Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyanın ən keyfiyyətli qəhvəsi İndoneziya vulkanlarında yetişdirilir
Tarix: 10.04.2018 | Saat: 15:39:00
Bölmə:Maraqlı | çapa göndər

Bu gün dünyanın hər yerində isti içki növü kimi qəhvə içkisi geniş yayılıb. Keyfiyyətindən asılı olaraq müxtəlif qiymətlərə satılan qəhvənin əsas vətəni tropik qurşaqda yerləşən ölkələr, xüsusilə də Braziliya və İndoneziyadır.

Hafta.az-ın yazdığına görə, dünyada qəhvə istehsalı və ixracında ilk yerlərdən birində olan İndoneziya yetişdirdiyi qəhvənin 90 faizini çəyirdək formasında ixrac etməkdədir. Ümumiyyətlə, qəhvə ixracının 75 faizi Robusta, 25 faizi isə Arabica növlərinin çəyirdəklərindən ibarətdir.

 

Sual yaranır: haqqında danışdığımız bu qiymətli qəhvə növləri harada yetişdirilir? Məlumdur ki, İndoneziya dövlətinin tərkibindəki minlərlə ada tam ekvatorial qurşaqda yer alır. Ona görə də ilboyu yüksək günəş enerjisi və yağmurla qidalanan dəmirli qırmızı torpaqlarda bitən hər bir ağac kimi qəhvə bitkisi də sürətlə inkişaf edərək, yüksək keyfiyyətli məhsul verir. Bu azmış kimi, bu gün ölkənin qəhvə bitkiçiliyi üzrə mütəxəssisləri aşkarlayıblar ki, ən yaxşı, ən keyfiyyətli qəhvə vulkan külü ilə doymuş torpaqlarda yetişir. Bu baxımdan da İndoneziyanın bəxti gətirib: öllkədə saysız-hesabsız fəaliyyətdə olan və ya sönmüş vulkanlar mövcuddur. Hazırda dövlət sönmüş vulkanların kraterinə yaxın yerlərdə və ya vulkan külü (lavası) ilə doymuş torpaqlarda geniş qəhvə plantasiyaları salmaqdadır. 

İndoneziya Qəhvə İstehsalçıları və İxracatçıları Birliyinin (AİCE) sədri Pranoto Soenarto bildirib ki, vulkanik ərazilər hesab etdikləri yüksək dağların havası qəhvənin toxumlarına yumşaq, dənizdən əsən külək isə sərt təsir edir. Nəticədə qəhvə dəmləndikdə dünyanın heç bir yerində olmayan əvəzsiz ləzzəti daddırır insana. 

"Başda "Arabica" olmaqla qəhvənin 90 faizini ixrac edirik. "Arabica"da ən böyük bazarımız ABŞ-dır, ikinci yerdə Yaponiya, üçüncü sırada isə Avropa yer alır" deyib P.Soenarto. 

Soenarto onu da bildirib ki, Almaniya, Fransa, ABŞ, Yaponiya, İtaliya və sair kimi daimi bazarları mövcud olduğundan qəhvəni digər ölkələr əsasən onladan alır. Yəni, məsələn, Türkiyə, Ukrayna və sair kimi böyük qəhvə istehlakçıları bu məhsulu üçüncü dövlətin bazarından əldə edirlər.  

Ölkəsində hər il 700 min tona yaxın qəhvə istehsal edildiyini xatırladan Soenarto bildirib ki, bu gün 10 milyon indoneziyalı qəhvə sənayesində çalışır. Bunlardan 2 milyon nəfəri plantasiyalarda, 8 milyon nəfəri isə email və bazarlama sahələrində işləyir. 

"Robusta" qəhvəsini Avropa və Yaponiyada çox sevirlər və əsas alıcıları da onlardır. Məsələn, italiyalılar bizdən təmiz emal edilmiş "Robusta" qəhvəsi alır. Onlar üçün yaxşı bir espresso "Robusta"sız ərsəyə gəlməz. Çünki bu halda yumşaq və xoş dad verir" deyir AİCE sədri. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2018
22.04.2018