Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyada fəaliyyət göstərən AES-lər araşdırma
Tarix: 04.04.2018 | Saat: 18:05:00
Bölmə:Araşdırma | çapa göndər

Dünən Türkiyədə prezidentlər Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin tərəfindən özülü atılan Akkuyu Atom Elektrik Stansiyasının (Akkuyu AES) söhbəti dünyanın bütün ölkələrində qəzetlərin əsas xəbərinə çevrilib. Bir çox inkişaf etmiş və əlbəttə, Türkiyənin zəif, üçüncü qrup ölkələr sırasında qalmasını istəyən dövlətlərin yuxusu ərşə yüksəlib. Onlar sual verirlər: Türkiyəyə AES lazımdırmı? 

Hər bir ölkədə iqtisadiyyatın stimuledici vasitəsi sayılan enerjinin hasilatı orada inkişafın səviyyəsini göstərir. Türkiyəyə gəlincə, dünyanın ən iri 17-ci iqtisadiyyatına malikdir və əlbəttə, ona daha çox enerji əldə etmək hava, su kimi lazımdır. Enerjinin böyük hissəsini Su Elktrik Stansiyalarından (SES) alan Türkiyə son 12 il ərzində milli məhsul istehsalını dörd, adambaşına düşən gəliri isə üçqat artıra bilib. Belə güclü inkişaf sürəti, əlbəttə, bütün sahələrdə özünü göstərməlidir və göstərir də. Onu da nəzərdən qaçırmayaq ki, Türkiyə beş il sonra – 2023-cü ildə ümumdaxili məhsul istehsalını 2 trilyon, adambaşına düşən gəliri isə 25 min dollara dollara yüksəldərək dünyanın ən qüdrətli 10 dövləti sırasına girməyi hədəf seçib.

Ankaranın məqsədi budur ki, 2023-cü ilədək iki AES tikərək istifadəyə versin (üçüncüsünün də təməli qoyulsun). Yalnız bu halda tamamı idxal edilən qaza sərf olunan xərclərdən də qurtula bilər.

Onu da qeyd edək ki, AES-lərin digər enerji istehsal mənbələri ilə müqayisədə faydası daha böyükdür. Məsələn, AES-lər günün 24 saatında işləyir, SES və külək, günəş enerjisi qurğuları isə təbii şəraitə çox bağlıdırlar. Nüvə stansiyaları bütün gücünün 90 faizini işlədir və təbii ki, enerji istehsal edir, günəş və külək stansiyalarında isə bu rəqəm cəmi 20 faizdir. Yeni nəsil AES-lərin işlətmə ömrü 60 ildir, günəş və külək stansiyalarınınkı isə 15-25 il. Eyni zamanda, SES, günəş və külək enerji mərkəzləri AES-lərlə müqayisədə daha geniş torpaq ərazisində tikilir.

Onu da vurğulayaq ki, Akkuyu AES layihəsində türk şirkətləri 40 faiz paya sahibdir və nüvə mərkəzinin tikintisi ölkəyə 6-8 milyard dollar qazandıracaq.

Yalnız Akkuyu AES 4,8 min megavatlık tam gücü ilə fəaliyyətə başladıqda ildə təxminən 35 milyard kilovatsaat elektrik enerjisi istehsal edəcək. Bu da ölkədə istehlak edilən enerjinin 10 faizinə bərabərdir.

Ümumiyyətlə, dünyada neçə AES mövcuddur və onların yerləşdiyi ölkələr hansılardır?

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) açıqlamasına əsaən hazırda dünyanın 31 ölkəsində toplam 449 AES çalışmaqdadır. Üstəlik 42-si də tikilməkdədir.

AES-lərin bir çoxunun ölkələr üzrə bölgüsünə nəzər salaq:

ABŞ bu sahədə də birincidir. Ərazisindəki 104 AES-in gücü 100683 MW-dır və ümumi enerjidə payı 19,66-dır.

Fransa gücü 63260 MW olan 59 AES-i ilə dünyanın ən böyük nüvə enerjisi istehsalçılarındandır. Bu ölkədə istehsal olunan bütün enerjinin 76,18 faizini AES-lər verir.

Yaponiyada 55 AES var ki, toplam istehsal gücü 47278 MW-dır. Bu ölkədə ümumi enerjinin 24,93 faizinə bərabərdir.

Rusiyada 21743 MW gücündə 36 AES mövcuddur. Bu da ümumi enerjidə 16,86 faizlik hissə deməkdir.

