Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Polşa xalqına qarşı ikinci qanlı xəyanət
Tarix: 10.04.2018 | Saat: 12:53:00
Bölmə:Dünya | çapa göndər

Polşa prezidenti Lex Kaçinskinin faciəvi ölümündən 8 il ötür. Məhz 2010-cu ilin 10 aprel tarixində prezident Lex kaçinsk və xanımı Mariya Kaçinska Rusiyanın Smolensk şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak oldular. Hadisə zamanı təyyarədə Kaçinski ailəsi ilə yanaşı dövlət və hökumət rəsmiləri, ordunun yüksəkçinli zabitləri, eləcə də ekipaj üzvlərindən ibarət 96 nəfər olub. Çox təəssüf ki, dəhşətli qəzada bütün sərnişinlər dünyalarını dəyişdi.

Bir az L.Kaçinskinin avtobioqrafiyasına nəzər yetirək. O, 1948-cu il iyunun 18-də Varşavada doğulub. 1990-cı ildə əkiz qardaşı Yaroslavla birlikdə yaratdığı Mərkəzçi Qüvvələr Partiyasının əsas məqsədi azad seçkilər keçirilməsinə və Lex Valensanın prezident seçilməsinə nail olmaqdan ibarət idi. 1991-ci ildə L.Kaçinski nazir statusu ilə prezident Valensanın Dəftərxanasında Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edirdi. O, 1992-1995-ci illərdə Ali Nəzarət Palatasının sədri, 2000-ci ildə Yeji Buzek hökumətində ədliyyə naziri olub. 2001-ci ildə "Hüquq və ədalət" Partiyasına rəhbərlik edən Kaçinski yenidən Seymin deputatı seçilir.

2005-ci il oktyabrın 9-da L.Kaçinski və Donald Tusk prezident seçkilərində daha çox səs toplayaraq ikinci tura qatılıblar. Oktyabrın 23-də keçirilən ikinci turda Lex Kaçinski səslərin 54,04 faizini toplayaraq Polşanın prezidenti seçilib və həlak olanadək bu vəzifədə çalışıb.

Qeyd edək ki, dövlət nümayəndə heyəti “Katın qırğını”nın 70 illik yubileyində iştirak etmək üçün sözügedən əraziyə uçurdu. Prezident Kaçınsk, bir qrup deputat, Polşa Silahlı Qüvvələrinin müxtəlif sahələrinin komandirləri, Prezident Admnistrasiyasının əməkdaşları, dövlət qurumlarının rəhbərləri, din xadimləri, nazirliklərin nümayəndələri, Seym və Senatın sədr müavinləri, veteran və ictimai təşkilatların təmsilçiləri, təyyarənin ekipajı – hamı qara tarixi, 24 min həmvətənlinin qətlinə fərman verilmiş Katına acı xatirəni anmaq ümidiylə gedirdi...

Katın qırğını niyə baş verdi? Məlumat üçün deyək ki, faşist Almaniyası Polşa ilə 1934-cü ildə imzaladığı "bir-birinə hücum etməmək" haqqındakı anlaşmanı pozaraq 1 sentyabr 1939-cu ildə bu ölkəni işğal edir. Polşanın işğalı İkinci Dünya müharibəsinə yol açır, Fransa və Böyük Britaniya Almaniyaya müharibə elan edir, amma SSRİ-dən səs çıxmır. Bu, səbəbsiz deyildi.

Almaniya Polşanı işğaldan etmədən öncə SSRİ ilə də oxşar "hücum etməmək haqqında" sazişə imza atmışdı. Berlinlə Moskva arasındakı anlaşmanın bəzi gizli detalları da vardı ki, onlar dünya ictimaiyyətindən tam gizli saxlanılmışdı. Həmin gizli anlaşmaya görə, alman ordusu Polşanın qərb hissəsini işğal etdikdə Sovet qoşunları da şərq hissəsini ələ keçirməliydi. Qırmızı ordu 1921-ci il sülh müqaviləsi ilə Polşanın tərkibinə keçən Qərbi Ukrayna və Qərbi Belarusu işğal etməliydi.

