Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəmkirdə bolşevik cəlladının adı bu kənddən götürülür
Tarix: 10.04.2018 | Saat: 10:16:00
Bölmə:Bölgə Eksklüziv | çapa göndər

Şəmkir Rayonunun Qasım İsmayılov kəndinin adı dəyişdiriləcək. Artıq rayon icra hakimiyyəti tərəfindən Milli Məclisə bu haqda müraciət də təqdim edilib.

Bu barədə hafta.az-a kənd sakinləri məlumat verib. Məlumata görə, 1943-cü ilə qədər Alabaşlı adlandırılan yaşayış məntəqəsinin adı elə həmin il dəyişdirilərək bolşevik cəlladı, sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz olmuş Qasım İsmayılovun “şərəfinə” adlandırılıb.

Kənd sakinləri bildiriblər ki, 1991-ci ildən Azərbaycan müstəqillik əldə etməsinə baxmayaraq, Alabaşlı kəndinin tarixi adı özünə qaytarılmırdı. Kənd hələ də rəsmi sənəd üzərində Qasım İsmayılovun adını daşıyır. Buna sübut kimi kəndin girəcəyindəki “Şəmkir Rayonu Qasım İsmayılov kəndi” lövhəsini göstərmək olar.

Kənd sakinlərinin dəfələrlə etdiyi müraciətə isə rayon rəhbərliyi uzun müddətdən sonra cavab verib. Onlar kənd sakinləri ilə görüşüblər. Amma kəndin tarixi adı – Alabaşlı adı deyil, “Ağlavaşlı” formasında bərpa ediləcək. Milli Məclisə ünvanlanan müraciətdə də kəndin adının məhz bu cür dəyişdirilməsi xahiş edilib.

"Ağlavaşlı" isə Alabaşlı toponiminin yaranması ilə bağlı kənd ağsaqqallarının danışdıqları rəvayətlərdən biridir. Rəvayətə görə, birinci dünya müharibəsi illərində aclıq hökm sürüb. Ətraf kəndlərin sakinləri isə çörək dalınca başqa obalara üz tutarkən Alabaşlı kəndinin sakinlərinin ağ lavaş yediklərinin şahidi olublar. Kənd ağsaqqalları "Ağlavaşlı" sözünün “bol çörəkli məkan” anlamına gəldiyini bildiriblər.

Araşdırmalarımız əsasında məlum olub ki, kənddəki tibb məntəqəsi də hazırda Ağlavaşlı və ya Qasım İsmayılov adını daşımır. Həmin şəfa ocağı da Alabaşlı Kənd Sahə Xəstəxanası adlanır. Sakinlərin əksəriyyəti isə kəndin Ağlavaşlı şəklində adlandırılmasının tərəfdarı olmadıqlarını bildirirlər. Onlar kəndin tarixi adının bərpa edilməsi və Alabaşlı adlandırılmasını daha məqsədəuyğun sayırlar.

Elmi əsaslandırmaya görə, “Alabaşlı” toponimi isə türk kökənli sözdür və “ala” və “baş(lı)” sözlərinin birləşməsindən yaranmış mürəkkəb toponimdir. Rəvayətə görə, 1400 il əvvəl ərəblər Şəmkir bölgəsini islamlaşdırmaq üçün əyalətə silahlı hücumlar təşkil edərkən yerli xristian albanlar ərəblərə qarşı müqavimət göstəriblər. Onlar ilk döyüşdə məğlub olsalar da, yaxınlıqdakı dərəyə çəkilib yenidən güc toplayıblar. Kənd sakinləri ikinci döyüş ərəfəsində başlarına ala – qırmızı əski parçaları, lentlər bağlayıblar ki, savaş ərəfəsində yadellilərdən fərqlənsinlər. İkinci döyüşdə isə kənd sakinləri ərəbləri məğlub edirlər.

Araşdırmaçıların yazdıqlarına görə, Alabaşlı kəndi sonradan qismən islamı qəbul etsə də, 1400 il ərzində bu kənddə məscid tikilməyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018