Cənubi Koreyada 24 AES var ki, onların istehsal gücü toplam 17647 MW-dır. Bu da ümumi enerjinin 35,62 faizi deməkdir.

Kanada 12577 MW gücündə 19 AES-i ilə uğurlar qazanaraq, ümumi enerji ehtiyaclarının 14,80 faizini ödəyir.

Böyük Britaniyada 19 AES mövcuddur ki, onlarda toplam 10097 MW elektrik enerjisi istehsal edilir. Bu da ümumi enerjinin 13,45 faizinə bərabərdir.

Almaniyada 17 AES var ki, onların ümumi gücü 20470 MW-dır. Bu da ölkədə istehsal olunan bütün enerjinin 28,82 faizi deməkdir.

Hindistandakı 22 AES-də 3782 MW elektrik istehsal olunur. Onun ümumi enerjidə payı 2,03 faizdir.

Ukraynada 13107 MW qüvvəsində 15 AES var ki, onların hasil etdiyi ümumi enerjinin 47,40 faizinə bərabərdir.

Çində isə 8438 MW qüvvəsi olan 11 AES mövcuddur ki, bu da ümumi enerji miqdarının cəmi 2,15 faziinə bərabərdir.

İsveçdə də gücü 8996 MW olan 10 AES var. Onlar ümumi enerjinin 42,04 faizini istehsal etməkdədir.

İspaniyadakı 8 AES-də isə 7450 MW elektrik istehsal olunur. Bu da ümumi enerjinin 18,27 faizidir.

Belçikada 7 AES var, ümumi gücü 5824 MW-dır və ümumi enerji içində payı 53,76 faizdir.

Çexiyadakı 3634 MW gücündəki 6 AES ümumi enerjinin 32,45 faizi deməkdir.

İsveçrədəki 5 AES isə 3220 MW elektrik hasil edir. Bu da ümumi enerjidə 39,22 faiz pay deməkdir.

Slovakiyadakı 1711 MW gücündə 4 AES ümumi enerjinin 56,42 faizini istehsal edir.

Macarıstanda 4 AES var. Gücü 1859 MW olan bu stansiyalar ümumi enerjinin 37,15 faziini istehsal etməkdədir.

Finlandiyadakı 4 AES-də 2696 MW elektrik enerjisi istehsal edilir ki, bu da ümumi enerjidə 29,73 faiz deməkdir.

Argentinada 935 MW gücündə 2 AES var ki, onun da ümumi enerjidə payı 6,18 faizdir.

Braziliyada 1766 MW gücündə 2 AES var ki, ölkədə ümumi enerjinin 3,12 faizini verir.

Bolqarıstanda 1906 MW gücündə 2 AES var ki, onun da məhsulu bütün enerjinin 32,92 faizinə bərabərdir.

Cənubi Afrika Respublikasındakı (CAR) 2 AES-də istehsal olunan 1800 MW enerji isə bütün enerjinin 5,25 faziinə bərabərdir.

Meksikada 2 AES mövcuddur. Burada istehsal edilən 1300 MW elektrik ümumi enerjinin 4,04 faizinə bərabərdir.

Pakistanda da gücü 425 MW olan 2 AES var ki, bu da ümumi enerjidə 1,91 faiz pay deməkdir.

Rumıniyada da 1300 MW gücündə 2 AES mövcuddur. Onların ümumi enerjidə payə 17,54 faizdir.

Niderlanddakı cəmi 1 AES-də istehsal olunan 482 MW-lıq elektrik bütün enerjinin 3,80 faizini verir.

Sloveniyada cəmi 666 MW gücündə cəmi 1 AES var, bu da ümumi enerjinin 41,71 faizinə bərabərdir.

Litvadakı 1 AES-də 1185 MW elektrik hasil edilir. Yəni ümumi enerjinin 72,89 faizi qədər.

Ermənistanda da 376 MW qüvvəsində 1 AES var və o ölkə enerjisinin 39,35 faizini verir.

Göründüyü kimi, gündən günə inkişaf edən iqtisadiyyatı yalnız tikiləcək AES-lərin gücü ilə ayaqda saxlamaq olar. Bu mənada Türkiyənin nüvə enerjisi əldə etmək məqsədi alqışlanmalıdır və gələcəkdə Azərbaycanın da bu cür enerji istehsal edən obyektlər tikməsini arzulayardıq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2018
22.04.2018