Ordu Polşanın şərqini işğal etdikdə xeyli zabit və əsgəri əsir götürür. Əsirlərin sayı o qədər çox olur ki, SSRİ ərazisində bu məqsədlə 8 düşərgə yaradılır. SSRİ bir az sonra polşalı əsgərləri sərbəst buraxsa da, zabitləri müxtəlif düşərgələrə paylaşdırır. Sibir və Şimali Qazaxıstana sürgün edilən polşalı zabit və onların ailə üzvlərinin sayı 26 minə çatırdı. Bu ailələr Qırmızı Xaç Komitəsi vasitəsilə Polşadakı qohumları ilə yazışmaq imkanına malik olarkən 3 düşərgə - Ostaşk, Kozel və Straboldakı əsirlərdən səs-səmir çıxmır. 1940-ci ilin may-aprel ayından həmin düşərgələrlə ümumiyyətlə bütün əlaqə kəsilir. 3 mart 1940-ci ildə Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclası toplanır. İclasda söz alan daxili işlər komissarı Lavrenti Beriya, əslində Stalinin şifahi tapşırığına əsasən, Ukrayna və Belarusda saxlanan polşalı zabitlərin, polislərin qatı millətçi olduqlarını, SSRİ-ni düşmən saydıqlarını, buna görə də onlara qarşı ciddi tədbirlər görülməsini təklif edir. Bir neçə gün sonra Ukrayna və Belarus düşərgələrində saxlanılan polşalı zabitlər 350-400 nəfərlik qruplarla qatarlara mindirilir. Azad ediləcəklərini düşünən polşalı əsirlər Katın meşəsində yerləşdirilən Qırmızı Ordunun cəza dəstələri tərəfindən başlarına torba keçirilərək güllələnir...

Almaniya ilə SSRİ-i arasındakı müharibə zamanı - 1943-cü ildə faşistlər Katın meşəsində toplu məzar aşkarlayır və bunu dünyaya bəyan edirlər. Faşist Almaniyası ekspertiza keçirərək polşalı zabitləri 1940-cı ildə Daxili İşlər Xalq Komissarlığı tərəfindən qətlə yetirildiyi qənaətinə gəlir. Moskva bu ittihamları rədd edir. Sovet qoşunları bu əraziləri yenidən ələ keçirdikdə bu dəfə Moskva ekspertiza keçirir və polşalı zabitləri məhz faşistlərin qətlə yetirdiyini açıqlayır.

Faşistlərin adı çıxmışdı deyə, illlər uzunu beynəlxalq aləm Moskvanın dediklərinə inanır. Bu durum 1990-cı ilə qədər davam edir. SSRİ-nin o zamankı prezidenti Mixail Qorbaçov arxivlərin açılmasına qərar verir və dəhşətli faktlar üzə çıxır. SSRİ-nin cəza dəstələrinin Katın meşəsində təxminən 24 min polşalını qətlə yetirdiyi məlum olur. Bu faktın aşkar olunması kommunizmdən qurtulan Rusiya ilə Polşa arasındakı münasibətlərin soyuqlaşmasına yol açır...

Demək olar ki, Katın faciəsindən tam 70 il sonra eyni ərazidə polşalılara qarşı ruslar tərəfindən ikinci qərğın törədildi. Özü də ən yüksək vəzifəli insanları məhv etməklə, Moskva Polşanın gözünü qorxutmağa çalışdı. Belə olmasaydı aradan 8 il ötməsinə baxmayaraq, Moskva qanlı hadisənin təfərrüatlarının açılmasına nail olardı və təyyarənin qara qutusunu analiz edilməsi üçün Varşavaya təhvil verərdi.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018