Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu qatarın dalınca baxma
Tarix: 12.10.2010 | Saat: 14:15:00
Bölmə:Reportaj | çapa göndər

B akının baş planına daxil edilən, yaxın gələcəkdə öz möhtəşəmliyi ilə göz oxşayacaq olan “Dədə Qorqud layihəsi“ndən, yəqin, çoxlarının xəbəri var. Elə biz də xəbəri olanlar sırasındayıq. Hal-hazırda isə bizi narahat edən bu layihənin həyata keçirilməsi üçün görülən tədbirlər deyil, eyniadlı parkda öz qədimliyi ilə diqqət çəkən pioner qatarının sökülməsidir.
Gördüklərimiz bizi yaman təəccübləndirdi. Burada nəinki layihənin izləri görünmürdü, demək olar ki, parkdan heç əsər- əlamət də yox idi. Tək-tük ağacları olan bu məkan ilk baxışda istifadəyə yararsız bir ərazini xatırladırdı. Çox axtardıq ki, bəlkə səbəbkar qatardan geriyə qalan bir izlə rastlaşaq. Lakin “axtaran tapar“ məsəli bu yerdə özünü doğrultmadı. Nəinki relslər, heç onların izi də qalmamışdı. Bixəbər olan birisinə çətin inandırmaq olardı ki, burada vaxtilə relslər üstündə o baş-bu başa şütüyən qatarlar olub. Əvəzində isə, yol boyu sanki sırayla düzülüb bizi gözləyən zibillərlə qarşılaşdıq. Elə bil uzun illərdir ki, bura insan əl-ayağı dəyməmişdi, yoxsa yəqin ki, bu cür natəmizliklə rastlaşmazdıq. Gözümüzə bəlkə tutarlı bir şey dəyər ümidiylə xeyli gəzindikdən sonra, yaxınlaşdıq ərazidə fəaliyyət göstərən kafeyə.
Köhnəsi olmayanın təzəsi də olmaz
Kafe işçilərinin başı müştərilərinə yamanca qarışdığından bizə məhəl qoyan bir Allah bəndəsi tapılmadı. Məcbur qalıb, işçilərdən birini işindən ayırmalı olduq. Müxbir olduğumuzu bilən kafe işçisi “mən sizə heç cürə kömək edə bilmərəm, buna səlahiyyətim çatmır“ cümləsini elə ifadə etdi ki, sanki işlədiyi kafeni əllərindən alacaqdılar. Məqsədimizin nədən ibarət olduğunu biləndə isə özünə gələrək gözləməyimizi xahiş etdi. Bir az gözlətmədən sonra, bir şəxs yaxınlaşıb dərdimizin nə olduğunu soruşdu. Ona da özümüzü təqdim etdikdən dərhal sonra birbaşa mətləbə keçdik. Həmsöhbətimiz bizi narahat edənin nə olduğunu bilməsinə baxmayaraq, özünü təqdim etməyi borc bilmədi. Qatarın sökülməsinə isə belə aydınlıq gətirdi. “Ay xanım o qatarın 53 illik ömrü varıydı, artıq onun sökülmə vaxtı çoxdan gəlib-keçmişdi“. Köhənsi olmayanın yenisi olmaz fikrini üstün tutaraq bildirdik ki, olmazdı ki, sökülməsin, təmir olunub yenidən istifadəyə verilsin deyəndə isə.....“Bu qədər köhnə qatarı necə təmir etmək olardı, niyə narahat olursuz yerində ondan da yaxşısı qurulacaq, amma bu barədə başqa heç nə bilmirəm, ətraflı məlumat əldə etmək istəyirsinizsə, Dəmir Yol İdarəsinə müraciət edin“ deyə bildirdi.
“Biz nə vaxtsa əlimizdə olanın dəyərini biləcəyik?!“
Qatarın sökülməsinin şəhər əhalisinin münasibətini öyrənmək istədik. Bunun üçün çox uzağa getmədik, parkın ərazisindəki kafenin yanında yerləşən oturacaqda əyləşən bir xanıma yaxınlaşıb sualımızla müraciət etdik. Zümrüd xanımın cavabı belə oldu. “Doğrusu, bu parka gəlməli elə bir səbəb görmürəm, elə bircə o qatar idi ki, uşaqlarımı ona görə gətiridim, indi o da yoxdu. Çox istərdim ki, yenidən qurulsun“. Günel adlı digər müsahibimiz isə qatarın sökülməsindən yaman giləyləndi. “Görəsən, biz nə vaxtsa əlimizdə olanın dəyərini biləcəyik?! Məncə, qatar sökülməsə, daha yaxşı olardı, axı ən azından bizə keçmişimizi unutdurmurdu. Düzü, yenidən qurulmasına da heç inanmıram“. Eşitdiyimiz qədər sökülməsi ilə çoxlarının narazılığına səbəb olan qatarın gələcək aqibəti ilə maraqlanmaq üçün kafe işçisinin dediyi kimi Dəmir Yol İdarəsi ilə əlaqə saxladıq. Uzun çək-çevirdən sonra aldığımız cavab belə oldu. “Hələ ki, qatarın yenidən quraşdırılması üçün münasib yer axtarırıq. Əvvəlki yerində artıq olmayacaq, yer tapan kimi sizə də məlumat veriləcək“. Görünür, şəhərdə gündən-günə ucaldılan binaların əlindən bir yer tapmaq müşkül məsələyə çevrilib. Bu gedişlə, Pioner qatarının arzusunda olanlar hələ çox gözləməli olacaqlar.

Sevda Zahidqızı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Sabah 34 dərəcə isti olacaq - Proqnoz
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib