarix: 17.03.2018 | Saat: 13:56:00
Bölmə:Siyasət | çapa göndər

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 17-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

Hafta.az Dövlət Komitəsinə istinadən bildirir ki, görüşdə Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, bu qurumun cəbhəyanı ərazilərdə həyata keçirdiyi bir sıra fəaliyyətlər barədə, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirib və ölkəmizdə bütün beynəlxalq təşkilatların azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını qeyd edib.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.

Xanım Elena Aymone Sessera cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verib və bu işdə yerli strukturların da fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycan Hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıb. Nümayəndəliyin rəhbəri, həmçinin ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018