Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çaylarda sululuq səviyyəsi açıqlanıb
Tarix: 18.03.2018 | Saat: 13:14:00
Bölmə:Sosial | çapa göndər

Ötən yağışlı günlərdən sonra çaylarda sululuq səviyyəsi açıqlanıb.

Hafta.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 100 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 233 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 270 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 99 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 65 m3/s təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvan və Salyanda 6, Bankə və Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2017-ci il martın 16-da 403 sm), Şirvanda 215 sm (2017-ci il martın 16-da 247 sm), Salyanda 161 sm (2017-ci il martın 16-da 176 sm), Bankədə 177 sm (2017-ci il martın 16-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2017-ci il martın 16-da 98 sm) təşkil edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2018
22.09.2018
21.09.2018